İsmayıl Axundov (rəssam)
İsmayıl Axundov | |||
---|---|---|---|
1947 – 1952 | |||
Əvvəlki | Mürsəl Nəcəfov | ||
Sonrakı | Baba Əliyev | ||
1940 – 1944 | |||
Əvvəlki | Vəzifə təsis edildi. | ||
Sonrakı | Nüsrət Fətullayev | ||
Şəxsi məlumatlar | |||
Doğum tarixi | 2 (15) aprel 1907 | ||
Doğum yeri | |||
Vəfat tarixi | 13 sentyabr 1969 (62 yaşında) | ||
Vəfat yeri | |||
Təhsili |
|
||
Fəaliyyəti | rəssam | ||
|
|||
Təltifləri |
|
||
İsmayıl Hüseyn oğlu Axundov (2 (15) aprel 1907, Maştağa, Bakı qəzası – 13 sentyabr 1969, Krakov) — Azərbaycan SSR xalq xəssamı, ictimai xadim, kitab qrafikası ustası.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Yaradıcılığına əsasən kitab illüstrasiyası ilə başlayan İsmayıl Hüseyn oğlu Axundov 15 aprel 1907-ci ildə Bakının Maştağa qəsəbəsində doğulub. Bakı Rəssamlıq Məktəbini bitirdikdən (1928) sonra Moskva Poliqrafiya İnstitutunun nəşriyyat şöbəsində təhsil alıb. 1932-ci ildə oranı qurtararaq təyinatla Bakıya göndərilib və "Azərnəşr"də rəssam işləyib. Rəssamlığın qrafika, karikatura və plakat janrları ilə məşğul olub. Uzun müddət "Kirpi" satirik jurnalında işləyib.
Teatra ilk dəfə 1937-ci iidə rejissor Ədil Isgəndərovdan dəvət alıb və Akademik Milli Dram Teatrında onun quruluş verdiyi Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşasında geyim eskizlərini çəkib. Bu teatrda İ938-ci ildə Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (həmçinin 1940 və 1957-ci il quruluşlarında), Cabbar Məcnunbəyovun "Yanar dərə", Səməd Vurğunun "Vaqif", 1944-cü ildə Cəfər Cabbarlının "1905-ci ildə", 1955-ci ildə Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasının tamaşalarında geyim rəssamı olub. 1938-ci ildə rejissor Məcid Zeynalovun hazırladığı "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə) tamaşasında ilk tərtibatçı rəssam kimi addımını atıb. Bundan sonra AMDT-də 1939-cu ildə Onore de Balzakin "Ögey ana", Mehdi Hüseynin "Şöhrət", Cəlil Məmmədquluzadənin "Ölülər", 1943-cü ildə Aleksandr Ostrovskinin "Tufan", 1945-ci ildə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz", 1948-ci il-də Aleksandr Ostrovskinin "Günahsız müqəssirlər", Mirzə Fə-təli Axundzadənin "Lənkəran xanının vəziri", 1949-cu ildə Sabit Rəhmanın "Aydınlıq", Cəfər Cabbarlının "Solğun Çiçəklər", Anatoli Boryanovun "O tayda", Tur qardaşlarının "Bir evin sirri", 1952-ci ildə Karlo Haldoninin "Mehmanxana sahibəsi", 1956-cı ildə Hüseyn Cavidin "Şeyx Sənan", 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir", Mehdi Hüseynin "Alov", 1966-cı ildə Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərlərinin tamaşalarına həm monumental-romantik, həm də realist səpkilərdə səhnə tərtibatları verib.
Teatr dekorasiya sənətinə müəyyən yeniliklər gətirmiş İsmayıl Axundov Azərbaycan Dövlət Musiqili Komediya Teatrında oynanınış Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad", Səid Rüstəmovun "Durna" (dramaturq Süleyman Rüstəm), Fikrət Əmirovun "Gözün aydın" (dramaturq Məhərrəm Əlizadə), Nəriman Məmmədov və Tofiq Bakıxanovun "Məmmədəli kurorta gedir" (dramaturq Atif Zeynallı) operettalarına əlvan tərtibatlar işləyib.
İsmayıl Axundov səhnə tərtibatlarında klassik üslubda işləməyə üstünlük verib. Yaradıcılığı rənglərin şuxluğu və aydınlığı, kompozisiyanın sadəliyi, tərtibat işləri dramaturq və rejissor fikri ilə poetik ahəngdarlıq yaratınası baxımından səciyyəvidir.
İsmayıl Axundov 13 sentyabr 1969-cu ildə Krakovda vəfat edib.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 3 iyul 1940
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 24 may 1960
- "Stalin" mükafatı (1-ci dərəcə) — 1950 (İ. Stalinin anadan olmasının 70 illiyinə (1949) həsr olunmuş xalçaya görə)
- "Qırmızı əmək bayrağı" ordeni — 1967
- "Şərəf nişanı" ordeni
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Səbuhi (film, 1941)
- Arşın mal alan (film, 1945)
- Hədiyyə xalçası (film, 1949)
- Onun böyük ürəyi (film, 1958)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Axundov İsmayıl Hüseyn oğlu". 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-21.
- 15 apreldə doğulanlar
- 1907-ci ildə doğulanlar
- Maştağada doğulanlar
- 13 sentyabrda vəfat edənlər
- 1969-cu ildə vəfat edənlər
- 62 yaşında vəfat edənlər
- Krakovda vəfat edənlər
- Azərbaycan SSR xalq rəssamları
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Stalin" mükafatı laureatları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan SSR Ali Sovetinin deputatları
- Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları
- Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları
- Azərbaycanlı quruluşçu rəssamlar
- Azərbaycan Rəssamlar İttifaqının sədrləri