İsayas Afeverki
İsayas Afeverki | |
---|---|
Demokratiya və Ədalət uğrunda Xalq Cəbhəsinin sədri | |
24 may 1990 – h.h | |
Əvvəlki | vəzifə təsis edilib |
Eritreya Dövlətinin Prezidenti | |
24 may 1993 – h.h | |
Əvvəlki | vəzifə təsis edilib |
Milli Məclisin sədri | |
24 may 1993 – h.h | |
Əvvəlki | vəzifə təsis edilib |
Eritreya Müvəqqəti Hökumətinin baş katibi | |
9 iyun 1991 – 24 may 1993 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Eritreya Xalq Qurtuluş Cəbhəsinin lideri | |
12 yanvar 1987 – 15 iyun 1994 | |
Əvvəlki | Romondan Məhəmməd Nur |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əsməra, Eritreya İngilis Hərbi İdarəsi (indiki Eritreya) |
Fəaliyyəti | siyasətçi, diktatura |
Həyat yoldaşı | Saba Hayle |
Uşağı |
|
Dini | Monofizit |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İsayas Afeverki (ərəb. أسياس أفورقي; ing. Isaias Afwerki; tiqr. ኢሳይያስ ኣፈወርቂ; 2 fevral 1946[1][2], Əsməra) — 1993-cü ildə Eritreya İstiqlal Müharibəsindən etibarən Eritreya Prezidenti olan eritreyalı diktator.[3]
İsayas Eritreyanın yeganə qanuni siyasi partiyası olan Demokratiya və Ədalət uğrunda Xalq Cəbhəsinin sədridir.
O, totalitarizm ittihamları ilə üzləşib və Birləşmiş Millətlər Təşkilatı və Amnesty İnternational tərəfindən insan haqları pozuntularında günahlandırılır. 2021-ci ildə "Sərhədsiz reportyorlar" İsayas hökuməti rəhbərliyində Eritreyanı Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında ən son sıraya qoydu.
Həyatı
[redaktə | mənbəni redaktə et]İsayas Afeverki Eritreyanın Əsməra şəhərinin Aba-Şiaul rayonunda anadan olub.[4]
İsayas Şahzadə Makonnen Liseyində oxudu. 1960-cı illərin əvvəllərində milliyətçi Eritreya tələbə hərəkatına qatıldı. 1965 -ci ildə Efiopiyada Əddis-Əbəbə Universitetinin Mühəndislik Kollecində təhsilinə başladı. İsayas Efiopiyanın keçmiş Baş naziri Meles Zenauinin əmisi oğludur.[5]
İsayas 1981-ci ilin yazında həyat yoldaşı Saba Hayle ilə Nakfa adlı kənddə tanış oldu. Üç övladı var: İbrahim, Elsa və Bərhanə.[6]
Eritreya müstəqillik elan etməzdən bir müddət əvvəl İsayas beyin malyariyası xəstəliyinə tutuldu və müalicə üçün İsrailə göndərildi. Komaya girsə də, Şəba Tibb Mərkəzində müalicə alaraq həyatını xilas edildi.[7]
Eritreya müstəqillik hərəkatı
[redaktə | mənbəni redaktə et]1966-cı ilin sentyabrında İsayas oxuduğu universiteti tərk edərək Eritreya Qurtuluş Cəbhəsinə qoşulmaq üçün Əsməra vasitəsilə Sudanın Kassala şəhərinə getdi. 1967-ci ildə Çin hökuməti nəqliyyat xərclərini ödəmək üçün yüngül silah və az miqdarda pul bağışladı və EQC döyüşçülərinə təlim keçdi. İsayas 1967-ci ildə Çinə gedən ilk qruplardan birinə başçılıq etdi, burada hərbi təhsil aldı. Geri döndükdən sonra Hamasen bölgəsindəki EQC-in 5-ci zonasında siyasi komissar təyin edildi.[8]
İsayas sürətlə sürət toplayan və azadlıq ordusunun zonal bölgülərinin məhvinə səbəb olan xalq hərəkatında əsas rol oynadı. Bundan əlavə, EQC rəhbərliyinə, Ali Şuraya və İnqilab Komandanlığına meydan oxuyan Üçlü Birlikdə rol oynadı. 1970-ci illərin əvvəllərində islahat hərəkatının üzvlərinə qarşı məzhəb zorakılığının başlamasından qısa müddət sonra, İsayas da daxil olmaqla, mərkəzi yüksəkliklərdə olanlar Dekemhare yaxınlığındakı Akkele-Quzayın şimal-şərqinə geri çəkildi. Burada keçmiş 5-ci zona komandiri İbrahim Tevoldeyə qoşuldular. İbrahim Tevolde döyüşdə öldükdən sonra İsayas lider oldu.
Eritreya Xalq Qurtuluş Cəbhəsi
[redaktə | mənbəni redaktə et]1971-ci ilin avqustunda bir qrup gənc EQC üzvü Teklidə toplantı keçirdi və xalqların Qurtuluş Qüvvələri olaraq tanınan "Selfi Natsinet" qurdu. Qrup İsayas da daxil olmaqla beş lider seçdi. İki aydan az bir müddət sonra, 1971-ci ilin oktyabrında qrup EQC-də çalışmaq əvəzinə ayrı bir siyasi təşkilat yaratmaq qərarının əsaslarını ətraflı izah etdikləri yüksək polemik sənəd olan "Nihnan Elamanan" hazırlamaq və təqdim etmək üçün komitə qurdu.[8]
1977-ci ildə EXQC ilk qurultayını keçirdi, burada İsayas baş katibin müavini seçildi. 1987-ci ildə EXQC-in ikinci qurultayında təşkilatın baş katibi statusuna yüksəldi və 1991-ci ilin mayında Eritreya Müvəqqəti Hökumətinin baş katibi oldu. 1993-cü ilin aprelində ümumxalq referendumundan sonra Milli Məclis tərəfindən Eritreya əyalətinin Prezidenti seçildi. 1994-cü ilin fevral ayında EXQC üçüncü qurultayını keçirdi və İsayas səslərin böyük əksəriyyəti ilə Xalqların Demokratiya və Ədalət Cəbhəsinin baş katibi seçildi.
Müstəqillikdən sonra
[redaktə | mənbəni redaktə et]1993-cü ilin aprelində Birləşmiş Millətlər Təşkilatının nəzarət etdiyi müstəqillik referendumu keçirildi və bir ay sonra Eritreya de-yure müstəqillik əldə etdi. İsayas müstəqillik uğrunda müharibənin sonunda dövlət başçısı elan edildi.[9]
İsayas idarəçiliyinin ilk bir neçə ilində idarəetmə institutları quruldu. Bura yerli məhkəmə sisteminin təmin edilməsi və təhsil sisteminin mümkün qədər çox bölgəyə yayılması daxildir. EXQC siyasi partiyaya keçidinin bir hissəsi olaraq 1994-cü ilin fevral ayında özünü Demokratiya və Ədalət Uğrunda Xalq Cəbhəsi adlandırdı. O, yeni tip Afrika prezidenti kimi qarşılandı. ABŞ Prezidenti Bill Klinton onu "intibah Afrika lideri" adlandırdı.[9]
O, yerli siyasi və iqtisadi institutların inkişafının zəruriliyini qətiyyətlə müdafiə etdi, eyni zamanda Eritreyanın daxili şərtlərinə və mövcud qaynaqlarına uyğun inkişaf strategiyası həyata keçirməli olduğunu irəli sürdü. Belə bir siyasətin əsas elementi həm enerji, nəqliyyat, telekommunikasiya, həm də səhiyyə və təhsil imkanları baxımından iddialı infrastruktur inkişaf kampaniyalarını əhatə etdi.[10]
İsayas 2018-ci ildə Eritreya ilə Efiopiya arasındakı münasibətlərdə gözlənilməz dəyişikliyə nəzarət etdi. 2018-ci ilin iyununda Efiopiyanın yeni seçilmiş Baş naziri Abiy Əhməd Əli 2018-ci ilin iyul ayında İsayas və Abiyin qarşılıqlı səfərləri də daxil olmaqla ölkələr arasındakı sərhəd müharibəsinin sona çatması üçün danışıqlar apardı. Diplomatik və ticari əlaqələr Efiopiya ilə Eritreya arasında yenidən quruldu və 9 iyul 2018-ci ildə iki ölkə lideri arasında müharibə vəziyyətinə son qoyan Birgə Sülh və Dostluq Bəyannaməsini imzalandı və siyasi, mədəni, iqtisadi və təhlükəsizlik sahələri üzrə anlaşma əldə edildi. Bu, bir çox dünya liderləri tərəfindən, BƏƏ hökumətinin İsayas Afeverkiyə münaqişəni sona çatdırmaq üçün göstərdiyi səyləri nəzərə alaraq Zaida ordeni ilə təltif edilməsi ilə görüldü. İki ölkə arasındakı daha sıx əlaqələrin bir hissəsi olaraq, Efiopiya və Eritreya kəşfiyyat orqanları 2018-ci ilin iyul ayından sonra sıx əməkdaşlığa başladılar və bu da Efiopiya məhkəmələri tərəfindən bəraət almış Tiqray müharibəsi əsnasında üç həftə müvəqqəti olaraq həbs edilən Eritrealı qaçqınların bəraət alaraq sərbəst buraxılması ilə nəticələndi.[11]
Tiqray müharibəsi
[redaktə | mənbəni redaktə et]4 noyabr 2020-də TXQC-ə bağlı qüvvələr tərəfindən Efiopiya Milli Müdafiə Qüvvələrinin Şimal Komandirlik Mərkəzinə gözlənilməz hücumla başlayan Tiqray müharibəsinə qədər TXQC ilə Eritreya Müdafiə Qüvvələri arasında geniş və sıx əməkdaşlıq var idi. Müharibə Tiqrayın hakim partiyası olan TXQC-in Tiqraydaki EMMQ düşərgələrinə hücum edərək Eritreyaya uduzmasından sonra başladı. Eritreya qüvvələri EMMC ilə birləşdi və BƏƏ silahlı pilotsuz təyyarələrinin köməyi ilə TXQC qüvvələrinə əks hücum etdi. 2020-ci ilin noyabr ayının sonlarında Aksum qırğınından sonra Aksumda sistemli, genişmiqyaslı talanlar da daxil olmaqla, Tiaray bölgəsini talan etdiyi iddia edildi.[12]
Efiopiya hökuməti bir neçə həftə Efiopiyada Eritreya qoşunlarının varlığını inkar etməsindən sonra, Efiopiya Baş naziri Eritreya qoşunlarının Efiopiyada olduğunu qəbul etdi və onları geri çıxaracağını açıqladı. Beynəlxalq təzyiq altında, 26 mart 2021-ci ildə Efiopiyanın Baş naziri Abiy Əhməd və İsayas arasındakı görüşdən sonra, Eritreya qoşunlarının Tiqray bölgəsindən çəkiləcəyi açıqlandı.[13]
Tənqidi
[redaktə | mənbəni redaktə et]2015-ci ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatı heyəti İsayası Eritreyadaki insanlıq əleyhinə cinayətlər ola biləcək sistematik insan haqları pozuntularından məsul olan totalitar hökumətə rəhbərlik etməkdə günahlandırdı. "Amnesty International" Prezident İsayas Afeverki hökumətinin ən az 10 min siyasi məhbusu həbs etdiyini yazdı. Qurum, həmçinin, iddia edir ki, cəza, sorğu-sual və zorlama işgəncələri də ölkədə geniş yayılıb.[14]
Eritreya hökuməti ittihamları rədd etdi və öz növbəsində "Amnesty International"-ı "rejim dəyişikliyi"ni dəstəkləməkdə günahlandırdı.[15]
İsayas 1993-cü ildə Qahirədə Afrika Birliyi zirvəsi zamanı digər liderləri çox uzun müddət hakimiyyətdə qaldıqları üçün tənqid etdi və bu da qarşı tərəfdən İsayasın da ölənin müstəqilliyindən bu yana ölənin yeganə Prezidenti olmasında tənqidi ilə nəticələndi.[9]
Nişanları
[redaktə | mənbəni redaktə et]- İkinci dərəcəli "Serbiya Respublikası" ordeni (2016)[16]
- Birinci dərəcəli "Zaida" ordeni (24 iyul 2018)[17]
- "Kral Əbdüləziz" ordeni (16 sentyabr 2018)[18]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.madote.com/2010/11/president-isaias-afwerkis-biography.html.
- ↑ Isaias Afewerki // Munzinger Personen (alm.).
- ↑ "Arxivlənmiş surət". 2016-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ "Arxivlənmiş surət". 2018-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-30.
- ↑ "Arxivlənmiş surət". 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2010-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2018-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2021-02-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2015-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2022-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2019-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.
- ↑ "Arxivlənmiş surət". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-01.