Oyunlar nəzəriyyəsi
İqtisadiyyat | |
---|---|
Əsas kateqoriyalar | |
Mikroiqtisadiyyat | |
Makroiqtisadiyyat | |
İqtisadi təlimlər tarixi | |
İqtisadi metodologiya | |
Alternativ iqtisadiyyat | |
Texniki metodlar | |
Riyazi iqtisadiyyat | |
Ekonometrika | |
Təcrübi iqtisadiyyat | |
Milli Hesablar Sistemi | |
Sahələr və alt sahələr | |
Təhsil | |
Səhiyyə | |
Əmək | |
Oyunlar nəzəriyyəsi | |
Artım | |
Kənd təsərrüfatı | |
Təbii ehtiyatlar | |
Davranış | |
İqtisadi sistem | |
Beynəlxalq | |
Portal:İqtisadiyyat |
Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərin] [mənbə göstərin]
Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər. Bu nəzəriyyə süni intellekt və kibernetika üçün çox böyük önəm daşıyır.
Oyunlar nəzəriyyəsi çərçivəsində oyun növləri:
1.Eyni maraqlarla olan oyun - rasional oyunçuların arasında əməkdaşlıq əsasında oynanılır.
2.Əks maraqlarla olan oyun - rasional oyunçuların arasında münaqişəli şəraitdə oynanılır.
3.Qarışıq maraqlarla olan oyun - həm əməkdaşlıq, həm də münaqişəli şəraitdə ola bilər.
Oyunların təsvir üsulları
[redaktə | mənbəni redaktə et]Hər hansı bir oyunu təsvir etmək üçün oyunun oyunçularını, informasiyanı, oyunçuların seçimlərin və bu seçimlərə uyğun nəticələri (mükafatları) təyin etmək lazımdır.
Ekstensiv forma
[redaktə | mənbəni redaktə et]Ekstensiv formada oyunlar oyun ağacında təsvir olunur. Ağacın hər bir nöqtəsi oyunçuların seçimlərini göstərir. Ağac həmçinin oyunçuların seçim ardıcıllıqlarını və sonunda qazanclarını da təsvir edir.
Normal forma
[redaktə | mənbəni redaktə et]Normal formada əsasən oyunlar matris şəklində göstərilir. İki oyunçudan ibarət oyunda, bir oyunçunun seçimləri sətirlərdən, digərinin isə sütunlar ibarət olur. Oyunçuların seçimlərinə uyğun qazancları müvafiq sətr və sütunların kəsişməsində göstərilir.
Xarakteristik funksional forma
[redaktə | mənbəni redaktə et]Bu formada qazanclar müvafiq funksional formada göstərilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et] İqtisadiyyat ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |