İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələri
نیروی هوافضای سپاه پاسداران انقلاب اسلامی
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 1979-cu ildən hal-hazırkı dövrə qədər
Ölkə  İran
Tabedir İran Silahlı Qüvvələri
Daxildir İran İnqilab keşikçiləri Ordusu
Tərkibi 25.000 hərbçi, 320 hərbi təyyarə, 163 helikopter, 24 PUA, 20 aktiv aviabaza
Vəzifəsi İran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək
Sayı 25. 000 hərbçi
Qərargah Tehran
Döyüşlər İran-İraq müharibəsi, Suriya vətəndaş müharibəsi
Komandanlıq
Komandir Briqadir Həsən Əbubasar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran İnqilab keşikçiləri Ordusunun Aerokosmik Qüvvələriİran İslam Respublikasını havadan edilə biləcək bütün hücumlardan müdafiə etmək vəzifəsini yerinə yetirən ehtiyat qüvvədir. Komandanı Briqadir Həsən Əbubasardır. Bu qoşun növü 1979-cu ildə yaradılıb. İran İnqilab keşikçiləri Ordusunun nəzarəti altında olan ikinci böyük qüvvədir. Nizami İran Hərbi Hava Qüvvələrindən ayrıdır. İnqilab keşikçiləri Ordusunun hava qoşunları daha çox Strateji raket qoşunu kimi tanınır. İran HDQ və İran HHQ kimi İİKK-nın aerokosmik qüvvələri də Silahlı Qüvvələrin ayrıca bir növüdür. Gələcəkdə İran İslam Respublikasının Hava qoşunları ilə bərabərləşdiriləcəyi ehtimal olunur.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) aerokosmik qüvvələri bu təşkilatın aviasiya, raket və kosmik komponentlərindən ibarətdir. Onların vəzifələri düşmənin quru, hava və dəniz qüvvələrinə, hərbi və iqtisadi infrastruktur obyektlərinə raket zərbələri endirməkdən ibarətdir. İran Aerokosmik Qüvvələrinin (İAQ) şəxsi heyətinin sayı 15-20 min nəfər arasında hesablanır. 2009-cu ilin oktyabr ayından İAQ komandanı briqada generalı Əmir-Əli Hacızadədir.

Sanksiyaların təzyiqi və daimi resurs məhdudiyyəti İran Aerokosmik Qüvvələrini asimmetrik bir yanaşma qəbul etməyə məcbur edir. Bu məqsədlə İİKK kəşfiyyat, müşahidə və zərbə məqsədilə istifadə olunan müxtəlif pilotsuz uçuş aparatlarına ciddi əhəmiyyət verir.

İranın aviasiya parkının pilotsuz vasitələr komponenti ölkənin hərbi potensialının ən sürətli böyüyən hissəsi hesab edilir. PUA-lar bir çox İran hərbi qurumları tərəfindən istifadə edilsə də, İİKK Aerokosmik Qüvvələri böyüyən pilotsuz sistemlər parkının əsas operatorudur.

İran müntəzəm olaraq Fars körfəzi və Hörmüz boğazı da daxil olmaqla sərhəd və sahil boyu kəşfiyyat və müşahidə aparmaq üçün uçuşlar həyata keçirir. Suriya və İraqda aparılan əməliyyatlar çərçivəsində isə bir çox fərqli PUA-lar kəşfiyyat və zərbə məqsədləri üçün istifadə edilir. 2018-ci ildə Suriyanın şərqindəki antiterror əməliyyatının bir hissəsi olaraq, İİKK ilk dəfə olaraq İran ərazisindən zərbə tipli pilotsuz uçuş aparatından istifadə etdi.[1]