Yamblix
Yamblix | |
---|---|
q.yun. Ἰάμβλιχος arami. 𐡉𐡌𐡋𐡊𐡅 | |
Doğum tarixi | təq. 245[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | təq. 325[3][1][…] |
Dövr | Roma imperiyası |
Əsas maraqları | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Yámblix (q.yun. Ἰάμβλιχος; 245/280 — 325/330) — antik dövrün neoplatonçu filosofu, Porfiriusun öyrəncisi, Apameyada yerləşən neoplatonçuluğun Suriya məktəbinin yaradıcısı. Onun əsli Suriyanın Xalkida şəhərindən idi, Romada təhsil almış, sonra isə Suriyanın Apameya şəhərində fəlsəfədən dərs deyirdi. Bir sıra kitabların müəllifi idi.
Fəlsəfəsi
[redaktə | mənbəni redaktə et]Yamblix Plotinin davamçısı olaraq onun Vahid-Əql-Ruh üçlüyü haqqında monistik təlimini bir qədər fərqli şəkildə təsəvvür edirdi. Məsələn o, Vahidi ikiyə bölmüşdür. Plotində olduğu kimi, Birinci Vahid hər bir varlıqdan daha ucadır. İkincisi isə özündən sonra gələn hər şeyin başlanğıcıdır. Yamblix burada Vahid-Əql və Vahid-çoxluq arasında keçid mərhələsini qurmuşdur. Bu bölgünü ona görə etmişdir ki, bir tərəfdən hər şeyin başlanğıcı olan Tanrı sonsuz olaraq uzaqlarda təsəvvür edilir. Başqa tərəfdən isə o bu dünyada var və hər şeyi yaradır. Vahid tanrının ikiyə bölünməsi ilə Yamblix bu ziddiyyəti aradan qaldırmaq istəmişdir.
Bu quruluşu Yamblix Əql anlayışına da aid edirdi. Onun fəlsəfəsində Əql də ikiyə bölünür. Birincisi hər bir var olan şeyin paradiqmasıdır (ilk obrazıdır), ikincisi isə ideyaların toplusudur. Bu kimi görüşlə Yamblix yenə də keçmiş platonçuların ziddiyyətlərini çözmək istəmişdir. Çünki, Əqldə ideyaların olmasından öncə onların ilk obrazları düşünülməli idi. Buna görə də, Yamblix bu ziddiyyəti həll etmək üçün Əqli iki hissədən ibarət təsəvvür edirdi.
Hər şeyin paradiqması olan birinci Əqlin tərkibi bir deyil, ata (varlıq) – güc (varlığın mümkünlüyü) – əqlin özü (varlığın həqiqiliyi kimi, onun mümkünlüyünün düşünülməsi) üçlüyündən ibarətdir[4]. Bu üçlüyün hər bir üzvü ayrıca varlıq və tanrılardır.
Bu cür bölgünü Yamblix ikinci Əqlə, sonra Ruha və onun hissələrinə də aid edirdi. Beləliklə, onun təsəvvüründə dünyanın üstündə duran Vahidə, Əqlə və Ruha aid tanrılar panteonu yaradılmışdır. Onların ardınca dünyanın içində olan tanrılar gəlir. Bu tanrılar isə öz növbəsində 12 göy tanrısına bölünürlər. Bu tanrılar da 36, onlar isə 360 tanrıya bölünür[5]. Eyni zamanda, Yamblixa görə Tanrının birliyi və tanrıların çoxluğu arasında fərq də yoxdur. Çünki, bir olan yaradan çoxlu sifətlər və adlarda təzahür olunur. Onlar tanrılar kimi sayılsa da, bir Tanrının hissəcikləridir. Beləliklə, Yamblix göylərdən başlayan və yerdə bitən bir ardıcıl düzən qurmuşdur. Bu düzəndə hər bir hissə öncəkinə tabe olur, ondan doğur. Buna da iyerarxiya deyirlər.
Yamblixə görə ideyalar da şeylərdən fərqlidir. Sadəcə şeylər onun bəzi özəlliklərini əks etdirir. Bu yansıma ideya haqqında qismən bilgi verir və sonludur. İdeya isə əbədi olaraq yaşayır. Deməli, hər bir şeyin əbədi və “yansıyan” (əks olunan) varlığı vardır. Maddi dünyada olan hər şey dünya Ruhundan yaranırsa, deməli o da ikiyə bölünür. Biri "təmiz" Ruhdur ki, onun bu dünyada "yansıması" yoxdur və o ideal aləmə yönəlir. Dünyada olan "yansımalar" ancaq dünya Ruhunun ikinci hissəsindən əmələ gəlir[6]. Ola bilsin bu bölgü hansısa daha qədim dini inanclar, magiya və astrologiya əsasında yaranmışdır.
Yenə Yamblixə görə insan və heyvan ruhlarının təbiəti bir-birindən fərqlənir. İnsan ruhu düşüncə ilə qavranılan təbiətlə bağlantıdadır. Bu keyfiyyət heyvanlara aid edilə bilməz.
Porfirius kimi Yamblix də teurgiya (tanrıların rəğbətini qazanmaq üçün onların iradəsinə təsir etmək sənətidir; magiyanın bir növüdür) ilə məşğul olurdu. Onun tanrılara ibadət edən zaman yer üzərində qalxması, işıq saçması haqqında əfsanələr gəzirdi[7]. Yamblixin fikrincə heykəllər tanrı deyillər və onlara ibadət etmək olmaz. Ancaq kahin zikr, qurbanlar və başqa mistik aktlarla göy tanrılarından aldığı gücü heykəllərə və başqa maddi obyektlərə ötürüb onları tanrılaşdıra bilər. Beləliklə, kahinin fəaliyyətindən sonra tanrı ruhu heykəllərə və başqa maddi şeylərə keçə bilər.
Göründüyü kimi Yamblix tənəzzülə uğrayan və Xristianlıqla artıq rəqabət apara bilməyən çoxtanrılığın (politeizmin) dirçəldilməsi üçün yeni ideyalarla çıxış edirdi. Bunu edərkən o, qədim yunan-roma fəlsəfəsini mifləşdirmiş, onu müxtəlif mistik təlimlər və teurgiya ilə qarışdırmışdır.
Əsərləri
[redaktə | mənbəni redaktə et]- Misir Misteriyaları (rusca)
- Pifaqorun həyatı (latınca)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 264-267. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 264-267. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
- Fowden, Garth. The Egyptian Hermes: A Historical Approach to the Late Pagan Mind. Princeton, Princeton University Press 1986.
- Shaw, Gregory. Theurgy and the Soul: The Neoplatonism of Iamblichus. Pennsylvania, Pennsylvania State University Press 1995.
- This article incorporates text from a publication now in the public domain:
- Асмус В. Ф. Античная философия. — М., 1994, с. 392—394.
- Лосев А. Ф. История античной эстетики. Последние века. — М.: Искусство. 1988. Кн. I, с. 122—301.
Xarici bağlantılar
[redaktə | mənbəni redaktə et]- Iamblichus articles in the Encyclopedia of the Goddess Athena.
- Lucas Siorvanes, "Iamblichus"
- "Deification Doctrine in Iamblichus and Three Church Fathers" in Theandros Vol. 3, No. 1, Fall 2005
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Oxford Classical Dictionary (ing.). / S. Hornblower, A. Spawforth, E. Eidinow Oxford: OUP, 2012. ISBN 978-0-19-173525-7
- ↑ Répertoire des sources philosophiques antiques (fr.). CNRS.
- ↑ ЯМВЛИХ // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.
- ↑ The Life of Proclus or Concerning Happiness by Marinus of Samaria Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine / Translated by Kenneth S. Guthrie. London: Phanes Press, 1986, pp. 23-30.
- ↑ Ямвлих Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine // Энциклопедический словарь Ф. А. Брокгауза и И. А. Ефрона. С.-Пб.: Брокгауз-Ефрон. 1890-1907.
- ↑ Ямвлих // Античная философия: Энциклопедический словарь Arxivləşdirilib 2016-10-09 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
- ↑ Philostratus and Eunapius. The lives of the sophists / Translated by W.C. Wright. : William Heinemann, 1922, pp. 363-373.