İordaniya–Suriya münasibətləri
İordaniya—Suriya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İordaniya—Suriya münasibətləri — İordaniya və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasındakı dövlət sərhədinin uzunluğu 379 km-dir[1]. Hər iki dövlət Birinci Dünya müharibəsindən sonra İngiltərə və Fransa arasındakı gizli ikitərəfli razılaşma yolu ilə keçmiş Osmanlı hökmdarlıqlarından qurulmuşdur.
Tarix
[redaktə | mənbəni redaktə et]1970-ci ilin sentyabrında Suriya hərbçiləri İordaniya ordusuna qarşı döyüşən fələstinli silahlılara kömək etmək üçün İordaniyaya daxil oldular. İordaniyalılar Suriyanın hücumuna qarşı mübarizə apardılar, lakin bundan sonra münasibətlər gərginləşdi və 1971-ci ilin iyulunda tamamən kəsildi. 1973-cü ilin oktyabrında İsrail ilə müharibədən sonra ölkələr arasındakı münasibətlər bir qədər yaxşılaşdı, lakin 1970-ci illərin sonunda yenidən pisləşməyə başladı. Suriya səlahiyyətliləri, İordaniya Kralı Hüseyin İbn Təlalın Vaşinqtonla yaxın münasibətlərinin İordaniyanın Misirdən sonra İsrail ilə barışıq müqaviləsi bağlayacağına səbəb olacağından qorxur.
1979-1980-ci illərdə Hələbdə və Suriyanın digər şəhərlərində dini qarışıqlıqlar yaşanır, Şam rejimi İordaniyanı qiyamları təşkil etməkdə günahlandırır. Bu Suriyanın qonşu İraqla düşmənçilik etməsini də təsir etir. İordaniya İranla müharibədə İraqa, Suriya isə Tehrana dəstək verir. Bu da İordaniya-Suriya münasibətlərinə mənfi təsir edir. 1980-ci ilin sonuna qədər İordaniya ilə Suriya arasındakı münasibətlər o qədər pisləşir ki, ortaq sərhədləri boyunca ordular arasında silahlı toqquşmalar baş verir. 1981-ci ildə İordaniya Dəməşqi Baş nazir Mudar Badranı öldürmək və Livandakı səfiri qaçırdılmasında günahlandıraraq Suriya ilə diplomatik əlaqələrini kəsir. Növbəti beş il ərzində ölkələr arasında əlaqə qurulmur. Əmman Suriyanı, Avropada və Yaxın Şərqdə iordaniyalı diplomatlara qarçı sui-qəsdlər törətmiş radikal Fələstin qruplarına kömək etməkdə günahlandırır. 1983-84-cü illərdə Suriya İordaniyanın Misirlə münasibətlərini bərpa etməsinə qarşı olduğu üçün ölkələr arasında təmasları bərpa etmək səyləri uğursuz olur. 1986-cı ildə Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə İordaniya-Suriya münasibətləri bərpa edilir. 1986-cı ilin mayında İordaniya Baş naziri 1977-ci ildən bəri Suriyaya səfər edən Əmmandan ilk yüksək rütbəli məmur olur.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayır. Prezident Bəşər Əsəd İordaniyanı dövləti ərazisində silahlılara təlim vermək və daha sonra Suriyaya göndərməkdə günahlandırır. Suriya Prezidentinin sözlərinə görə, 2013-cü ildə yüzlərlə təlim keçmiş silahlı müxalifət tərəfindəki döyüşlərdə iştirak etmək üçün İordaniyadan qonşu dövlətə sızır[2].
Mənbə
[redaktə | mənbəni redaktə et]- Suriyanın xarici siyasəti countrystudies.us saytında . (ing.)
- Suriyanın xarici siyasəti countrystudies.us saytı. (ing.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The World Factbook — Central Intelligence Agency". 2017-12-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.
- ↑ "Why Syria's Assad is worried about Jordan | | Al Jazeera". 2017-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.