Rüstəm Cəbrayılov
Rüstəm Cəbrayılov | |
---|---|
Doğum tarixi | 8 iyun 1986 (38 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | model[d], aktyor |
Təhsili | |
Boyu | 193 sm |
Çəkisi | 86 kq |
Mükafatları |
"The Best Model of Azerbaijan 2006, 2007" "The Best Model of the World 2007" |
Rüstəm Abil oğlu Cəbrayılov (8 iyun 1986, Luqansk) — azərbaycanlı aktyor və model.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rüstəm Cəbrayılov 8 iyun 1986-cı ildə Ukraynanın Luqansk şəhərində Abil və Sona Cəbrayılovların ailəsində anadan olub. Ailənin ən böyük övladıdır. Beş yaşında olarkən ailəsi ilə birlikdə Azərbaycanın Bakı şəhərinə köçüb. Orta təhsilini Azərbaycanda başa vurduqdan sonra 2004-cü ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə daxil olub. 2008-ci ildə universiteti bitirdikdən sonra coğrafiya müəllimi işləyib.[1]
Şəxsi məlumatlar — boyu: 193 sm, çəkisi: 86 kq, ölçüləri: 115–87–95, ayaqqabı ölçüsü: 45, gözləri: yaşıl, saç rəngi: qəhvəyi.
Karyerası
[redaktə | mənbəni redaktə et]Rüstəm Cəbrayılov 2005-ci ildə modellik karyerasına başlayıb. Bakı Dövlət Universitetində oxuyarkən reklam çəkilişlərində iştirak etmək üçün dəvət alıb. Bir həftə sonra isə ona "Azercell"in reklam çarxlarına çəkilmək təklif olunub. Onun bu uğuru "The Best Model of Azerbaijan" milli model müsabiqəsinin seçim turlarında iştirak etmək üçün dəvət almasına səbəb olub.
2006-cı ilin noyabrında Azərbaycanın xalq artisti Aygün Kazımovanın rəhbərliyi ilə "The Best Model of Azerbaijan 2006" milli model müsabiqəsinə qatılıb. O, 14 iştirakçı arasında bu müsabiqənin qalibi olub.[2] 2007-ci ilin noyabrında Nahit Kabakçı və modelyer Fəxriyyə Xələfovanın rəhbərliyi ilə təşkil olunan "The Best Model of Azerbaijan 2007"-də də birinci yerə çıxaraq ikinci dəfə bu yarışın qalibi olub. Bir ay sonra, 2007-ci ilin dekabrında Türkiyədə keçirilən "The Best Model of the World 2007" beynəlxalq model müsabiqəsində 90 ölkədən gələn iştirakçılar arasında birincilik mükafatını qazanıb.[3][4] Bu nailiyyətdən sonra ona türk kino şirkətlərindən film və seriallarda baş rol oynamaq üçün təkliflər gəlib.
Rüstəm Cəbrayılov çoxsaylı beynəlxalq moda həftələrində də çıxış edib və tanınmış brendlər və şirkətlərlə, o cümlədən Calvin Klein, Gucci, Yves Saint Laurent və bir çox başqaları ilə əməkdaşlıq edib. Nyu-York, Milan, Paris, İstanbul, Hindistan, Çin, İndoneziya və Dubay kimi ölkə və şəhərlərdə Azərbaycanı qlobal moda səhnələrində təmsil edib. Müxtəlif brendlərin siması olub və bütün dünyada moda nümayişlərində və reklam kampaniyalarında iştirak edib.
Rüstəm modellik karyerası ilə yanaşı, aktyorluğu da davam etdirib. O, bir neçə filmdə, o cümlədən görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin hekayələri əsasında çəkilmiş "Nazik mətləb" filmində baş rolları ifa edib. O, həmçinin Azərbaycanda 20 Yanvar hadisələri kimi tarixi hadisələrlə bağlı filmlərdə önəmli obrazları canlandırıb.
Bundan əlavə, Rüstəm Cəbrayılov Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanın müxtəlif bölgələrində gənclər üçün maarifləndirici sessiyalar keçirərək maarifləndirici təşəbbüslərdə fəal iştirak edib. O, gənc istedadlara mentorluq edib, onlardan bəziləri bütün dünyada modellik və digər sahələrdə uğur qazanıb.
Amerika Birləşmiş Ştatlarında
[redaktə | mənbəni redaktə et]2010-cu ilin iyun ayında Rüstəm Cəbrayılov moda sahəsindəki karyerasını davam etdirmək üçün ABŞ-ın Nyu-York şəhərinə köçüb. O, modellik dünyasının incəliklərini öyrənmək üçün Nyu-Yorkda ixtisaslaşmış modellik məktəbinə yazılıb. "Red Model Management New York City"də model kimi çalışıb.[5]
2012-ci ildə Rüstəm Nyu Yorkda Maykl Bastian, Adrian Alicea və Patritsia Fild kimi tanınmış dizaynerlərin moda nümayişlərində və tədbirlərində iştirak edərək uğurlu bir il keçirib. O, həmin ildən "21-ci əsr" ("Century 21") kişi geyimlərinin siması olub və onların reklamlarında Tayms Meydanındakı bilbord və afişalarda görünüb.
2012-ci ilin dekabrında Rüstəm Cəbrayılov Nyu-Yorkdakı "Kingsborough Community College"-ə sənəd verib və qəbul olunub. 2013-cü ildən ikinci ali təhsilini kollec tələbəsi kimi davam etdirib.
Layihələri
[redaktə | mənbəni redaktə et]Rüstəm Cəbrayılovu dünyanın müxtəlif brend kolleksiyalarının siması olub:
- Moda sənayesi: "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21"[6]
- Moda nümayişi: "Proexport/Columbia fashion show", "Adrian Alice fashion show", "Misheal bastian fashion show", "Calvin Klein fashion show"
- Reklam kompaniyaları: "Cream & Chillingworth", "Radding(lenox bridal shoot)", "Sandro campaign Paris", "Safe life Azerbaijan", "Azercell", "Nissan", "Samsung"
- Jurnalların üz qabığı: "Viral fashion magazine", "Time Out magazine", "New York magazine", "Psychology Today", "Wedding magazine", "Details magazine", "Dew magazine", "New york magazine", "Vouge magazine" və s.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Rüstəm Cəbrayılov modelliklə yanaşı, kino sahəsində də çalışmış, müxtəlif filmlərdə çəkilmişdir:
- Don Marleone (film, 2017)[7]
- 20 Yanvarda doğulanlar (sənədli film, 2021)[8]
- Nazik mətləb (film, 2023)[9]
- Doğma torpaq (film, 2023)[10]
- Xosrov və Şirin (teleserial, 2022)[11]
- Абрикосовая горечь (serial, 2023)[12]
- Himayədar (film, 2024)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Rüstəm Cəbrayılov". Milli.az. 2014-11-11. İstifadə tarixi: 2023-10-08.
- ↑ ""Best Model of Azerbaijan 2006" müsabiqəsi keçirilib". Trend.az. 2006-11-25. 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
- ↑ "En iyi mankenler seçildi". www.hurriyet.com.tr (türk). 2007-12-09. 2019-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
- ↑ "Model Rüstəm Cəbrayılov: «İnsanlar tərəfindən deyil, daha çox işlədiyim şirkətlər tərəfindən tanınıram»". anl.az. 2014-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
- ↑ "Nyu-Yorkun yüksək dəb səhnəsində azərbaycanlı sima". AZƏRTAc. 2012-04-23.
- ↑ "'Самый красивый азербайджанец' рассказал о жизни и карьере в США". ForumDaily. 2018-07-22. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
- ↑ "Don Marleone". IMDb (ingilis). 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
- ↑ ""20 Yanvarda doğulanlar" təqdim olundu". publika.az. 2023-01-20. 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-08.
- ↑ mia.az. "Mir Cəlal Paşayevin əsəri əsasında film çəkilib - "Nazik mətləb"". mia.az. İstifadə tarixi: 2023-10-08.
- ↑ ""Doğma Torpaq" tammetrajlı bədii filmin (quruluşçu rejisser və ssenari müəllifi İlqar Safat) istehsalının çəkiliş dövrünü başa çatdırmışdır". narimanfilm.az. İstifadə tarixi: 2023-10-08.
- ↑ ""Xosrov və Şirin" serialı çəkildi". kulis.az. İstifadə tarixi: 2023-10-08.
- ↑ "АБРИКОСОВАЯ ГОРЕЧЬ (2023)". kino-teatr.ru (rus).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rüstəm Cəbrayılovun işlədiyi "Red Model Management New York City" model agetliyində rəsmi səhifəsi Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine
- "Amerikanın səsi — Rüstəmlə həyatı, Azərbaycan və ABŞ karyerası haqqda söhbət (video)
- Azərbaycanlı model Rüstəm ABŞ-nin Nyu-York şəhərində tələbə oldu
- Michael Bastian NYC — dəbli geyimlər kolleksiyası
- Rüstəm Cəbrayılov rəklam çəkilişləri zamanı
- 2007 ilin Ən gözəl kişi modeli Arxivləşdirilib 2011-05-17 at the Wayback Machine (türkce)
- Qələbəsi haqqda verilən məlumat (türkce)
- Ən yaraşıqlı azərbaycanlı məşhur (az.)
- "Best Model of Azerbaijan 2006" müsabiqəsinin qalibi (rus.)
- "The Best Model of the World 2007" masabiqəsinin qalibi (rus.)
- Azərbaycanlı yaraşıqlı gənc amerika jurnalınının üz hissəsində (rus.)
- Rüstəm Cəbrayılov "Viral fashion" reklam kompaniyasının çəkilib [ölü keçid] (rus.)
- Rüstəm Cəbrayılov: Mən fashion sənayesinin mərkəzində yaşayıram [ölü keçid] (az.)
- Rüstəm Cəbrayılov amerikanın "Time Out New York" jurnalının üz hissəsində (ing.)
- Bir azərbaycanlı kimi çəkildiyim reklamın Tayms meydanında nümayişi mənim üçün böyük fəxrdir (az.)