İsmayıl Dağıstanlı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsmayıl Dağıstanlı
Doğum tarixi 24 dekabr 1906 (6 yanvar 1907)
Doğum yeri
Vəfat tarixi 1 aprel 1980(1980-04-01) (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti aktyor, teatr pedaqoqu[d]
Təhsili
Mükafatları
IMDb ID1148336
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsmayıl Dağıstanlı (doğum adı: İsmayıl Yusif oğlu Hacıyev; 24 dekabr 1906 (6 yanvar 1907), Zərnə, Zaqatala dairəsi1 aprel 1980, Bakı) — Azərbaycan aktyoru, SSRİ xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1949).

İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində doğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926–1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936–37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932–1933).

İsmayıl Dağıstanlı (ayaq üstə soldan 3-cü) C. Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyəti ilə, 1937-ci il

1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V. İ. Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub.

İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Fəxri adları