Telifonlar

Vikipediya, azad ensiklopediya
Atakhanli (müzakirə | töhfələr) (Həmçinin bax) tərəfindən edilmiş 07:47, 7 aprel 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Telifonlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Dəstə:
Telifonlar
Beynəlxalq elmi adı

Telifonlar (lat. Uropygi) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi.

Telifonlar xarici quruluşuna görə əqrəblərə oxşar olub, pedipalpları daha güclü inkişaf etmişdir. Ön ətrafları uzundur, qamçı şəklindədir və antennaları əvəz edir. Qarıncıq şöbə buğumludur. Axırıncı üç buğumu saplaq şəklində uzanaraq, sapşəkilli uzun quyruqla nəhayətlənir. Zəhər vəziləri olmur. Səkkizinci və doqquzuncu buğumlarda yerləşən 2 cüt ağciyərlə tənəffüs edirlər. Telifonlar isti ölkələrdə , xüsusən tropik meşələrdə yaşayırlar. Onlar yırtıcıdırlar və gecə həyat terzi keçirirlər. Əsasən həşaratla, həmçinin çoxayaqlılarla, qurdlarla , çılpaq ilbizlərlə qidalanırlar. Nisbətən iri ölçülü həşarata hücum etmirlər. Telifon qaçarkən sapşəkilli quyruğunu qaldıraraq, bu maddəni xaric edir. Nisbətən iri formalar aşındırıcı maddəni 30 sm məsafəyə qədər ata bilir. Bu maddənin tərkibində qarışqa və sirkə turşusu vardır, bəzi növlərdə bu kəskin xlor iyi verir. Bu maddə insanda selikli qişanı güclü aşındırır.[2]

Nəsli kəsilmişlər
  1. Integrated Taxonomic Information System (ing.). 2007.
  2. B. İ. Ağayev, Z. A. Zeynalova "Onurğasızlar Zoologiyası". Bakı, "Təhsil", 2008, səh. 363