Çiloe
Çiloe adası | |
---|---|
isp. Isla de Chiloé | |
Ümumi məlumatlar | |
Sahəsi | 8394 km² |
Uzunluğu |
|
Eni | 50 km |
Hündür nöqtəsi | 1048 m |
Əhalisi | 154.700 nəfər (2002-ci il) |
Yerləşməsi | |
42°33′00″ c. e. 73°57′00″ q. u.HGYO | |
Ölkə | Çili |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 971 ing. • rus. • fr. |
Çiloe adası́[1] (isp. Isla de Chiloé) — Sakit okeanda yerləşən, Çiliyə məxsus olan ada. Sahəsi 8394 km² təşkil edir. Çiloe arxipelaqının əsas adası olaraq arxipelaqın 91,4 % ərazisini təşkil edir (9181 km²).
Yerləşməsi
[redaktə | mənbəni redaktə et]Sahəsinə görə Çilinin Odlu Torpaqdan sonra ikinci adasıdır. Cənubi Amerikanın isə sahəsinə görə dördüncü adasıdır.
Onun şimaldan cənuba uzunluğu 190 km, maksimal hündürlüyü 1048 metr təşkil edir. Şərqdən qərbə eni 60 km-dir.
Şərqi təpəli düzənliklərdən ibarətdir.
Ada materikdən Ankud körfəzi və Korkovado körfəzi şərqdən, Cakao boğazı şimaldan, Quafo boğazı ilə isə cənubdan ayrılır.
İqlimi
[redaktə | mənbəni redaktə et]İqlimi mülayim və rütubətlidir. Sakit okendan keçən Peru cərəyanının təsirinə məruz qaldığından ada ətrafında temperatur il ərzində 9–11 °C arasında dəyişir.
Adanın mərkəzindən keçən dağlar adanı iqlim baxımdan iki yerə bölür. Dağlar iqlimə böyük təsir göstərir.
Yayda temperatur 12,8 °C, qışda isə 7,5 °C olur. İllik yağıntının miqdarı isə 2900 mm-dir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Belə düşünülür ki, adanın ilk sakinləri Çonolar olmuşdur. 1567-ci ildə ispanlar adaya ilk dəfə ayaq basırlar. Elə həmin ildəcə onlar Kastro şəhərini inşa edirlər. 1768-ci ildə Ankud adanın mərkəzi şəhəri olur. 1817-ci ilin dekabrında Çili və İspaniya qüvvələri arasında Çiloe adasında şiddıtli döyüş baş verir. Bundan sonra isə ada Çilinin mülkiyyətinə çevrilir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Çilini bürüyən qızıl xəstəliyi səbəbindən ada əhalisinin bir qismi ölkənin cənubuna axışmışdır.
Güçlü zəlzələdən sonra Ankud şəhəri tamamən dağılır. 200 ildən sonra 1982-ci ildə Kastro yenidən adanın mərkəzinə çevrilir.
Ümumdünya irsi
[redaktə | mənbəni redaktə et]İspanlar adaya ayaq basdıqdan sonra bura xristian dini adada təbliğ edirlər. Burada inşa edilən kilsələr unikallığı ilə seçilir. Bu səbəbdən 2000-ci ildə bu abidələr UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisi 2002-ci ilə olan məlumata görə 154 700 nəfər təşkil edir. Adanın yaşayış məntəqələri — Kastro şərqdə və Ankud şimalda.
Ada əhalisinin əsas məşğuliyyəti meşə məhsullarının istehsalı və balıqçılıqdır.
İnzibati bölgü
[redaktə | mənbəni redaktə et]Çiloe arxipelaqına daxil adaların böyük qismi eyni adlı əyalətin ərazisinə daxildir. Ada ərazisi isə kiçik ərazi vaxidlərinə bölünür.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]Kənd təsərrüfatının əsasını heyvandarlıq və kartofçuluq təşkil edir. Ada ilə materik arasında bərə fəaliyyət göstərir. Çakao boğazı üzərində gələcəkdə körpü tikintisi planlaşdırılır. Vilayətin büccəsinin əsasını isə turizm təşkil edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Словарь географических названий зарубежных стран / отв. ред. А. М. Комков. — 3-е изд., перераб. и доп. — М. : Недра, 1986. — С. 428
Mənbə
[redaktə | mənbəni redaktə et]- Çiloe adası
- Çiloe adasının portalı
- Çiloe mifologiya Arxivləşdirilib 2006-04-11 at the Wayback Machine