İsrail coğrafiyası
İsrail coğrafiyası | |
---|---|
Qitə | Asiya |
Region | Yaxın Şərq |
Koordinatlar | 31°00'ş.e, 35°00'ş.u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 273 km |
Sərhədlər |
1,068 km İordaniya: 307 km Livan: 81 km Suriya: 83 km İordan çayının qərb sahili: 330 km Qəzzə zolağı: 59 km |
Ən yüksək nöqtə | 1,208 m (Meron dağı) |
Ən alçaq nöqtə | −430.5 m (Ölü dəniz) |
Ən böyük çay | İordan çayı (251 km) |
Ən böyük göl | Təbəriyyə gölü (166 km²) |
Vikianbarda əlaqəli mediafayllar |
İsrail coğrafiyası — İsrail Dövlətinin coğrafiyası. İsrailin coğrafiyası çox müxtəlifdir. Belə ki, ölkənin cənubunda səhra şəraiti hökm sürsə də, şimal əraziləri qarlı dağlarla əhatə olunmuşdur. İsrail Asiya qitəsinin qərbində və Aralıq dənizinin şərq sahilində yerləşir.[2] Ölkə şimaldan Livan, şimal-şərqdən Suriya, şərqdən İordaniya və İordan çayının qərb sahili, cənub-qərbdən isə Misirlə həmsərhəddir. İsraildən qərb istiqamətində Aralıq dənizi və Qəzzə zolağı yerləşir.[3]
İsrailin ümumi sahəsi 20,770 km²-dir ki, bunun da 445 km²-ni su sahəsi təşkil edir. Ölkə şimaldan cənuba doğru 424 km, qərbdən şərqə doğru isə 114 km məsafədə uzanır.[3]
İsrailin cənubunun əsas hissəsini ümumi sahəsi 16 min km² olan Neqev ərazisi əhatə edir. Neqevdən şimalda Yəhudi səhrası yerləşir. Ölkənin İordaniya ilə arasında sərhəddə dünyanın ən alçaq nöqtəsi olan Ölü dəniz yerləşir. İsrailin daxilində yerləşən ən böyük göl olan Təbəriyyə gölü şərqdən Qolan təpələri ilə əhatə olunmuşdur. Qolan təpələrində yerləşən ən hündür zirvə isə Hermon dağıdır.[4]
Çayları və gölləri
[redaktə | mənbəni redaktə et]İsrailin ən uzun və ən məşhur çayı İordan çayıdır. Bu çay Hermon dağının cənub hissəsində Antilivan dağlarından başlayır, Təbəriyyə gölündən keçərək İordaniya ilə sərhəd boyunca axıb Ölü dənizə tökülür.[5] İordan çayının şimal qolları Dan, Banias və Hasbani çaylarıdır. Bu qollardan yalnız Dan çayı İsrailin sərhədləri daxilində yerləşir. Hasbani çayı Livan ərazisindən, Banias çayı isə Altıgünlük müharibə ərzində Suriyadan ələ keçirilmiş ərazilərdən başlayır.
Təbəriyyə gölü (digər adı ilə Kinneret) ölkənin ən böyük və ən vacib şirin su ehtiyatı hesab olunur. Dərinliyi 46 metrə çatan bu göl dəniz səviyyəsindən 207 metr aşağıda yerləşir.
Təbəriyyədən nisbətən cənub istiqamətində İordaniya ilə sərhəd boyunca dəniz səviyyəsindən 418 metr aşağıda yerləşən, uzunluğu 67 km olan Ölü dəniz yerləşir. Şimala doğru gölün dərinliyi artır.
Əhali coğrafiyası
[redaktə | mənbəni redaktə et]2013-cü ilə olan məlumata əsasən İsrailin əhalisi 8 milyon nəfər idi ki, bunun da təqribən 6 milyon nəfərini yəhudilər təşkil edirdi.[6]
Statistik məqsədlərə görə ölkə üç metropolis ərazidən ibarətdir. Bunlar Quş Dan-Tel-Əviv (3,150,000 nəfər), Hayfa (996,000 nəfər) və Beer-Şeva (531,600 nəfər) metropolisləridir.[7] Bəziləri iddia edirlər ki, İsraildə əhalisinin sayına görə ən böyük şəhər olan Yerusəlim, həmçinin Nazaret şəhəri də metropolis ərazilərin siyahısına daxil edilməlidir.[8] Ümumilikdə, İsraildə olan 74 şəhərdən 14-nün əhalisinin sayı 100 min nəfərdən çoxdur.
Əhalinin 76%-i yəhudilərdən, 20%-i ərəblərdən, 4%-i isə başqa millətlərdən ibarətdir.[9] Dini baxımdan əhalinin 76%-i yəhudi, 16%-i müsəlman, 2%-i xristian, 2%-i isə druzlardan ibarətdir.[10]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Federal Research Division. Israel A Country Study (Paperback). Kessinger Publishing, LLC. 2004. səh. 8. ISBN 1-4191-2689-X. 2018-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Israel". CIA World Factbook. 2016-05-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
- ↑ 1 2 "Israel – Geography". U.S. Library of Congress. 2011-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
- ↑ "CIA World Fact Book: Syria". 14 noyabr 2011. 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
highest point: Mount Hermon 2,814 m
- ↑ "River Jordan". Encarta. 1 noyabr 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
- ↑ "CBS: Israel home to 8 Million citizens". Ynetnews. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
- ↑ "Localities, Population, and Density" (PDF). 8 fevral 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
- ↑ "Initiated Development in the Nazareth Region". 12 noyabr 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
- ↑ "Population by population group" (PDF). Israel CBS. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
- ↑ "Population by religion" (PDF). Israel CBS. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikimedia Atlasda Israel
- Geography and Climate at the Israel Ministry of Foreign Affairs website
- Geography and Nature Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine at the Israel Ministry of Tourism website
- Geography of Israel Arxivləşdirilib 2017-01-11 at the Wayback Machine at the Jewish Virtual Library