Nyuqat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nyuqat
İlk nüsxəsinin üz qabığı
İlk nüsxəsinin üz qabığı
Baş redaktor
Təsis tarixi 1 yanvar 1908
Ölkə
Dil Macar dili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nyuqat (mac. Nyugat) — XX əsrin ilk yarısında təsis edilən Macar ədəbi jurnalı. Bu dövrdə yaşayan yazıçılara və şairlərə “Nyuqatın birinci /ikinci /üçüncü nəsli” kimi istinad edirlər.

Nyuqat jurnalı 1908-ci ildə təsis edilmişdir[1] və ilk olaraq İqnotus, Erno Oşvat və Mikşa Fenyo tərəfindən redaktə edilmişdir.[1] Jurnalda dərc olunan məqalələr üslubuna və məzmununa görə o zaman qərbi Avropada mövcud olan naturalizm, simvolizmimpressionizm cərəyanlarından ilhamlanmışdır.

Nyuqatın birinci nəslinə Endre Adi, Arpad Tot, Mihay Babiç, Dejö Kostolanyi, Dyula Yuhas, Deza Dyoni kimi şairlər, eləcə də, Dyula KrudiJiqmond Morits kimi roman yazıçıları daxildirlər.

Birinci Dünya müharibəsi dövründə solçu ədəbi dairələr tərəfindən sıxışdırılan Nyuqat jurnalı müharibə ilə əlaqədar olaraq bir sıra çətinliklərə məruz qaldı.

Nyuqatın ikinci nəslinə Lörints Sabo, Yosef Fodor və Dyörd Şarkozi daxildir.

  1. 1 2 "Mihály Babits". Encyclopædia Britannica. 5 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]