38°25′ şm. e. 20°40′ ş. u.HGYO

İtaka

Vikipediya, azad ensiklopediya
Atakhanli (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 20:30, 18 aprel 2022 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Itaka
Ümumi məlumatlar
Sahəsi 117.8 km2 km²
Sahil uzunluğu 101 km
Əhalisi 3,231 nəfər
Yerləşməsi
38°25′ şm. e. 20°40′ ş. u.HGYO
Ölkə  Yunanıstan
Itaka xəritədə
Itaka
Itaka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Itaka (Yunanca, Ιθάκη) — İon dənizində yerləşən Yunan adası.

İtakanın əsas adasının sahəsi 96 km2-dir.Əhalisi 2011-ci ilə görə 3231 nəfərdir.

Müasir İtaka Odisseyin evi olan Homerin İtakası ilə eyniləşdirilir.

Etimologiya

İtaka adı qədim dövrlərdən bəri dəyişməz qalsa da, müxtəlif dövrlərə aid yazılı sənədlərdə adaya başqa adlarla müraciət edilir, məsələn:

Trakoniso, Takou, Tiakou (Bizans)

Tiaki (Venesiyadan əvvəlki Bizans)

Teaki(Venesiya dövründə)

Fiaki(Osmanlı dövründə)

Tarixi

Adada e.ə 2-ci minillikdən etibarən məskunlaşma var.Ehtimal olunur ki, Mikena dövründə Kefaloniyanın paytaxtı və Odissey tərəfindən idarə olunan kiçik krallığın paytaxtı olub.İtaka sonrakı dövrlərdə romalılar,Bizans imperiyası tərəfindən işğal olunub. Ardınca İtaka, 1797-ci ildə Campo Formio müqaviləsinə əsasən Fransa tərəfindən işğal edilmiş 1798-ci ildə isə rus-türk birliyinin komandirləri Fyodor Uşakov və Kadir bey tərəfindən azad olunub.Ada 1807-ci ildə yenidən Fransanın mülkünə çevrildi lakin,1809-cu ildə İngiltərə adanı işğal etdi. 1815-ci ildə bağlanılmış Paris müqaviləsinə əsasən İtaka Birləşmiş İyon Adaları Ştatlarının tərkibinə verildi. 1864-cü ildə bağlanmış London müqaviləsinə əsasən adalar Yunanıstanın tərkibə daxil edildi.

Coğrafiyası

İtaka adası Kefaloniyanın şimal-şərq sahilindən şərqdə yerləşir, oradan İtaka Boğazı ilə ayrılır. Adanın ümumi sahəsi 117.8 km2-dir.Ümumi sahil uzunluğu isə 101 km-dir.

Adanın məşhur sakinləri

Odissey

Platon Drakoulis

Lorenzos Mavilis

İoannis Metaksas


Həmçinin bax

Sardiniya

Krit


İstinadlar

https://www.britannica.com/place/Ithaca-island-Greece

http://www.greeka.com/ionian/ithaca/ithaca-geography.htm

https://art.nationalgalleries.org/art-and-artists/74358

Xarici keçidlər

http://ithaki.gr/