İsmayıl Samani türbəsi
İsmayıl Samani türbəsi | |
---|---|
Ismoil Somoniy maqbarasi | |
39°46′37″ şm. e. 64°24′02″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Buxara[1] |
Tikilmə tarixi | 892 |
Vikianbarda əlaqəli mediafayllar |
İsmayıl Samani türbəsi — Orta Asiyada inşa edilən ilk türbə. Samanilər dövlətinin hökmdarı İsmayıl ibn Əhməd Samaninin türbəsidir.
IX-XI əsrlərdə tikilmiş türbə dövrünün üstün memarlıq xüsusiyyətlərinə sahibdir və arxitekturasına görə bütün dünyada məşhurlaşmışdır. Burada I İsmayıl Samaninin atasıyla yanaşı, nəvəsinin də məzarının olduğu deyilsə də, 1927-ci ildə aparılan arxeoloji qazıntılar nəticəsində bu ehtimal özünü doğrultmamış və burada iki qəbrin olduğu aşkara çıxmışdır.
Türbə monqol hücumları zamanı çöldə meydana gələn fırtınalar nəticəsində qumun altında qalmış və beləcə, əsrlər boyu dağılmaqdan mühafizə olunmuşdur. İslam dünyasında inşa edilmiş ilk türbələrdən biri hesab olunan tikili bu günə qədər hər hansısa dəyişikliyə məruz qalmamışdır.
İçərisində kərpicdən beşik formasında hörülmüş böyük məzar olan türbənin özü də dördbucaqlı formada, kərpicdən tikilmişdir. Tikilinin üstü kərpiclərlə hörülmüş qübbəylə örtülmüşdür. Qübbənin təpə nöqtəsindəki işıqlandırma fənərləri erkən Osmanlı dövrü məscidlərinin qübbələrindəki fənərlərə bənzəyir. Türbənin dörd tərəfində şiş tağları olan qapılar var. Yalnız şərqdə yerləşəndən əsas giriş qapısı kimi istifadə edilir, qalanları isə pəncərəni əvəzləyir. Binanın üst tərəfi qübbəyə keçməzdən əvvəl hər yandan on şiş tağlı pəncərələrlə əhatələnmişdir. Beləcə, məkanın işıqlandırma sistemi təmin edilmişdir. Həm daxilinin, həm də xaricinin müxtəlif bəzəkli kərpiclərlə işlənməsi bu yerin kərpicin dekorativ məqsədlə istifadə edilən ilk türbə olduğunu sübuta yetirir.
Türbə yerli və xarici turistlərin ziyarətinə açıqdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ülviyyə Ömərova. Orta Asiyadakı ilk türbə. "Cəmiyyət və Din" qəzeti. 15-21 may 2014, № 17 (250). səh. 10. (az.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 ArchINFORM (alm.). 1994.