Birja

Vikipediya, azad ensiklopediya
Solavirum (müzakirə | töhfələr) (Beynəlxalq əmtəə birjaları: qrammatik düzəliş, replaced: ABŞ-ın → ABŞ-nin) tərəfindən edilmiş 13:02, 14 may 2023 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Birja (lat. bursa, pul kisəsi; ing. exchange) — səhmlər, əmtəələr, törəmə maliyyə alətləri və xidmətlər ilə mütəşəkkil ticarət yeri. Burada bazar iştirakçıları müvafiq aktivlərin, həmçinin standartlaşdırılmış müqavilə və xidmətlərin alışını və satışını ya öz adlarından, ya da müştərilərin maraqlarından çıxış etməklə həyata keçirirlər. Təşkilati cəhətdən xüsusi qayadada formalaşmış, müəyyən əmtəələrlə sövdələşmələr aparan bazar başa düşülür. Birja — əmtəələrin, xammalın, qiymətli kağızların satışı ilə məşğul olan vaxtaşırı fəaliyyət göstərən topdan bazardır. Onlar bazar iqtisadiyyatının iqtisadi aləti rolunu yerinə yetirir və əmtəələrin, xammalın, qiymətli kağızların alışı və satışında azad bazar münasibətlərini formalaşdırırlar.

Birja — qanunvericiliklə müəyyən edilmiş qaydada marağı olan hüquqi və fiziki şəxslər tərəfindən könüllü pay əsasında yaradılmış təşkilatdır. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birjalar təsisçilərin iclasında qəbul edilmiş qərar əsasında yaradılır. Təsisçilər iclasda müəyyən edilmiş ölçüdə öz paylarını daxil edirlər. Daxil edilmiş pay ölçüsündə təsisçilər birjanın təsərrüfat fəaliyyətinin nəticələrinə görə əmlak məsuliyyəti daşıyırlar[1]. Birja dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs statusunu əldə edir, birja ticarəti aparmaq üçün lisenziya əldə etdikdən sonra isə birja sövdələşmələri aparmaq hüququna malik olur.

Yaranma tarixi

İlk birja 1406-cı ildə Brügge şəhərində (indiki Belçikada yerləşir) Van der Bursa adlı varlı bir şəxsin evinin qarşısındakı meydanda yaranmışdır. Şəxsin soyadı (Bursa) " pul kisəsi " mənasını verir, eyni zamanda onun evinin üzərində təsvir olunmuş gerb üç pul kisəsindən ibarət idi. Bursa sözündən " birja " sözü yaranmış və bu söz tezliklə Antverpendə, Lionda, Amsterdamda, Londonda və s. şəhərlərdə yaranmış topdansatış əmtəə bazarlarına şamil edildi.

Beynəlxalq əmtəə birjaları

Beynəlxalq əmtəə birjaları daim fəaliyyətdə olan bazarın xüsusi bir növüdür, burada soy əlamətləri olan, keyfiyyətcə həmcins və qarşılıqlı əvəzlənən kütləvi xammal və ərzaq məhsullarının alqı-satqısı üzrə sövdələşmələr keçirilir. Adətən birjada əmtəənin özü olmur. Əmtəə təqdim olunmadan və ona baxış keçirilmədən müəyyən olunmuş standartlar və nümunələr əsasında satılır və alınır. Sazişlərin bağlanması çatdırılmanın keyfiyyətini və müssənini sərt qaydada nizamlayan standart birja müqavilələri əsasında həyata keçirilir. Birjada müəyyən bir partiya əmtəə deyil, birja tərəfindən təyin olunan miqdarda müəyyən sort,tip,marka tərkibli birja müqavilələri satılır və alınırşsatıcı birjada alıcıya mal vermir, mal üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd verir. Bu sənəd satıcının malı birja anbarına təhvil verdiyini təsdiqləyən anbar şəhadətnaməsidir. Bu sənəd əsasında alıcı malı birja anbarından götürə bilər.

Beynəlxalq əmtəə birjalarının bütün növ əməliyyatlar üzrə illik dövriyyəsi 3.5–4.0 trilyon dollar təşkil edir. İndiki zamanda təqribən 70 adda mal birja tcarətinin obyektidir, bu mallar beynəlxalq ticari dövriyyənin təxminən 30% -ni əhatə edir.

Beynəlxalq birja dövriyyəsinin böyük hissəsi real malın təqdimatını nəzərdə tutmayan sövdələşmələrə əsaslanır. Belə sövdələşmələr üzrə birja dövriyyəsinin həcmi ildə 1.5 trilyon dolladır ki, bu da ümumdünya dövriyyəsinin 60–70 %-nə uyğundur. Bu cür sövdələşmə bazarlarının sayı kənd təsərrüfatı malları üzrə 110, sənaye xammalı və yarımfabrikatlar üzrə 40 sayda olmaqla 150-yə çatır.

Beynəlxalq birja dövriyyəsində mallar adətən iki qrupa bölünür: kənd təsərrüfatı və meşə malları; sənaye xammalı və yarımfabrikatlar.

Kənd təsərrüfatı və meşə malları qrupuna bunlar daxildir
  • Yağlı bitkilər (yağlı toxumlar və onların emalından alınan məhsullar)-kətan və pambıq toxumları, soya paxlaları, soya yağı,cecə;
  • Taxıl məhsulları-buğda, qarğıdalı, yulaf, çovdar, arpa, düyü;
  • Heyvandarlıq məhsulları-iri buynuzlu diri mal,ət,çiy donuz budları;
  • Ərzaq malları-şəkər, kofe, kakao paxlaları, bitki yağı, yumurta, istiot, kartof, portağal şirəsi konsentratı,yerfındığı;
  • Toxuculuq malları-pambıq, cut, təbii və süni ipək, yuyulmuş yun və iplik;
  • Meşə malları-taxta-şalban və faner;
  • Təbii kauçuk
Sənaye xammalı və yarınfabrikatlar qrupuna bunlar daxildir
  • yanacaq malları-xam neft, dizel yanacağı, mazut, benzin, propan qazı;
  • sənaye metalı-mis, alüminium, sink, qalay, nikel, qurğuşun;
  • qiymətli metallar-qızıl, gümüş, platin, palladium.

Yuxarıda sadalanan malların hamısı maddi-material formada olub material əmtəə adlanır (və ya fiziki əmtəə). Bunlarla bərabər müasir birja ticarətində 70-ci illərdən başlayaraq "duyulmayan əmtəə" və ya qeyri-əmtəə dəyərli yeni bir qrup da yaranıb. Onu iki yarımqrupa bölmək olar:

  • valyuta və valyuta fyuçersləri və indeksləri:
  • maliyyə vasitələri-əmtəə fyuçersləri, bank faizlərinə istinadlar, aksiyaların fond indeksləri, aktivlərin idarəedilməsi vasitələri, həmçinin kirələmə və dövlət qiymətli kağızları müqavilələri.

Maliyyə vasitələrinin fyuçerslərilə ticarətə uzun müddətli xəzinə öhdəlikləri və xəzinə biletləri, bələdiyyənin aksiya və istiqrazlarının fyuçersləri, xarici valyutanın sonradan satın almaq məqsədilə milli valyutaya dəyişdirilməsinin fyuçersləri (svop fyuçersləri) aiddir.

Maliyyə vasitələrilə birja ticarətinin sürətli artımı ona gətirdi ki, 90-cı illərdə dünya əmtəə birjalarında yüksək qiymətləndirilən müqavilələrin üçdə ikisi duyulmayan əmtəəyə görə bağlanmış müqavilələr, yəni əmtəə fyuçersləri daxil olmaqla maliyyə tipli müqavilələr oldu. Belə dəyişikliklər nəticəsində " beynəlxalq əmtəə birjası" anlayışının mahiyyəti dəyişdi. YUNEKTAD ekspertlərinin 1993-cü ildə etdikləri rəsmi məruzə əsasında müəyyən olunubki," müasir əmtəə birjası elə bir maliyyə bazarıdır ki, onun iştirakçılarının müxtəlif qrupları (xedjerlər və möhtəriklər) qiymət risqindən qaçmaq və onu bazarın digər iştirakçılarına ötürmək, yaxud da əksinə qazanc əldə etmək üçün bu risqi öz üzərinə götürmək məqsədilə xammalın və ya "qeyri-əmtəə dəyərinin" qiymətinə bağlanan müqavilələrlə alver edirlər.

Beləliklə, beynəlxalq əmtəə birjaları ənənənvi olaraq dünya əmtəə bazarının bir növü kimi müəyyənləşirlər, belə ki, birja malları üzrə sövdələşmələr birja qiymətləri əsasında həyata keçirilir. Əmtəə birjalarının maliyyə bazarları kateqoriyasına aid edilməsi əmtəə fyuçersləri və başqa maliyyə vasitələri ilə ticarətdə onların əhəmiyyətini nümayiş etdirir.

İndiki zamanda fyuçers əmtəə birjası maliyyə institutuna çevrilib və özündə kapital qoyuluşu sahəsini əks etdirir. Dünya fyuçers bazarı dünya maliyyə bazarının tamdəyərli hissəsi olub qiymətli kağızlar bazarı və faizə əsaslanan bazar ilə sıx qarşılıqlı əlaqədədir. Baxmayaraq ki,müasir beynəlxalq fyuçers birjalarının adlarında ənənəvi "əmtəə" termini saxlanılıb,onların funksiyaları əhəmiyyətli dərəcədə dəyişilib və ilk növbədə dünya bazarı tərəfindən birja mallarının qiymətlərinin müəyyən edilməsinə, birja ticarəti işritakçıları arasında qiymət risqinin bölüşdürülməsinə, əmtəə bazarlarının təşkilinin, likvidliyinin və effektivliyinin yüksəldilməsinə yönəldilib.

Əgər 80-ci illərə qədər dünya əmtəə birjalarında əmtəə fyuçersləri vacib əhəmiyyət kəsb edirdisə, 80–90-cı illərdə valyuta-maliyyə vasitələri aparıcı mövqe tutmağa başladı. 1999-cu ildə dünya fyuçers bazarının ümumi dövriyyəsi 2,4 milyard müqavilə təşkil edirdi, 1998-ci ildə bu rəqəm 2,2 milyarda bərabər idi. Bunlardan 47%-i ABŞ-nin fyuçers və opsiya bazarlarının payına,qalan 53%-i isə bütün başqa ölkələrin payına düşürdü.

Birja indeksləri

İndeks birjada qiymətli kağızların (və ya şirkətlərin) ümumi dəyərini göstərmək üçün istifadə olunan əsas göstəricidir. İqtisadiyyatın hansı istiqamətə yönəldiyini, şirkətlərin səhmlərinin qiymətinin necə dəyişdiyini öyrənmək üçün tez-tez bu göstəriciyə istinad edirlər.

ABŞ birjalarında əsas üç indeks göstəricisi diqqətlə izlənir: Dou Cons, S&P500 və NASDAQ indeksləri. Dou Cons ən böyük 30 şirkətin səhmlərini əhatə edirsə, ikincisi 500 böyük, üçüncüsü isə NASDAQ birjasında yerləşdirilən Amerikan və xarici şirkətləri əhatə edir. Adətən bazarı ən yaxşı ifadə edən indeks olaraq S&P500 istifadə edilsə də, digər indekslər də çox vacibdir. İndeksdən həm də investisiya portfelinin performansını müəyyən etmək üçün istifadə edilir. Adətən belə müqayisə üçün indeks uyğun ölçü olur. Məsələn, portfelinizdə 20 ən böyük şirkətin səhmi varsa, portfelin gəlirliliyini Dou Cons indeksi ilə müqayisə etmək məqsədəuyğun olardı. Əgər portfelinizdə 250 böyük şirkət varsa S&P500 indeksi ölçü olaraq seçilməlidir. Yazıda bu iki indeksin necə hesablandığını izah edəcəyik.

Dou Cons 30 indeksi qiymət çəkili indeksdir. Burada qiyməti çox olan səhmin ümumi indeksə təsiri çoxdur. Məsələn bazarda iki şirkətin səhmi olsun: A və B. A səhminin qiyməti 20 AZN, B-ki isə 60 AZN olsun. Deməli, indeks dəyəri (20+60)/2=40 olacaq. Gördüyünüz kimi, qiyməti çox olan səhmin indeks üzərində təsiri də çoxdur. Fərz edək, növbəti gün səhmlərin qiyməti dəyişir: Hər iki səhmin qiyməti olur 30. Deməli, A-nin qiyməti 10 AZN artmış, B-ki isə 30 AZN azalmışdır. Yeni indeks belə hesablanacaq: (30+30)/2=30. İndeks təxminən 25 faiz azalaraq 40-dan 30-a düşür[2].

Bəzən səhmlərin qiyməti ifrat artanda şirkət onları bölür və ya denominasiya edir. Məsələn 1 köhnə səhm, 2 yeni səhmə bərabər olur. Bu zaman, Dou Cons indeksinə dəyişiklik etmək lazımdır ki, səhmlərin bölünməsi indeksə təsir etməsin. Bir az əvvəlki nümunədə əgər B şirkəti səhmlərini bölürsə, onda bir səhmin qiyməti 30 manat olacaq. Əvvəl qiymətlər 2-yə bölünürdü (2 burada bölən adlanır). İndeks dəyəri dəyişmədən yeni bölən hesablanmalıdır. Bu isə (20+30)/(bölən)=40 tənliyi ilə hesablana bilər. Burada yeni bölən 1,25 olmalıdır. Deməli qiymətlər növbəti gün eyni miqdarda dəyişərsə, yeni indeks belə hesablanacaq: (30+15)/1,25=36. Beləliklə, yeni indeks cəmi 4 bənd (10 faiz) azalaraq 36 olur.

Göründüyü kimi, qiymət-çəkili indeks bazardakı vəziyyəti tam əks etdirmir. Bazarda şirkətlərin ümumi dəyərini deyil, sadəcə qiymətlərini nəzərə alır. Bu baxımdan dəyər (value) çəkili indeks daha məqsədə uyğundur. S&P500 indeksi bu indekslərdəndir. Əvvəlki nümunəyə qayıtsaq, fərz edək ki, A şirkətinin bazarda 1.000 səhmi var, B şirkətinin isə 100. Deməli, A şirkətinin ilkin bazar dəyəri 20.000 AZN, B şirkətinin isə 6.000 AZN olacaq. İndeks belə hesablanacaq: (20.000 + 6.000) = 26.000. Qiymətlər eyni qayda ilə dəyişərsə yeni indeks belə olacaq: (30.000+3.000) = 33.000. Deməli indeks 7.000 bənd və ya 27 faiz artmışdır. İlkin dəyəri 100 olaraq götürsək, sonrakı indeks 127 olacaq. S&P500 indeksi üçün baza dəyəri olaraq 1941-ci ildən[3] başlayaraq 10 rəqəmi seçilmişdir. Eynilə, bəzi şirkət qərarlarının indeksə təsirini azaltmaq üçün bölən hesablanır. Bu zaman səhmlərin bölünməsi indeksə təsir etmir, çünki indeks hesablanarkən səhmlərin sayı nəzərə alınır. Ancaq, şirkətlərin ayrılması, birləşməsi, yeni səhm emissiyası, şirkətin bazardakı səhmlərini geri alması zamanı indeksin böləni dəyişdirilir[4].

Birjanın ehtiva etdiyi terminlər

Birja bankı

Birja sövdələşmələri ilə bağlı kredit və depozit əməliyyatlarını həyata keçirən, müxtəlif istiqamətli maliyyə xidmətləri göstərən ixtisaslaşmış bank. Birja bankı birja vasitəçilərinin fəaliyyətinin yük səlməsinə bilavasitə təsir göstərir.

Birja çökəkliyi (çalası)

Birjanın əməliyyat zalında, adətən, döşəmə səviyyəsindən aşağıda yerləşən dairəvi və ya çoxbucaqlı formasında meydança. Pillələrdə yerləşən brokerlərə bir-birini yaxşı görməyə imkan verir. İri birjalarda adətən bir neçə çökəklik olur.

Birja dövriyyəsi

Müəyyən zaman müddətində birjada əmtəələrin, qiymətli kağızların, valyutanın və s.-nin alqı- satqısının ümumi həcmi. Birja dövriyyəsi birjada reallaşdırılmış əmtəələrin, qiymətli kağızların və s.-nin pul ifadəsində həcmi kimi hesablanır.

Birja əqdi

Birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir)[5].

Birja qiyməti (bazar qiyməti)

Ayrı-ayrı birjalar tərəfindən müs təqil surətdə təyin olunur. Birjalarda təyin edilən qiymətlər, keyfiyyəti, həcmi və göndərmə müddəti vahid şəklə salınmış şəraitdə həyata keçirilən real müqavilələrin qiymətləridir. Birja fondunda tədavüldə olan qiymətli kağızların dəyəridir. Birja kursu qiymətli kağızların gəlirlilik səviyyəsi ilə ssuda faizi səviyyəsi arasındakı nisbətlə təyin olunur[6].

Birja rüsumu

Birja üzvlərinin və iştirakçılarının birja əməliyyatları aparmaq hüququna görə xüsusi birja komitəsinə ödədikləri haqq, rüsum.

Birjada oyun

Birjada əmtəələrin, valyutaların və qiymətli kağızların qiy mətlə rində (kotirovkalarında) dəyişmə meyillərinin proqnozlaş dı rılması hesabına mənfəət əldə edil mə si məqsədilə, eləcə də, müx təlif əmtəə və fond birjalarında kotirov kaların və məzənnələrin fərqi hesabına aparılan möhtəkirlik əmə liyyatları. Birjada mə zənnə nin yük səldilməsinə görə oyun (bu cür oyun çuları ―öküzlər‖ adlandırırlar) və məzənnənin azaldılmasına görə oyun (bu cür oyun çuları ―ayılar‖ adlan dırırlar) fərqləndirilir. Birjada hər bir müştəri öz hesabına, öz riskinə və öz mənafeyi üçün oynayır[7].

Birjadankənar

Rəsmi fond birjasında listinqdən keçməyən və/və ya kotirovka olunmayan birjadankənar bazarda alınıb-satılan qiymətli kağızlar; Qiymətli kağızlar üzrə ticarətin birjada deyil, tərəflər (məs. dilerlər) arasında telefon və ya kompüter şəbəkəsi vasitəsilə birbaşa olaraq həyata keçirildiyi bazar.

Birjadankənar əməliyyatlar

Birjadankənar bazarda həyata keçirilən əməliyyatlar, başqa sözlə:

  • coğrafi baxımından müxtəlif yerlərdə yerləşən tərəflər (məsələn, dilerlər) arasında telefon və ya kom püter şəbəkəsi vasitəsilə həyata keçirilən əməliyyatlar;
  • birjada kotirovkaya daxil olmayan qiymətli kağızlarla əməliyyatlar[8].

İstinadlar

  1. Bourse. Arxivləşdirilib 2016-07-02 at the Wayback Machine Online Etymology Dictionary
  2. Etzel, Barbara. Webster's New World Finance and Investment Dictionary. Aug 29, 2003. ISBN 978-0764526350. March 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2020.
  3. "FAZ.NET Börsenlexikon". Frankfurter Allgemeine Zeitung (German). 2018-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  4. "Commodity exchange". Encyclopaedia Britannica. 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-27.
  5. Stock Exchanges are the most publicly recognized places for buying and selling shares. They are easily the single most important component of the secondary market for corporate shares. Over-the-Counter Options Arxivləşdirilib 2010-05-10 at Archive.today. About.com.
  6. Crump, Thomas. "The Dutch East Indies Company – The First 100 Years [Transcript]". Gresham College (Gresham.ac.uk). 1 March 2006. 26 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2017.
  7. Kindleberger, Charles P. and Aliber, Robert. Manias, Panics, and Crashes. A History of Financial Crises. New York. 2005. səh. 16. ISBN 0-465-04380-1.
  8. "Sustainable Trade: Changing the Environment the Market Operates in, Through Standardized Global Trade Tariffs" by Zoltan Ban. https://books.google.com/books?id=-Q6mMdieX0EC&pg=PA219&dq=1688+AND+%22london+stock+exchange%22&hl=en&sa=X&ved=0ahUKEwjapLqesObPAhXpz1QKHQlTA2o4ChDoAQgyMAA#v=onepage&q=1688%20AND%20%22london%20stock%20exchange%22&f=false Arxivləşdirilib 2020-02-11 at the Wayback Machine. p. 219.

Xarici keçidlər