İçida Sota
İçida Sota | |
---|---|
yap. 市田左右太 | |
Doğum tarixi | 1843[1] |
Vəfat tarixi | 12 sentyabr 1896 |
Fəaliyyəti | fotoqraf |
Vikianbarda əlaqəli mediafayllar |
İçida Sota (市田 左右太?, 1843[1] – 12 sentyabr 1896) – Yaponiya fotoqrafı. 1870–1880-ci illərdə Kobenin ən tanınmış fotoqraflarından biri olmuşdur.
İlk illəri
[redaktə | mənbəni redaktə et]İçida Sota 1843-cü ildə indiki Hyoqo prefekturasının ərazisində doğulmuşdur. 1860-cı illərin əvvəlində Kiotoya köçmüşdür.[2]
Fotoqrafiya
[redaktə | mənbəni redaktə et]İçida fotoqrafiyanı öyrəndikdən sonra 1868-ci ildə Kiotoda öz fotostudiyasını açmışdır. 1870-ci ildə studiyasını Kobe şəhərinin əsas küçəsinə köçürmüş və əcnəbi icması ilə əlaqələr qurmuşdur. Bu səbəbdən bir çox fotosu Qərb kolleksiyaçıları tərəfindən satın alınmışdır. İngilisdilli qəzetlərdə elanlar vermiş, əsas tədbirlərin və idman hadisələrinin fotolarını çəkmişdir.[2]
İçida 1872-ci ildə keçirilmiş Kioto Sərgisində çəkdiyi fotoları sərgiləmişdir. O, bundan sonra fotoqrafiya avadanlıqlarının idxalı ilə məşğul olmağa başlamışdır. Onun işləri 1877-ci ildə keçirilmiş I Milli Sənaye Sərgisində sərgilənmişdir.[2] 1881-ci ildə keçirilmiş II Milli Sənaye Sərgisində fərqlənmə medalına layiq görülmüşdür.[3] 1887-ci ildə fotoqrafiyadan əl çəkmiş və biznesini övladlığa götürdüyü oğlu Kocime Hideciroya ötürmüşdür. Studiya 1920-ci illərə qədər fəaliyyət göstərməyə başlamışdır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. səh. 184–185. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 30 noyabr 2024.
- Tucker, Anne; Iizawa, Kōtarō; Friis-Hansen, Dana; Ryuichi, Kaneko; Kinoshita, Naoyuki; Joe, Takeba. The History of Japanese Photography (ingiliscə). Yale University Press. 1 yanvar 2003. səh. 315. ISBN 9780300099256. İstifadə tarixi: 30 noyabr 2024.