Ağstafaçay

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağstafaçay
azərb. Ağstafaçay
Ölkələr
Rayonlar
Şəhərlər
Mənbəyi Pəmbək dağları
 • Yüksəkliyi 3000 m
Mənsəbi Kür
Uzunluğu 133 km
Su sərfi 13,6 m³/san
Su sistemi Kür
Su hövzəsi Xəzər
Hövzəsinin sahəsi 2500 km²
Ağstafaçay (Azərbaycan)
mənbəyi
mənsəbi
Ağstafaçay Azərbaycanın fiziki xəritəsində:

40°43′ şm. e. 44°36′ ş. u.HGYO

41°14′ şm. e. 45°26′ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AğstafaçayKürün sağ qolu. Əsasən ErmənistandanAzərbaycanın QazaxAğstafa rayonlarının ərazisindən keçir. Uzunluğu 133 km, hövzəsinin sahəsi 2500 km²-dir. Başlanğıcını Kiçik Qafqazın şimal-şərq hissəsində, Pəmbək sıra dağlarından (3000 m) alır. Axımı yeraltı (45%), qar (35%) və yağış (20%) sularından əmələ gəlir. Yaz fəslində qar və yağış suları çayda daşqınlar əmələ gətirir.

Orta illik su sərfi 13,6 kub m/san-dır. Orta illik asılı gətirmələr sərfi 4,0 kq/san, orta lillənməsi 290 q/kub m-dir. Suyu hidrokabonatlı-kalsiumlu olmaqla 300–500 mq/l minerallaşmaya malikdir.

Çayın yatağında həcmi 112 kub metr olan su anbarı tikilmişdir. Qazax şəhəri üzərində yerləşir. Suvarma işlərində istifadə edilir.