İradə İsaq
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
İradə İsaq | |
---|---|
İradə Muradova | |
Doğum adı | İradə Muradova |
Digər adı | İradə İsaq |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Yaşar İsakov |
Uşaqları |
oğlu: Yunis qızı: Bella |
Fəaliyyəti | televiziya jurnalisti |
Təhsili | Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi |
İradə İsaq (İradə Muradova; 1 sentyabr 1980, Bakı şəhəri, Azərbaycan SSR) — elmi işçi, ANS TV-nin aparıcısı.
Həyatı
[redaktə | mənbəni redaktə et]İradə İsaq (Muradova) 1 sentyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. Əslən Tərtər rayonundandır. Aparıcı qədim türk tayfalarından olan Bayandur tayfasındandır. 1918-ci ildə erməni-müsəlman münaqişəsi zəminində Laçın rayonunun Bayandur kəndi bütün kənd sakinləri ilə birgə Tərtər rayonuna deportasiya edilib və aparıcının orada yaşayan babası İsaq Ağa oğlu Muradov ailəsi ilə birgə həmin rayona köçmək məcburiyyətində qalmışdır.
1985–1996-cı illərdə Yasamal rayonundakı 31 saylı tam orta məktəbdə orta təhsilini alıb. 1998–2003-cü illərdə Bakı Dövlət Universitetində Jurnalistika fakültəsinin bakalavrı, 2003–2005-ci illərdə isə magistri olub.
2008-ci ildən həmin fakültənin doktorantıdır. Hazırda "Azərbaycanın neft strategiyası dünya mətbuatının səhifələrində" adlı elmi iş üzərində çalışır.
2005–2006-cı illərdə Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində, eyni zamanda AzTV-nin "Səhər" proqramında aparıcı kimi çalışıb.
2006–2009-cu illər İctimai Televiziyada redaktor və "Azərbaycanlılar" verilişinin aparıcısı kimi fəaliyyət göstərib.
2009–2011-ci illərdə ANS TV-nin ən reytinqli verilişlərindən biri olan "Ölümdən 24 saat əvvəl" verlişinin layihə rəhbəri, müəllifi və aparıcısı olub.
2011-ci ildən "Xəbərin izində İradə İsaqla" talk-şousunun layihə rəhbəri, müəllifi və aparıcısı olub. Eyni zamanda Bakı Dövlət Universitetinin Beynəlxalq Jurnalistika kafedrasının müəllimidir, tələbələrə "Beynəlxalq jurnalistika" fənnini tədris edir.
2012-ci ildən fəaliyyətini Azad Azərbaycan Teleradio Şirkətində davam etdirib. Bu telekanalda isə Azərbaycan və dünyanın mədəni həyatında iz salan korifeylərin həyatından bəhs edən "Sönməyən ulduzlar" layihəsinin layihə rəhbəri, müəllifi və aparıcısıdır.
Eyni zamanda press24.az saytının təsisçilərindəndir. www.aznews.az saytının yaradıcısı və ilk baş redaktoru olub.
2014-cü ildə ATV-də "Düz üzünə İradə İsaqla" verilişinin layihə rəhbəri, müəllifi və aparıcısı olub. Bu veriliş şou-biznesdə mövcud olan müğənnilərin həyatını araşdırıb və yeri gəldikcə onların kəskin tənqid edilməsilə seçilib. Proqram yüksək reytinqli olduğu və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və telejurnalist 1 il ərzində 2 mükafata layiq görülüb. Qafqaz Media Araşdırmalar İnstitutu tərəfindən "Peşəkar jurnalist" titulu verilib.
2015-ci ildə telejurnalist ATV-də "Səbəbkar" adlı verilişin aparıcısı, layihə rəhbəri və müəllifi olub.
2016-cı ildə ANS Tv-də canlı yayımlanan "Deməsək, olmaz" verilişinin aparıcısı olmuşdur.
2017-ci ildən isə Lider TV-də yayımlanan "Tor" tok-şousunun müəllifi və aparıcısıdır.
Aparıcının 2004-cü ildə dünyaya gələn Yunis adlı bir oğlu var.
İradə İsaq 2016-cı ildə jurnalist Yaşar İsakovla ailə qurub.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Düz Üzünə Tor
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yaşayan insanlar
- 1 sentyabrda doğulanlar
- 1980-ci ildə doğulanlar
- Əlifba sırasına görə film sənətçiləri
- Azərbaycan jurnalistləri
- Azərbaycan qadın jurnalistləri
- Azərbaycanlı jurnalistlər
- Azərbaycanın televiziya aparıcıları
- Ssenaristlər
- Azərbaycan Televiziyasının jurnalistləri
- ANS TV-nin jurnalistləri
- İctimai TV-nin (Azərbaycan) jurnalistləri
- Azad Azərbaycan TV-nin jurnalistləri
- Bakıda doğulanlar