Vasili Vereşagin

Vikipediya, azad ensiklopediya
Babək Akifoğlu (müzakirə | töhfələr) tərəfindən edilmiş 15:34, 19 mart 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Vasili Vereşşagin
rus. Василий Васильевич Верещагин
Doğum tarixi
26 oktyabr 1842(1842-10-26)
Doğum yeri Rusiya, Novqorod quberniyası, Çerepovets
Vəfat tarixi 31 mart (13 aprel) 1904[1] (62 yaşında)
Vəfat yeri
  • Lüşunkou[d], Kvatunq vilayəti[d]
Vəfat səbəbi döyüşdə ölüm
Fəaliyyəti rəssam, yazıçı, hərbi qulluqçu
Təhsili
  • Dəniz kadet korpusu[d],
  • İmperator Rəssamlıq Akademiyası[d] (18601863)
Janrlar batal janrı[2], peyzaj[2], janr rəssamlığı[2], portret[2], mifologiya rəssamlığı[d][2], dini rəssamlıq[d][2]
Stillər şərqşünaslıq[d], realizm[3]
Tanınmış işi
Üzvlüyü
  • Serbiya Elmlər və İncəsənət Akademiyası[d]
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vasili Vasiliyeviç Vereşşagin (rus. Василий Васильевич Верещагин, (26.10.1842, Novqorod quberniyası, Çerepovets - 13.04.1904, Port-Artur) — rus rəssamı.

Həyatı

Peterburq Rəssamlıq Akademiyasında (1860-1863) və Parisdə (1864-1865) oxumuşdur. Vereşşagin dünyanın bir çox ölkələrinə (Qərbi Avropa, Suriya, Fələstin, Hindistan, Yaponiya, ABŞ) səyahətə getmiş, Rusiya-Türkiyə (1877-1878) və Rusiya-Yaponiya (1904-1905) müharibələrində iştirak etmişdir. Rəssam əsərlərini başlıca olaraq naturadan çəkmişdir. Batal janrında hərbi döyüş səhnələrini təsvir edən əsərlərlə yanaşı (“Hücumdan sonra. Pleven yaxınlığında sarğı məntəqəsi” (1868), “Müharibə apofeozu”, “Şadyanalıq edirlər” (1872), Tretyakov qalereyası, Moskva ), eləcə də müxtəlif ölkələrlə bağlı silsilə əsərlər (“Türküstan silsiləsi”, “Balkan silsiləsi” bə s.) yaratmışdır.

Vereşşagin Azərbaycan xalqının həyat və məişətini, memarlıq abidələrini əks etdirən rəsmlərin, “Şuşada müsəlmanların dini mərasimi” (1865) kompozisiyasının, portretlərin müəllifidir; bu əsərlər dünyanın müxtəlif muzeylərində saxlanılır. Rəssamın Azərbaycan xalqı və şəhərləri haqqında maraqlı yazıları vardır.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

  1. Верещагин Василий Васильевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. 1 2 3 4 5 6 https://rkd.nl/explore/artists/210140.
  3. https://www.jstor.org/stable/128133.