Jozef Bayza

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa, brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Jozef Bayza
mac. Bajza József
Doğum tarixi 31 yanvar 1804(1804-01-31)[1][2][…]
Vəfat tarixi 3 mart 1858(1858-03-03)[1][2] (54 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti şair, jurnalist, yazıçı, teatr tənqidçisi, ədəbiyyat tənqidçisi
Əsərlərinin dili Macar dili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Jozef Bayza (mac. Bajza József ; 31 yanvar 1804[1][2][…]3 mart 1858[1][2], Peşt[d], Peşt medyesi) — macar şair və tənqidçi.

Həyatı

Jozey Bayza Macarıstanın Heveş medyesində Dyöndyöş bölgəsində anadan olmuşdur. İlk əsərləri 1830-1837-ci illərdə Karoy Kişfaludinin Aurora ədəbi qəzetində dərc edilmişdir. Bundan əlavə, Kritikai Lapok, AthenaeumFigyelmező qəzetləri üçün də məqalələr yazırdı. Onun dram əsərləri ilə bağlı tənqidi araşdırmaları bu janrda o dövrün ən yaxşı yazıları hesab olunur. 1830-cu ildə xarici dram əsərlərindən ibarət tərcümələrini "Ausländische Bühne" adı altında və 1835-ci ildə isə öz əsərlərini nəşr etdirdi. 1837-ci ildə Peştdə yeni yaradılmış milli teatrın direktoru təyin edildi.

Daha sonralar, özünü tarixi əsərlərə həsr etdi və “Tarixi kitabxana” (Történeti Könyvtár), 6 cilddə 1843–1845; “Müair Plutarx” (Uj Plutarch), 1845–1847; və “Universal tarix” (Világtörténet), 1847 kitablarını nəşr etdirdi. Bu əsərlərin bəzi hissəsi alman müəlliflərin əsərlərinin tərcüməsidir. 1847-ci ildə Barza Leypsiqdə müxalif Ellenor jurnalının redaktoru oldu və 1848-ci ilin martında Layoş Koşut onu öz Kossuth Hirlapja qəzetinin redaktoru təyin etdi. 1850-ci ildə beyin xəstəliyinə tutuldu və 1858-ci ildə Peştdə vəfat etdi.

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 József Bajza // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.