İmir Məmmədli
İmir Məmmədli | |
---|---|
Doğum adı | İmir Məmmədov |
Doğum tarixi | |
Doğum yeri | Paşiyan, Kaspi rayonu, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist, şair, dramaturq, tərcüməçi, ssenarist |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janrlar | poeziya, ssenari, esse, dram |
Mükafatları |
İmir Məmməd oğlu Məmmədov (Məmmədli) (7 avqust 1957, Kaloubani[d], Gürcüstan SSR, SSRİ) — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstan Dövlət mükafatı laureatı (2001).
Həyatı
[redaktə | mənbəni redaktə et]İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonununda anadan olmuşdur. Orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975–1980). İmir Məmmədli 1980-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildən 1990-cı ilədək Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır.
1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992–1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996–2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədri olmuşdur (1995–2003).
2004-cü ildən 2019-cu ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktoru vəzifəsində çalışmışdır. 2019-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Dövlət Tərcümə Mərkəzində çalışır.
Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır. Yeddi orijinal, 10-dan çox tərcümə edilmiş kitab müəllifidir. Onun ssenariləri əsasında 9 bədii film çəkilib; bunlardan bir tammetrajlı bədii film və 5 serialı bədii film Dövlət sifarişi ilə, bir tammetrajlı film isə türk kinematoqrafçıları tərəfindən ekranlaşdırılıb; Dörd pyesi Azərbaycan teatrlarında səhnələşdirilib.
Şota Rustavelinin "Pələngdərili cəngavər" poemasını ilk dəfə orijinaldan Azərbaycan dilinə poetik tərcümə etmişdir. Məhəmməd peyğəmbərin kəlamlarını, Yunus İmrənin şeirlər toplusunu, Aşıq Ələsgərin əsərlərini, Çağdaş Azərbaycan nəsrnin antologiyasını, İsa Muğannanın Povest və Yekayələr toplusunu və müasir Azərbaycan poeziyasından nümunələri gürcü dilinə çevirmişdir.
Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü (1997), Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin üzvü (1998), Dünya Azərbaycanlılarının I qurultayında Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü (2001) seçilmişdir.
Xidmətlərinə görə bir çox dövlət və ədəbi mükafatlara layiq görülmüşdür: Azərbaycan Respublikası Prezident mükafatçısı (2010), Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin xüsusi mükafatçısı (2011), Gürcüstan Dövlət mükafatı laureatı (2001), "Maçabeli" mükafatı (1997), Tbilisi Sədaqət medalı (1999), "Şərəf" ordeni (2000), Yazıçılar Birliyinin "UGART" mükafatı laureatı (2005).
Kitabları
[redaktə | mənbəni redaktə et]- İstəsəm də istəməsəm də (Azərbaycan dilində)
- Novellalar (azərbaycan dilində)
- Kişilərə mesaj (azərbaycan dilində)
- Qapı (azərbaycan dilində)
- İmirə dediklərim (azərbaycan dilində)
- Bir novella, bir pyes (azərbaycan dilində)
- Qışda danışılan yay əhvalatları (azərbaycan dilində)
- Günorta (azərbaycan dilində)
- Aha (azərbaycan dilində)
- Baş tutmayan bayram (gürcü dilində)
- Fikir sayğacı (gürcü dilində)
- Gürcüstan ozan nəğməsi (gürcü dilində)
- Şairin yüz şeiri (gürcü dilində)
Dram
[redaktə | mənbəni redaktə et]- Açar (komediya) – Gənclər teatrı
- İşıq tozu (psixoloji komediya) — İrəvan Dövlət Azərbaycan Dram Teatrı
- Çarə (dramma) — Bakı Uşaq Teatrı
- Oğru doğru (komediya) — İrəvan Dövlət Dram Teatrı
Tərcümələri
[redaktə | mənbəni redaktə et]- Şota Rustaveli – Pələngdərili cəngavər
- Yunis İmrə — şeirləri
- Məhəmməd peyğəmbərin kəlamları
- Aşıq Ələsgər – şeirləri
- Vaqif Səmədoğlu şeirləri
- Nüsrət Kəsəmənli –şeirləri
- Şağdaş azərbaycan nəsr antologiyası
- Afaq Məsud – Azadlıq (Roman, hekayə və esselər)
- Afaq Məsud – Qatarın altına atılan qadın (pyes)
- Quram Pancikidze – Saf daş (roman)
- Arçil Kikodze – Cənub fili (roman)
- Aka Morçiladze – Yetim
- Elquca Marğia – Rübailər
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Balqabaq (film, 2007)
- Azarkeş (film, 2008)
- Qovğalı kəndinin gecələri (film, 2008)
- Sovqat (film, 2009)
- Gəl təzədən evlənək (film, 2012)
- Köşk (film, 2018)
- Horoz bayram (film, 2018) (Türkiyə)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İmir Məmmədli
- "Ar" və "Cinayət"
- Sevgimizin tərcümeyi-halı
- İmir Məmmədlinin "Toy" hekayəsi Arxivləşdirilib 2019-12-23 at the Wayback Machine
- Sifarişlə yazmamışam
- AFAQ MƏSUD GÜRCÜ DİLİNDƏ Arxivləşdirilib 2019-12-23 at the Wayback Machine
- Tbilisidə yazıçı-dramatuq İmir Məmmədlinin əsərləri ilə bağlı dissertasiya müdafiə olunub
- Ömrün günortasını yaşayan şair
- Yaşayan insanlar
- 7 avqustda doğulanlar
- 1957-ci ildə doğulanlar
- Tbilisi Dövlət Universitetinin məzunları
- Gürcüstanın "Şərəf" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Kaspi rayonunda doğulanlar
- Gürcüstan şairləri
- Azərbaycanlı şairlər
- Gürcüstan yazıçıları
- Azərbaycanlı yazıçılar
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycan jurnalistləri
- Ssenaristlər
- Gürcüstan Yazıçılar Birliyinin üzvləri