Çovdar mahmızı
Çovdar mahmızı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Şöbə: Ranqsız: Yarımşöbə: Ranqsız: Ranqsız: Sinif: Yarımsinif: Dəstə: Fəsilə: Cins: Növ: Çovdar mahmızı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Çovdar mahmızı (lat. Claviceps purpurea) — fungi aləminin ascomycota şöbəsinin sordariomycetes sinfinin hypocreales dəstəsinin clavicipitaceae fəsiləsinin claviceps cinsinə aid göbələk növü.
Sıranın nümayəndələrində cinsi çoxalma məlumdur. Onların hamısı homotallikdir. Klavisepslərin inkişaf tsiklində konidilərlə çoxalama da müşahidə olunur.
Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür və nəticədə qanaxma dayanır. Həmin maddələr şiddətli zəhərlənmələr verir.
Çovdar mahnuzı mühüm praktiki əhəmiyyət kəsb edir. O, müxtəlif taxıl bitkiləri, xüsusən çovdar sünbüllərində parazit həyat tərzi keçirir, bitkinin çiçək yatağında inkişaf edərək mitseli, konididaşıyıcılar və şəffaf təkhüceyrəli konidilər əmələ gətirir. Onun bu dövrü sfaseliya adlanır. Bitkilərin yoluxımış hissəsindən həşəratları özünə cəlb edən şirin şirə ifraz olunur ki, nəticədə konidilər həşərat vasitəsilə sağlam bitkilərə keçərək xəstəliyi yayırlar. Konidilər inkişaf edən zaman mitseli yığılaraq yumurtalığın alt hissəsində tünd-bənövşəyi rəngli mahmızabənzər sklerotsilər əmələ gəlir. Onlar yetişdikcə torpağa tökülüb orada qışlayır və ikinci ilin yazında inkişaf edərək iki hissədən: 20-30 ədəd uzun ayaqcıq və yumru qırmızımtıl başdan ibarət stromalar əmələ gətirir. Başın səthində kiçik məsaməli, ellipsvarı boşluğa malik çoxlu sayda peritetsi yerləşir. Onun 8 ədəd telşəkilli askosporu olan uzunsov kisələri vardır. Parafizlər yoxdur. Kisələr yetişdikdə məsamədən xaricə çıxır, sporlar külək vasitəsilə çiçəkləyən taxıl bitkilərinə gətirilir və yenidən burada inkişaf edirlər. Çovdar mahmızının böyük təcrübi əhəmiyyəti vardır. O, bir tərəfdən taxıl bitkilərində parazitlik edərək məhsuldarlığı azaldır, digər tərəfdən isə tərkibindəki zəhərli maddələrdən tibbdə geniş istifadə olunur. Onların təsirindən əzələlər büzüşür, qanaxma dayanır. Həmin maddələr şiddlətli zəhərlənmələr verir.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Parazit göbələk olub, digər yabanı və mədəni bitkilərin üzərində yaşayır. O, öz yaşayışını 3 mürəkkəb: skleroidal, kisəli və kondidal tsikillə başa çatdırır. Tibb təlimində skleroidal – göbələk halında olan yaşayış mərhələsidir.
Çovdar mahmızı bozqır və tundra ərazilərində geniş yayılmışdır.
Çox rütublətli havada taxılların ziyanvericisi hesab olunur. Göbələyin inkişafı üçün optimal temperatur 24ºС hesab olunur.
Farmakoloji sənaye üçün becərilən çovdar mahmızının seçimi bir neçə mərhələyə bölünür: 1) çovdar mahmızının toplanılması, 2) materialın yoluxma dərəcəsinin yoxlanılması, 3) sürməyə yoluxma. Toplanılan çovdar mahmızı quruducu şkafda 400C temperaturda qurudulmalıdır. Yüksək temperaturada qurutduqda alkaloidlər parçalanir.
Çovdar mahmızı olan taxıllar anbarlarda sağlam toxumlardan ayrı saxlanılmaqla, dezinfeksiya edilməlidir. Xammal B siyahısına daxildir.
Tərkibi və təsiri
[redaktə | mənbəni redaktə et]Sklerosiya dövründə tərkibində daha çox indol qrupu alkaloidləri rast gəlinir. Bu alkaloidlər iki qupa: lizerqin turşusu və klavin sırası alkaloidlərinə ayrılır. Birinci qrupda 7 steromüntəzəm birləşmələr dayanır. Alkaloidlərdən lezerqin yarımqrupu 4 tipə: peptid sırası (erqotamin, erqotoksin), alkolanid tipi (erqometrin, erqometrinin), amid tipi (erqin, erqinin) və karbonilamid tipinə (alfa lizerqin metilkarbinolamid turşusu) ayrılır. İndiki zamanda lizerqin turşusunun 20-dən çox alkaloidləri vardır. Yüksək alkaloidləri olan çovdar mahmızının bəzi ştammlarında 0,3-0,5% alkaloidlərin olduğu aşkar edilmişdir. Bu alkaloidlərdən erqotamin ştammında 70% erqotoksin, erqokriptin ştammında 80% erqokriptin vardır. Alkaloidlərdən başqa tərkibində aminlər, alkilaminlər, 35% aminturşular, piyli yağlar, süd turşusu, şəkər və piqmentlər tapılmışdır.
Mədəni becərilən yetişmiş çovdar mahmızının qurudulan xammalı keyfiyyətli dərman bitkisi olub, mürəkkəb təsir mexanizminə malikdir. Farmakoloji xüsusiyyətinə görə tərkibindəki erqotamin və erqometrinə görə uşaqlıq əzələsinin tonusunu azaldır, digər xüsusiyyətinə əsasən α-adrenoblokatr olduğundan, ürək-damar xəstəliklərində təyin edilir. Çovdar mahmızından 30-a qədər dərman preparatları alınır. Çovdar mahmızından zəhərlənmə (erqotizm) onun tərkibindəki alkaloidlərlə bağlıdır. Bu zaman qıcolmalar başlayır, kapilliyarlar daraldığından periferiyalarda qanqrena prosesləri başlayır.
İndiki zamanda taxıllarda sünbülləmə başlayanda bu pas göbələyinin kandida sporları yayılaraq sünbülləri xəstələndirir. Sklerosiya dövründə onun tərkibində erqoalkaloidlər seleksiya işlərinin aparılmasına böyük maneçilik törədirlər. Yeni yaranan ştamplar müxtəlif alkaloidlərin yaranmasına səbəb olurlar. İndiki zamanda 4 ştampın yaranmasına (erqotamin, erqotoksin, erqokriptin və erqometrin) səbəb olur. Birinci iki ştamp təbabətdə geniş şəkildə tətbiq edilir. Taxılın yetişməsi - göbələyin sklerosiya dövrünə düşür. Çovdar mahmızının sümsüsünün tozu keyfiyyətli dərman bitkisi kimi uşaqlıq əzələsini stimullaşdıran alkaloidlərdən təşkil olunmuşdur. Tərkibində olan maddələr genokoloji praktikada işlədilərək, uşaqlıq əzələsini yığaraq qanaxmanı kəsir. Olduqca keyfiyyətli olan bu maddə erqometrindir. Erqometrin alkaloidi "bellataminal" və "kofetamin"in əsas tərkib hissəsini təşkil edir. "Bellataminal" spazmolotik və sakitləşdirici dərman kimi yüksək həssaslıqda, halsızlıqda, klimakterik nevrozlarda, neyrodermitdə, vegetativ distoniyada, miqrendə və arterial hipotoniyada təyin edilir. Erqokriptin ştampından yarımsintetik preparat olan parlodel dərmanı alinır. Bu preparat prolaktin sekresiyasını azaldaraq, mastit və süd vəzinin xərçəngində tətbiq edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Index Fungorum (ing.).