Ürək nəğməsi (film, 1989)
Naviqasiyaya keç
Axtarışa keç
Ürək nəğməsi | |
---|---|
Janr |
bioqrafik musiqili |
Rejissor | Sevinc Kərimova |
Ssenari müəllifi | Sevinc Kərimova |
Operator | Nəriman Şıxəliyev |
İstehsalçı | "Azərbaycantelefilm" |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | SSRİ |
İl | 1989 |
Texniki məlumatlar |
3 hissə 855 metr 35 mm |
Məzmun
[redaktə | mənbəni redaktə et]Film-portret Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Tofiq Quliyevə həsr olunmuşdur. Burada yazıçı Mirzə İbrahimov, musiqiçi O.Lundstrem, rəssam Tahir Salahov, bəstəkar və müğənnilərdən Polad Bülbüloğlu, Müslüm Maqomayev, bəstəkarlardan Qara Qarayev, Kajlayev, musiqiçi Fərhad Bədəlbəyli onun barəsində söz deyirlər.
Ekranda 1942-ci ilin kinoxronikası göstərilir: caz orkestri müharibə dövründə çıxş edir. Bizim günlərin kinoxronikasında biz Tofiq Quliyevi və Rəşid Behbudovu bir yerdə görürük, onların söhbətlərini dinləyirik. Müğənnilər məşhur bəstəkarın mahnılarını ifa edirlər. "Bəxtiyar" bədii filmində R.Behbudov mahnı oxuyur...
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Rejissor: Sevinc Kərimova
- Ssenari müəllifi: Sevinc Kərimova
- Operator: Nəriman Şıxəliyev
- ????: Tofiq Babayev
- Səs rejissoru: S.Rzayeva