Fəxriyə Xələfova
Fəxriyə Xələfova | |
---|---|
Fəxriyə Rafiq qızı Xələfova | |
Digər adı | Fakhriya Khalafova |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Atası | Rafiq Xələfov |
Anası | Rəfiqə Əliyeva |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | Rəssam - modelyer, parfümer, pedaqoq |
Mükafatları | |
FakhriyaKhalafova.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Xələfova Fəxriyə Rafiq qızı — azərbaycanlı rəssam-modelyer, əməkdar incəsənət xadimi (2006), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Modelləşdirmə kafedrasının dosenti, "Fakhriya Khalafova" moda evinin təsisçisi.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. Məşhur Xələfbəyovlar nəslindəndir. Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbində almışdır. Azərbaycan Dövlət Universitetinin İnsan beyninin neyrofiziologiyası ixtisası üzrə Biologiya fakültəsində təhsil almışdır (1985–1990). Sonra Psixologiya ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspiranturasını bitirmişdir (1994). Türkiyədə təhsilini davam etdirərək Xüsusi Ali Bədii dizayn məktəbini bitirmişdir (1997).
1998-ci ildən peşəkar modelyer kimi moda sahəsində fəaliyyət göstərir. "Sirr", "Neft ilahəsi", "Ays", "Ümid ritmləri" kimi moda kolleksiyaları Rusiya, Qazaxıstan, Gürcüstan, Belarus və Almaniyada nümayiş etdirilmişdir. "EKSPO-2000" Ümumdünya sərgisində və bir sıra beynəlxalq moda müsabiqələrində münsiflər heyətinin üzvü və sədri olmuşdur. Beynəlxalq müsabiqələrdə diplom və mükafatlara layiq görülmüşdür. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətə başlamışdır. 2015-ci ildə dosent elmi dərəcəsi verilmişdir. Hal-hazırda "Fakhriya Khalafova" Moda və dizayn mərkəzinin rəhbəridir.
Atası Rafiq Rəsul oglu Xələfov (1939–1998) 1979–1989-cu illərdə Azərbaycan SSR-in Avtomobil yollarının istismarı və tikintisi naziri olmuşdur. Anası Əliyeva Rəfiqə Əlirza qızı kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi. Qardaşı Rauf Xələfov Dövlət Təhlükəsizliyi Xidmətinin general mayorudur. Bacısı Sevinc Hacıyeva (1966-cı il) 1995–2004-cü ilə kimi BDU nun kimya fakültəsində dosent vəzifəsində çalışıb. Bakı Dövlət Universitetinin professoru, kimya elmləri doktorudur. 2004-cü ildən "Ekoloji kimya" kafedrasının müdiridir. 200-dən çox elmi əsərin müəllifidir. Fəxriyə Xələfovanın 1993-cü il təvəllüdlü Məhəmməd adında oğlu var.
2017-ci ilin dekabrın 5-də Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Ermitajının direktoru Mixayil Piotrovski ilə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dossenti Fəxriyə Xələfova arasında, dizaynerin kolleksiyasına məxsus 3 libasın Ermitaj muzeyinin kostyum qalereyasının fonduna keçməsi barəsində saziş imzalanıb.[2][3][4]
2018-ci ildə Özbəkistan Respublikasına "Asiya, Afrika və Avropa ölkələri arasında Miss union fashion 2018" tədbiri çərçivəsində səfəri zamanı Özbəkistan Dövlət Tətbiqi İncəsənət Muzeyinə və Özbəkistan Dövlət Muzeyinə şəxsi kolleksiyasından olan özbəkistan ipəyindən hazırlanmış libasları hədiyyə etmişdir.[5]
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Fransanın paytaxtı Paris şəhərində mövsümün ən parlaq hadisəsi olan "Ethical Fashion Show — 2007" [ölü keçid] moda tədbirində Azərbaycanı ilk dəfə Fəxriyə Xələfova təmsil etmişdir.
Moda nümayişləri
[redaktə | mənbəni redaktə et]- Rusiyada Azərbaycan mədəniyyəti günləri — "Sirr" kolleksiyası, 1999-cu il, "Ladies of Azerbaijan" kolleksiyası – 2003-cü il.
- I və III beynəlxalq müsabiqə — "Müasir milli geyim dəstinin yüksək modası" 2000-ci il, Qazaxıstan, Alma-Ata
- "Neft ilahəsi" kolleksiyası, 2002-ci il, Belarus, Minsk "Ümid ritmləri" kolleksiyası −2002-ci il.
- "EXPO 2000" Beynəlxalq sərgisi, Hanover, Almaniya.
- "Avropa xətti" II beynəlxalq reklam festivalı, Minsk, Belarus, Fotolayihə, 2003-cü il.
- Kiyev beynəlxalq reklam festivalı, Ukrayna, Fotolayihə, 2004-cü il.
- "Moskvada moda həftəsi" adlı Birinci beynəlxalq tədbir, "Misilsiz dəbdəbə" kolleksiyası, Rusiya, 2004-cü il..
- Baltic Fashion Week, Riqa, Latviya, 2005-ci il.
- "EXPO 2005" Beynəlxalq sərgisi, Yaponiya.
- 2005-ci ildə Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyəti Günlərində iştirakı.
- "Almata moda həftəsi 2006" adlı Beynəlxalq tədbir, Kazaxstan, 2006-cı il.
- "İstanbul Moda Həftəsi. Türkiyə — 2007".
- "Milli geyimdə yüksək moda". VIII Beynəlxalq müsabiqə. 2007, Rusiya, Moskva. "Cazibə" kolleksiyası
- "ETHICAL FASHION SHOW — 2007" – Paris, Fransa. ""new glamour" kolleksiyası.
- "Fashion planet-2009" beynəlxalq sərgi. Monako Krallığı.
- "Georgian Fashion Week", Tbilisi, Gürcüstan, 2011-ci il. "Caspian Rose" kolleksiyası.
- II Beynəlxalq Avrasiya " İpək yolu" festivalı, Çin 2013-cü il "İpəyin Renisansı Kolleksiyası"
- "Labo Etnik", 2014. Paris, Fransa.
- "Oriental Fashion Show", 2014. Paris, Fransa.
- "Fashion For Europe". Vyana, Avstriya — 2015
- "Caspian fashion week". Həştərxan, Rusiya — 2015
- "Baku Fashion Night" Moda Həftəsi. Bakı, Azərbaycan — 2015.
- "Fashion For Europe". Vyana, Avstriya — 2016.
- "Oriental Fashion Show", 2014. Paris, Fransa.
- "Oriental FASHION SHOW 2017" "İncə Cazibə" kolleksiyası. Paris, Fransa — 2017
Mükafatlar
[redaktə | mənbəni redaktə et]- 29 dekabr 2006-cı ildə Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.[6]
- 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.[7]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Abdullayeva, F. "Turist öz istirahətindən mənəvi qida almaq istəyir": Modelyer Fəxriyə Xələfova xarici turistlərə milli geyimlərimizlə bağlı mühazirə oxuyub: [Bakıda səfərdə olan rusiyalı turizm təmsilçilərinə] //Mədəniyyət.- 2015.- 17 iyul.- S.10.
- ↑ Xanım Nağıyeva. "Fəxriyə Xələfova: "Ermitaj"la olan layihəm sübut etdi ki, dünyanın məşhur muzeyləri belə yaradıcılığa biganə qalmırlar" (az.). Azertag.az. 19.12.2017. 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
- ↑ Xəzər TV. "Fəxriyə Xələfova danışdı" (az.). Youtube.com. 22.12.2017. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-22.
- ↑ Lider TV. "Fəxriyə Xələfova Sankt Peterburqa "Günəş" bağışladı" (az.). Youtube.com. 24.12.2017. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-25.
- ↑ "Arxivlənmiş surət". 2019-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-04.
- ↑ "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2024-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.
- ↑ "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.