Ümman Ağamalıyev
Ümman Ağamalıyev | |
---|---|
Ümman İlqar oğlu Ağamalıyev | |
Doğum tarixi | 19 İyun 1986 |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | İki övladı var |
Atası | İlqar Ağamalıyev |
Anası | Mətanət Ağamalıyeva |
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq üzrə fəlsəfə elmləri doktoru |
Təhsili | Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, AMEA İnsan Haqları İnstitutu |
Ümman İlqar oğlu Ağamalıyev (19 İyun 1986, Bakı) — azərbaycanlı hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və insan haqları institunun doktorantı, Hüquq üzrə fəlsəfə elmləri doktoru, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ümman Ağamalıyev 19 iyun 1986-cı il tarixində Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri, Nizami rayonunda yerləşən 238№-li məktəbdə almışdır. 2003-cü ildə adı çəkilən məktəbi bitirib Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. [[Bakı Dövlət Universiteti]] 2007-ci ildə bitirib 2007–2008-ci illərdə hərbi xidmətdə olmuşdur. 2010–2013-cü illərdə Aviasiya akademiyasında Cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsi almışdır. 2022-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Hüquq və insan haqları institunun aspirantura və doktorantura pilləsini bitirmişdir. 2024-cü il mart ayında "Azərbaycan Respublikasında idarəetmənin konstitusion hüquqi əsasları" mövzusunu müdafiə edərək hüquq üzrə fəlsəfə elmləri doktoru elmi dərəcəsini almışdır. 2024-cü ilin sentyabr ayından Milli Aviasiya Akademiyasının doktorantura şöbəsinə daxil olmuşdur. Hal-hazırda "Azərbaycan Respublikasında rəqəmsal hökümət idarəetməsinin konstitusion hüquqi əsasları: problemlər və müasir çağırışlar" mövzusu üzrə doktorluq işinin üzərində çalışır.
İş təcrübəsi
[redaktə | mənbəni redaktə et]- 01 yanvar 2007 - 01 iyul 2007 — Xətai rayon məhkəməsində hakim köməkçisi vəzifəsində çalışmışdır.
- 19 aprel 2010 - 19 dekabr 2013 — “Shirvan Operating Company Ltd” şirkətində hüquqşünas vəzifəsində çalışmışdır.
- 20 dekabr 2013 - 01 noyabr 2015 — Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində direktorun hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
- 01 noyabr 2015 - 01 iyul 2017 — Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi komitənin hüquq və inzibati işlər üzrə müşaviri vəzifəsində çalışmışdır.
- 01 noyabr 2017 - 01 noyabr 2018 — Həyat fondunda hüquq departamentinin rəhbəri, prezidentin müavini vəzifəsində çalışmışdır.
- 01 dekabr 2017 - 15 avqust 2019 — Tədbir Əməliyat Komitəsində komitənin hüquq və kadr şöbəsinin müdiri, baş direktorun müşaviri vəzifəsində çalışmışdır.
- 01 sentyabr 2019 - hal-hazırda — : Yüksəliş İctimai Birliyində hüquq və inzibati şöbənin rəhbəri vəzifəsində çalışır.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Magistratura dövrünün əhatə edən məqalələr
[redaktə | mənbəni redaktə et]- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2014-cü il 16(1) cildi — Cinayət işlərinin birləşdirilməsinin qanuniliyi.
- Qanun elmi hüquq jurnalı 2014-cü il 1-ci buraxılışı — Cinayət işlərinin birləşdirilməsinin əsaslılığı.
- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2014-cü il 16(2) cildi — Vicdan azadlığının anlayışə və konstitusiya əsasları.
- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2014-cü il 16(3) cildi — Azərbaycan Respublikasının milli məclisinin qanunvericilik hakimiyyəti orqanı kimi səciyyəvi xüsusiyyətləri.
- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2015-ci il 17(3) cildi — Şərəf və ləyaqətin müdafiəsi hüququnun subyektləri.
Məqalələr
[redaktə | mənbəni redaktə et]- Qanun elmi hüquq jurnalının 2016-cı il 12-ci cildi — Dövlət idarəetmə sisteminin qurulmasının konstitusion-hüquqi aspektləri.
- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2017-ci il 19(2) cildi — Dövlət aparıtının fəaliyyətinin monitorinq üsulu ilə qiymətləndirilməsinin konstitusion-hüquqi aspektləri.
- Qanun elmi hüquq jurnalının 2017-ci il 1-ci cildi — Dövlət idarəetmə sisteminin təşkilinin səmərəliliyinin konstitusion-hüquqi qiymətləndirilməsi problemləri.
- Politicus науковый журнал 2017 г. 3-й выпуск — Оснавные направления совершенствования системы государственного управления в Азербайджанской Республике.
- Polis Akademiyasının elmi xəbərləri №1 (1) fevral 2018-ci il — Dövlət idarəetməsinin bəzi xüsusiyyətləri və funksiyaları
- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2018-ci il 19 (2) cildi — Dövlət aparatının fəaliyyətinin monitorinq üsulu ilə qiymətləndirilməsinin konstitusion-hüquqi aspektləri
- Aviakosmik məsələlərin həllində Gənclərin yaradıcı potensialı III Beynəlxalq Elmi-Praktiki konfrans — Dövlət idarəetmə sisteminin inkişafının konseptual əsasları
- Формирование электронного правительства-государствa в Азербайджанской Республике как основное направление совершенствования системы государственного управления - I Международная научно-практическая конференция «MODERN SCIENCE: INNOVATIONS AND PROSPECTS» Стокгольм, Швеция
- CONSTITUTIONAL AND LEGAL FUNDAMENTALS OF PUBLIC ADMINISTRATION IN THE REPUBLIC OF AZERBAIJAN - III Международная научно-практическая конференция «SCIENCE, INNOVATIONS AND EDUCATION: PROBLEMS AND PROSPECTS» Токио, Япония
- Polis Akademiyasının elmi xəbərləri, Bakı şəhəri, 2021 N4 - Azərbaycan Respublikasında elektron hökümətin formalaşdırılması dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas istiqaməti kimi
- Polis Akademiyasının elmi xəbərləri, Bakı şəhəri, 2023 N3 (33) - Azərbaycan Respublikasında Elektron hökümətin inkişaf istiqamətləri və inkişafın beynəlxalq və yerli dəyərləndirilmə meyarları
- Milli Aviasiya Akademiyasının elmi məcmuələr jurnalının 2024-ci il 26(2) cildi- İdarəetmədə “açıq hökümət” anlayışı, Azərbaycan Respublikasında "açıq hökümət" elektron dövlətin və demokratiyanın əsası kimi
İstinadlar
[redaktə | mənbəni redaktə et][1] barassociation.az