Təklə (Kürdəmir)
TƏKLƏ | |
---|---|
40°27′32″ şm. e. 48°10′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Kürdəmir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Təklə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
- Kənd 1993-cü ildə yaradılmışdır.
Toponimikası
- Təklə oyk., sadə.
- Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir;
- Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir;
- Qobustan r-nunun eyniadlı i.ə.v.-də kənd. Acıdərə çayının sahilindədir. Şahsevən tayfa birliyinə daxil olan təkləlilər kəndi özlərinə mənsub qışlaq yerində salmışlar. Sovet hakimiyyəti illərində qoyunçuluq sovxozu yaradılanda məntəqə Leninabad adlandırıldı. 1991-ci ildə kəndin köhnə (Təklə) adı bərpa olundu;
- Masallı r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Oykonim Səlcuqlann təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı r-nu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad r-nu) və s.[1]
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 397 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı
- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629