İstifadəçi müzakirəsi:Ələddin.Məlikov
Vikipediya | Xoş gəldiniz, Ələddin.Məlikov! |
Tez-tez soruşulan suallar | Salam, Ələddin.Məlikov. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!
Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin. Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun. Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz! Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz. Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz. Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır. Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
|
Məqalə adları | |
Redaktə qaydaları | |
Vikipediya qaydaları | |
Beş əsas prinsip | |
Stil kitabçası | |
Fayl yüklə | |
Müəlliflik hüquqları | |
Yeni məqalə yarat |
--►Cekli829 09:40, 22 sentyabr 2015 (UTC)
İstifadəçi adı dəyişdirmək
[mənbəni redaktə et]Salam. Əgər siz istifadəçi adınızı bütün Vikimedia layihələrində dəyişdirmək istəyirsinizsə bununla bağlı Metaya müraciət etməlisiniz. Hörmətlə, --►Cekli829 09:40, 22 sentyabr 2015 (UTC)
We sent you an e-mail
[mənbəni redaktə et]Hello Ələddin.Məlikov,
Really sorry for the inconvenience. This is a gentle note to request that you check your email. We sent you a message titled "The Community Insights survey is coming!". If you have questions, email surveys@wikimedia.org.
You can see my explanation here.
MediaWiki message delivery (müzakirə) 18:46, 25 sentyabr 2020 (UTC)
İdarəçi seçkisi
[mənbəni redaktə et]İdarəçi seçkisi | ||
Salam, Ələddin.Məlikov. Sizi mənim idarəçilik statusumlə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,— Xeyal (müzakirə) 23:10, 27 may 2021 (UTC) |
Dəvət
[mənbəni redaktə et]Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 18:15, 8 yanvar 2022 (UTC)
Anar Qafarov səhifəsinin silinməyə namizəd göstərilməsi
[mənbəni redaktə et]Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Anar Qafarov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Atakhanli (müzakirə) 05:58, 21 sentyabr 2022 (UTC)
- Təşəkkür edirəm. Fikrimcə Anar Qafarov səhifəsi qanunlara görə ensiklopedikşəxslər sırasına daxildir. Öncədən təşəkkürlər. Ələddin.Məlikov (müzakirə) 04:26, 22 sentyabr 2022 (UTC)
Səadət Məmmədova (sosioloq) səhifəsinin silinməyə namizəd göstərilməsi
[mənbəni redaktə et]Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#Səadət Məmmədova (sosioloq) səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Atakhanli (müzakirə) 10:01, 29 sentyabr 2022 (UTC)
- Fikrimcə məqalə Ensiklopedik şərtlərə cavab verir. Ələddin.Məlikov (müzakirə) 05:28, 30 sentyabr 2022 (UTC)
Reklam xarakterli redaktələr
[mənbəni redaktə et]salam. xahiş edirəm ki, bir də reklam məqsədli linklər məqalələrə əlavə etməyəsiniz. bu sizin fəaliyyətinizin məhdudlaşdırılması ilə nəticələnə bilər. Atakhanli (müzakirə) 07:01, 23 yanvar 2023 (UTC)
Reklam məqsədli redaktə
[mənbəni redaktə et]salam. Siz researchgate-ə yerləşdirdiyiniz məqalənizə trafik çəkməkdən ötrü özünüzün müəllifi olduğu həmin məqalənin linkini vikipediya məqalələrinə əlavə edirsiniz. mən geri qaytardım. lütfən belə redaktələrə davam etməyin. Atakhanli (müzakirə) 17:47, 21 mart 2023 (UTC)
- Salam. Hörmətli istifadəçi. Diqqət və iltifatınıza görə və həmçinin vikipediyanın Azərbaycan dili seqmentinə verdiyiniz töhfələrə görə sizə təşəkkür və minnətdarlığımı bildirirəm. Qeyd etməyi özümə borc bildim ki, Mən bütün elmi və akademik məqalələrimi researchgate elmi bazasına yerləşdirirəm. (https://www.researchgate.net/profile/Aladdin-Malikov). Daha sonra istifadə üçün vikidə paylaşmışam. Mövzulara uyğun olaraq @viki məqalələrində zatən ədəbiyyat və xarici keçid var. Orada paylaşmanın nə kimi zərəri və ya ya qanunazidd olması var, bilmirəm. O ki qaldı "researchgate-ə yerləşdirdiym məqaləyə trafik çəkmək" məsələsinə, doğrusu mənim buna ehtiyacım yoxdur. Çünki Research Interest Score 67-dən də çoxdur. Digər elmi baza "academia.edu"dur ki orada da 20.000-nin üstündə oxucu varımdır. (https://phillaw-az.academia.edu/AladdinMalikov) Yəni mənim elə bir dərdim yoxdur. Digər müəlliflər kimi paxıl da deyiləm ki, yazdıqlarımı gizlədim və kimsənin istifadəsdinə verməkdən çəkinim. Azərbaycanda çox az adamın bu qədər oxunuş, danlowd və göstəricisi var. Sadəcə niyyət və məqasədim verilən mövzuya dair başqa məqalələrin və fikirlərin də olduğunu oxucuya çatdırmaqdır. Bu digər dillərdə olan vikilərdə geniş şəkildə yayılıb. Özüm şəxsən ərəb, fars və türk dillərində yazdığım məqalələlri o mövzuya uyğun başlıqların altına əlavə etmişəm. Heç biri silinməyib ki heç hətta təşəkkür məktubu almışam. Bu səbəbdən Vikipediyanın az dilində olan seqmentinə də əlavə etməyi düşündüm. Çünki Az dilli Vikipediyada bəzən məlumat çox azdır, bəzən tam deyil, bəzən qarışıqdır, bəzən doğru ilə yanlış birgə verilib və sair. Bu səbəbdən məqaləni və ya məqalə linkini ora qoymaqla, həmin məqalədə verilən digər mənbələrə də oxucunun müraciət etməsini nəzərdə tutmuşdum. Öncədən təşəkkürlər. Ələddin.Məlikov Ələddin.Məlikov (müzakirə) 19:02, 22 mart 2023 (UTC)
AcademyGate səhifəsinin silinməyə namizəd göstərilməsi
[mənbəni redaktə et]Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr#AcademyGate səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
surə m 05:46, 30 iyun 2023 (UTC)
Xəbərdarlıq
[mənbəni redaktə et]Hörmətli istifadəçi @Ələddin.Məlikov, sizin etdiyiniz son redaktələr deməyə əsas verir ki, redaktələriniz, redaktə sayının çoxluğuna xidmət edir. Bəzən bir cümlənin tamamlanması üçün 5 redaktə etmisiniz. Süni şəkildə redaktə sayının çoxaldılması xoş hal deyil. Xahiş edirəm, fəaliyyətinizdə buna xüsusi ilə diqqət edəsiniz. Hörmətlə, Patriot (müzakirə) 14:35, 3 iyun 2024 (UTC)
- Salam hörmətli @Patriot Kor, diqqətinizə görə təşəkkür edirəm. Amma qeyd etməliyəm ki, yanlış təsbitdir. Çünki,
- ilk olaraq Mən əgər belə fırıldfaqçılıqla məşğul olsaydım, çoxdan bir çox şəxsləri say etibarına görə keçmişdim. Mən xarici mənbələr, sayrtlar, kitablar və Viki məqalələrdən tərcümə edərək yaradır və ya redaktə edirəm. Bu səbəbdən yazdıqdan sonra oxuyanda Azərbaycan dilinin orfoqrafik, morfoloji və ya sintaksis qaydalarına uyğun olmayan nüansları görüb düzəldirəm. Məhz buna görtə çox görünə bilər.
- İkincisi hörmətli @Patriot Kor əfəndi redaktə sayının çoxluğu sizi niyə narahat edir ki?! Zatən bu işdə pul yoxdur para yoxdur. Bir redaktə sayının çoxluğu var onu kim yasaq edib lütfən bildirəniz minnətdar olaram. İstəyən hərf- hərf də əlavə edə bilər. Kinə nə? Mən həmişə nəticəyə baxmışam xətcəyıə yox. Amma görürəm bəzən bəziləri xətcə ilə məşğul olmağı sevirlər. Əcəba nədən?! Yəni siz məlumatın dəqiqliyinə, məlumatın doğruluğuna, məlumatın dolğunluğuna və məlumatın bütövlüyünə və əhatəliliyinə baxmaq əvəzinə, mənim redaktə sayımın çoxluğuna niyə XƏBƏRDARLIQ qoyasınız ki, çox maraqlıdır!?! Mən fəaliyyətimə həmişə xüsusi diqqətlə yanaşmışam. Məh bu səbəbdən öz həqiqi və real ad və soyadımla daxil oluram. Qorxaraq və çəkinərək, xüsusi gizlənpaç oynayan adlardan əsla istifadə etməmişəm. Məhz bu səbəbdən etdiyim hər bir redaktənin və korrektənin arxasındayam. Bəli razıyam bəzən mürəkkəb cümlələrdə tərcüməyə görə və oxuculara anlaşıqlı olsun deyə, o cümlə beş dəfə də redaktə edilə bilər on beş dəfə də edilə bilər. Amma zato nəticədə doğru, dürüst və dolğun informasıyanı ötürmək həmişə amalım və məqsədim olubdir. Hər halü-karda tövsiyənizə görə çox sağ olun! Ələddin.Məlikov (müzakirə) 16:33, 3 iyun 2024 (UTC)
- Salamlar. @Ələddin.Məlikov, zəhmət olmasa, nəzakətli və təmkinli olun. Sualınıza qısa və lakonik cavab verim. Hər yerdə yazılmamış qaydalar var və hər kəsin bunlara riayət etməsi gözlənilir. Bu hal da, redaktə sayının süni artırılması xoş qarşılanmır. Bəzən bir yerə kimi müəyyən qədər xoşniyyətli qarşılansa da, bu, belə fəaliyyətə davam etməyə icazə vermir. Fərqi yoxdur, ödəniş olsun, ya olmasın, bu, artıq qəbul edilməmiş (əslində, hələlik bizdə rəsmi olaraq mövcud olmayan qaydadır), amma hamılıqla riayət edilən normadır. Redaktə mühitinin pozulmasının qarşısını alır, yoxsa kim necə gəldi editlər edərdi və nəticədə Vikipediya boş redaktələrlə dolub daşardı. Bu da bloklama qaydalarına əsasən pozuculuq sayılır. Sizin həmin redaktələr hərfi mənada redaktə yox, əsl mənada töhfə olmalıdır. Hər halda bura ensiklopediyadır, unutmayaq. Burada ensiklopediyanı genişləndirmək üçün olmaq lazımdır. @Patriot Kor, lütfən etiraz etdiyiniz redaktələri bura qeyd edə bilərsiniz? Hörmətlə, Gadirmüzakirə 16:58, 3 iyun 2024 (UTC)
- Hörmətli @Ələddin.Məlikov, fəaliyyətinizi təqdir etsəm də, münasibətiniz ürək açan olmadı. Sizə tövsiyyəm yaratdığınız məqalələri, öncə vikidən kənar başqa bir səhifədə, və ya qaralama səhifənizdə tam hala gətirin, səhvləri və müəyyən düzəlişləri etdikdən sonra vikipediyaya yerləşdirin. Belə olduğu halda kiçik redaktələrə çox vaxt ayırmış olmayacaqsınız və bu kiçik redaktələr, həmin redaktələri patrullayan patrullar üçün də yorucu olmayacaq. Fəaliyyətinizdə uğurlar. Patriot (müzakirə) 17:12, 3 iyun 2024 (UTC)
- Salam hörmətli @Gadir, nəzakətsiz və ya təmkinsiz olduğumu düşünmürəm. Sadəcə fikrimi bildirmişəm bu qədər. Əfəndilər! yenidən bildiurirəm ki, mən dəqiq, dürüst və dolğun məlumatın tərəfdarıyam bunun üçün bəzən məlumatı yerləşdirdikdən sonra baxıram ki, tam əhatəli deyil və nəticədə redaktələr edirəm. Burada xoşniyyət və ya bədniyyətdən söhbət gedə bilməz. Mən vandalizmlə məşğul olmuram. Bu dəyərli Ensiklopediyanın daha da geniş və dolğun məlumatlarla formalaşması üçün çalışıram və çalışmışam. Əlbəttə ensiklopediyanı və onun şərtlərini bilərək və unutmayaraq burada fəaliyyət edirəm. Mənim dil bilgim var, iki üç dildə tam yəni 100% oxuyub, yaza bilirəm. Məhz bu səbəbdən ətraflı axtarışdan sonra işə başlayıram. Bu vaxt alır doğrudur. Bu redaktəni çox edə bilər doğrudur, amma nəticədə sanballı iş ortaya çıxacaq. Sonda sizin də diqqətinizə görə təşəkkür edirəm! Ələddin.Məlikov (müzakirə) 17:14, 3 iyun 2024 (UTC)
- Hörmətli @Gadir, zəhmət olmasa istifadəçinin yaratdığı son, səhifələrin tarixçəsini gözdən keçirin: Fəhmi Koru, Məhəmməd Baqir Qalibaf, Məhəmməd Əli Rəşvan, Yasuhiro Yamaşita. Patriot (müzakirə) 17:14, 3 iyun 2024 (UTC)
- Bir də zəhmət olmasa, şərhlərinizi mövzu üzərinə yazın, istifadəçi üzərinə yox. Bu, sizin fəaliyyətinizin məhdudlaşdırılmasına gətirib çıxara bilər. Hörmətlə, Gadirmüzakirə 17:08, 3 iyun 2024 (UTC)
- Hörmətli @Gadir, oldu. təşəkkür edirəm. Ələddin.Məlikov (müzakirə) 17:19, 3 iyun 2024 (UTC)
- Anonimliyə qalanda, Vikimedia Fondunun istifadə şərtlərinə görə, kim necə istəyir elə də qərar verib fəaliyyətini qura bilər, sizin buna görə kiməsə irad tutmağınız düzgün deyil. Hörmətlə, Gadirmüzakirə 17:13, 3 iyun 2024 (UTC)
- Hörmətli @Gadir, Mən anonimliyə görə heç bir irad tutmamışam. Sadəcə durumumu və doğruluğumu izah etmək istəmişəm. Digər tərəfdən ərəblərin belə bir atalar sözü var deyir baukə təcur, bai latəcur. Yəni, Bildirdiyiniz kimi bizdə rəsmi olaraq mövcud olmayan qaydaya görə mənə XƏBƏRDARLIQ gəlirsə üzünümüdafiə maddəsindən istifadə edərək fikrimi izah etməyə çalışmışam. Öncədən təşəkkürlər. Ələddin.Məlikov (müzakirə) 17:18, 3 iyun 2024 (UTC)
- @Ələddin.Məlikov fəaliyyətinizdə uğurlar arzu edirəm. Özünümüdafiə maddələrinə keçməyə əsas görmürəm. Fəaliyyətinizdə olan kiçik yanlışlıqların düzəldilməsi üçün xəbərdarlıq edilib. Çalışın bir cümlənin tamamlanması üçün bir neçə redaktə etməyəsiniz. Hörmətlə, Patriot (müzakirə) 17:22, 3 iyun 2024 (UTC)
- @Ələddin.Məlikov, mövqeyiniz yanlış təəssürat yaradır. Bizdə müəllif hüquqları kimi vacib bir qayda da rəsmi olaraq qəbul olunmayıb, amma bu o demək deyil ki, kimsə bu qaydaya zidd fəaliyyət göstərə bilər, ya da bundan istifadə edib göstərməlidir. Maşın tərcümələri ilə bağlı da ayrıca qaydamız yoxdur, amma beş əsas prinsipin birinci şərti buranın Azərbaycanca Vikipediya olmasıdır. Xəbərdarlığı normal qarşılamaq lazımdır, həm də nəzərə alın ki, bu xəbərdarlıqlar bu yöndə sadəcə sizə edilmir. Qarşı tərəfi qərəzli adlandırmayın. "Məh bu səbəbdən öz həqiqi və real ad və soyadımla daxil oluram. Qorxaraq və çəkinərək, xüsusi gizlənpaç oynayan adlardan əsla istifadə etməmişəm. Məhz bu səbəbdən etdiyim hər bir redaktənin və korrektənin arxasındayam." — bu cümlələriniz anonim fəaliyyət göstərənlərə birbaşa təhqirdir, onları aşağılamaqdır. Onsuz da burada redaktə edən bütün redaktorlar istinadların verilməsinə görə məsuliyyət daşıyır. Anonimlik barədə də demişəm, kim necə istəyir elə fəaliyyət göstərir, öz şəxsi seçimi, qərarıdır, hansı ki, elə anonim fəaliyyət göstərmək tövsiyə olunur. @Patriot Kor, mən qeyd etdiklərinizə baxdım və bura qeydlərimi əlavə edirəm. @Ələddin.Məlikov, açığı, bu hal və fəaliyyətiniz mənə də redaktə sayınızı çoxaltmağa çalışmağa cəhd kimi görünür. Fəhmi Koru məqaləsi 1 redaktə ilə yaradılacaq səhifə ikən, siz qaralama bir səhifə üçün düz 8 (200 bayt) redaktə etmisiniz. Bu məqalə sürətli silinməyə belə uyğundur, paraqraflar boşdur. Məhəmməd Baqir Qalibaf məqaləsində də 15 redaktə ilə eyni haldır (digər 2 məqalə də eləcə), düşünməyin ki, sizin bu fəaliyyətiniz bir-bir nöqtə, hərflər əlavə etməkdən fərqlidir, çünki fərqli deyil. @Patriot Kor patrullama məsələsində də haqlıdır (belə edərək patrulların və inzibatçıların da alətlərindən sui-istifadə etmələrinə və patrullama saylarını süni şəkildə çoxaltmalarına fürsət verməyin ), o bir yana, sizin bu fəaliyyətiniz doğru deyil. Lütfən bu tür fəaliyyətdən çəkinin. Bir də yaşayan insanların məqalələrinə məzmun əlavə edərkən (redaktə panelində də bu barədə müvafiq xəbərdarlıq bildirişi çıxır) bizdə lokal şəkildə rəsmi olaraq qəbul edilməsə belə, müvafiq qaydalara, yaşayan insanların bioqrafiyaları qaydalarına (ingiliscə) riayət etməlisiniz, demək olar bu məqalələrdə mənbələr yoxdur, lakin belə məqalələrə mənbəsiz əlavələr yolverilməzdir, etibarlı mənbələr əlavə etməlisiniz, əks halda bu səbəbdən müvafiq məzmun/məqalələr silinə, bu kimi fəaliyyətlərə davam etməyiniz halında fəaliyyətiniz məhdudlaşdırıla bilər. Ümid edirəm və inanıram ki, fəaliyyətinizə problemsiz davam edəcəksiniz, uğurlar diləyirəm. Hörmətlə, Gadirmüzakirə 20:55, 3 iyun 2024 (UTC)
- Hörmətli @Gadir, Mən anonimliyə görə heç bir irad tutmamışam. Sadəcə durumumu və doğruluğumu izah etmək istəmişəm. Digər tərəfdən ərəblərin belə bir atalar sözü var deyir baukə təcur, bai latəcur. Yəni, Bildirdiyiniz kimi bizdə rəsmi olaraq mövcud olmayan qaydaya görə mənə XƏBƏRDARLIQ gəlirsə üzünümüdafiə maddəsindən istifadə edərək fikrimi izah etməyə çalışmışam. Öncədən təşəkkürlər. Ələddin.Məlikov (müzakirə) 17:18, 3 iyun 2024 (UTC)
- Salamlar. @Ələddin.Məlikov, zəhmət olmasa, nəzakətli və təmkinli olun. Sualınıza qısa və lakonik cavab verim. Hər yerdə yazılmamış qaydalar var və hər kəsin bunlara riayət etməsi gözlənilir. Bu hal da, redaktə sayının süni artırılması xoş qarşılanmır. Bəzən bir yerə kimi müəyyən qədər xoşniyyətli qarşılansa da, bu, belə fəaliyyətə davam etməyə icazə vermir. Fərqi yoxdur, ödəniş olsun, ya olmasın, bu, artıq qəbul edilməmiş (əslində, hələlik bizdə rəsmi olaraq mövcud olmayan qaydadır), amma hamılıqla riayət edilən normadır. Redaktə mühitinin pozulmasının qarşısını alır, yoxsa kim necə gəldi editlər edərdi və nəticədə Vikipediya boş redaktələrlə dolub daşardı. Bu da bloklama qaydalarına əsasən pozuculuq sayılır. Sizin həmin redaktələr hərfi mənada redaktə yox, əsl mənada töhfə olmalıdır. Hər halda bura ensiklopediyadır, unutmayaq. Burada ensiklopediyanı genişləndirmək üçün olmaq lazımdır. @Patriot Kor, lütfən etiraz etdiyiniz redaktələri bura qeyd edə bilərsiniz? Hörmətlə, Gadirmüzakirə 16:58, 3 iyun 2024 (UTC)
- @Ələddin.Məlikov, sizin "Qorxaraq və çəkinərək, xüsusi gizlənpaç oynayan adlardan" sözünüzü mən özümə təhqir kimi görürəm. Neynəyək indi? Nemoralis (müzakirə) 21:03, 3 iyun 2024 (UTC)
Hörmətli istifadəçilər. Bildirirəm ki, mən öz durumumu izah etməyə çalışmış və edilən xəbərdarlığa münasibətimi bildirmişəm. Burada hər hansı təhqir və ya aşağılamadan söhbət gedə bilməz bu qədər. Vikidə səmimi qəlb ilə çalışan, bu işə vaxt qoyan və bu işdə doğru, dürüst və dolğun çalışan hər bir fərdə sayğım sonsuzdur, hörmətlə yanaşmış və yanaşıram. Doğrusu mən həmişə Vikinin özündə çalışmağa üstünlük vermişəm. Bu türlü mövzulara diqqət yetirməmişəm. Amma bundan sonra aktiv olmağa çalışacağam. Təşəkkür edirəm. — Bu imzasız yazı Ələddin.Məlikov (m • t) adlı istifadəçi tərəfindən əlavə edilib; 03:11, 4 iyun 2024 (UTC)
- Təəssüf ki, eyni fəaliyyəti davam etdirirsiniz. Bu, redaktə mühitini pozmaqdır. Lütfən bir qədər diqqətli olun və bir redaktə ilə başa gələn dəyişiklikləri 2-3 redaktə ilə etməməyə nəzər yetirin. Həmçinin "həmçinin bax" bölməsinə mövzu ilə əlaqəli, məqalədə bəhs olunmayıb keçid verilməmiş mövzular əlavə olunur, məqalədə bəhs etdiyiniz məqalələrə elə həmin yerdəcə keçidlər verin, bu bölməyə əlavə etməyə gərək yoxdur. Hörmətlə, Gadirmüzakirə 08:17, 11 iyun 2024 (UTC)
- Salam. E-poçtunuza buradan cavab yazıram. Sizə daha öncədə dəfələrlə xəbərdarlıqlar olundu, amma məhəl qoymayıb eyni fəaliyyətə davam etdiniz. Bu, pozuculuq sayılır. Fəaliyyətinizdə MH pozuntusu da aşkarladım. Yəqin ki, fəaliyyətinizdə digər problemlər kimi belə hallar (birbaşa mənbədən copy-paste) da yenə var. Ümid edirəm ki, blok müddətiniz bitdikdən sonra daha diqqətli olacaq, qaydalara əməl edəcək və fəaliyyətinizi qaydalar üzərində quracaqsınız. Hörmətlə, Gadirmüzakirə 08:28, 20 iyun 2024 (UTC)
- Salam hörmətli Qədir bəy! Nəyə məhəl qoymamışam. Qeyd edilən mövzuları zatən diqqətdə saxlamağa çalışıram. Əfəndim nəyi pozmuşam. Hər hansı bir əlavə və töhfəm olubsa, istinad etmişəm. Sonra axtarmışam başqa bir mənbədə əlavə mövzu tapmışam onu əlavə etmişəm. Daha sonra istinad vermişəm. Bəli doğrudur başqa mənbədən copy etmişəm amma istinad vermişəm. Əfəndilər bilirsiniz necədir İstinad verməyəndə qeyd edilir ki, "Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var." digər təfdən istinad edəndə bildirilir ki copy etmisiniz. Maraqlı və ilginc bir silsiləvarilik yaranır. O zaman nə etməli? Tutaq ki bi məqalə haqqında Vikinin xarici seqmentində 10 dildə məlumat var. Amma Az dilində yoxdur. Mən bir sıra mövzuları tərcümə edirəm və yaradıram. Sonra bir saytda bu məqalə haqqında məlumatlar tapıram. Və oradan bəzi məlumatları götürüb, həmin mənbəyə istinad verirəm. Əks təqdirdə nə etməliyəm? Hər halda mənim fəaliyyətimi diqqətdə saxladığınız üçün hər birinizə təşəkkür edirəm. Vaxt ayırıb qeydlər etdiyiniz üçün isə əlahiddə şəkildə minnətdaram. Var olun! Ələddin.Məlikov (müzakirə) 17:06, 24 iyun 2024 (UTC)
- Vikipediyadakı məzmun sərbəstdir, amma digər veb-sayt və mənbələrdəki məzmundan istifadə lisensiya ilə azad olmadığı müddətcə o məzmunu o mənbələrdən birbaşa köçürə bilməzsiniz, bu, müəllif hüquqları pozuntusudur. Zəhmət olmasa, belə məqalələrinizi qeyd edin bura. Siz, həmin mənbədən, məlumatlardan istifadə edə, məzmunu özünüz öz söz və cümlələrinizlə ifadə edə, hansısa məlumat üçün o mənbəni istinad göstərə bilərsiniz, olduğu kimi köçürmək yerinə əhəmiyyətli şəkildə dəyişikliklər edib MH pozuntusunu aradan qaldırmalısınız. Lütfən belə hallara yol verməyin, MH pozuntusu da heç kiçimsənəcək, göz ardı ediləcək məsələ deyil. Hörmətlə, Gadirmüzakirə 17:55, 24 iyun 2024 (UTC)
- Salam hörmətli Qədir bəy! Nəyə məhəl qoymamışam. Qeyd edilən mövzuları zatən diqqətdə saxlamağa çalışıram. Əfəndim nəyi pozmuşam. Hər hansı bir əlavə və töhfəm olubsa, istinad etmişəm. Sonra axtarmışam başqa bir mənbədə əlavə mövzu tapmışam onu əlavə etmişəm. Daha sonra istinad vermişəm. Bəli doğrudur başqa mənbədən copy etmişəm amma istinad vermişəm. Əfəndilər bilirsiniz necədir İstinad verməyəndə qeyd edilir ki, "Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var." digər təfdən istinad edəndə bildirilir ki copy etmisiniz. Maraqlı və ilginc bir silsiləvarilik yaranır. O zaman nə etməli? Tutaq ki bi məqalə haqqında Vikinin xarici seqmentində 10 dildə məlumat var. Amma Az dilində yoxdur. Mən bir sıra mövzuları tərcümə edirəm və yaradıram. Sonra bir saytda bu məqalə haqqında məlumatlar tapıram. Və oradan bəzi məlumatları götürüb, həmin mənbəyə istinad verirəm. Əks təqdirdə nə etməliyəm? Hər halda mənim fəaliyyətimi diqqətdə saxladığınız üçün hər birinizə təşəkkür edirəm. Vaxt ayırıb qeydlər etdiyiniz üçün isə əlahiddə şəkildə minnətdaram. Var olun! Ələddin.Məlikov (müzakirə) 17:06, 24 iyun 2024 (UTC)
- Salam hörmətli Qədir bəy. Hansı eyni fəaliyyəti davam etdirirəm? Mən vandalizmləmi məşğulam? Mən redaktə edirəm. Bu gördüyümdə hərf səhvindən tut, məqalə başlığından tut, məqalə yaratmaq, cümlə qurluşu, həmçinin bax, istinadlar kimi bölməlrin əlavəsindən başlayır və davam edir. Əfəndilər! burada redaktə etmənin nə qüsuru var? Bir dəfə də, beş dəfə də olar deyə düşünürəm. Zatən könüllüdür. Xarici vikilərdə Həmçinin bax bölməsində aşağıda məqalə və ya mövzu ilə bağlı başlıqların əlavə edilməsini görüb, onu etmişəm ki istəyənlər əlaqəli mövzuları oxuya bilsinlər. Amma sizin verdiyiniz təklif də məqbul təklifdir. Təşəkkür edirəm. Ələddin.Məlikov (müzakirə) 16:56, 24 iyun 2024 (UTC)
- Zəhmət olmasa, müvafi qaydalarla tanış olun, blok sadəcə vandalizmə görə təyin olunmur. Hörmətlə, Gadirmüzakirə 19:10, 24 iyun 2024 (UTC)
- Salam. E-poçtunuza buradan cavab yazıram. Sizə daha öncədə dəfələrlə xəbərdarlıqlar olundu, amma məhəl qoymayıb eyni fəaliyyətə davam etdiniz. Bu, pozuculuq sayılır. Fəaliyyətinizdə MH pozuntusu da aşkarladım. Yəqin ki, fəaliyyətinizdə digər problemlər kimi belə hallar (birbaşa mənbədən copy-paste) da yenə var. Ümid edirəm ki, blok müddətiniz bitdikdən sonra daha diqqətli olacaq, qaydalara əməl edəcək və fəaliyyətinizi qaydalar üzərində quracaqsınız. Hörmətlə, Gadirmüzakirə 08:28, 20 iyun 2024 (UTC)
Elm TV səhifəsinin silinməyə namizəd göstərilməsi
[mənbəni redaktə et]Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Elm TV səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
samral müzakirə 14:02, 15 iyun 2024 (UTC)
- Salam hörmətli Samral m. Təşəkkür edirəm. Oldu. Ələddin.Məlikov (müzakirə) 14:09, 15 iyun 2024 (UTC)
Tərtib etdiyiniz məqalələrlə bağlı
[mənbəni redaktə et]Salam. Sizin yaratmış olduğunuz və müəyyən problemlər aşkarlanaraq qaralama ad fəzasına alınmış buradakı məqalərinizi işləmək, müvafiq düzəlişləri etmək fikriniz var? Lütfən diqqətli olun. Hörmətlə, Gadirmüzakirə 16:06, 10 iyul 2024 (UTC)
- Salam. Hər vaxtınız xeyir. Buradakı bir neçə məqaləni mən yaratmışam. Qısa zamanda məqalələri işləyib, müvafiq düzəlişləri edəcəyəm. Digər məqalələrə də baxacam, mümkün qədər düzəltməyə çalışacağam. Xatırlatmaya görə təşəkkürlər. Ələddin.Məlikov (müzakirə) 16:25, 10 iyul 2024 (UTC)
Corctaun Universiteti
[mənbəni redaktə et]Salam hörmətli həmkar @Ələddin.Məlikov. Necəsiniz? Sonuncu yaratdığınız Corctaun Universiteti məqaləsinin üstündə işləyərək onu daha da genişləndirə bilərsiniz zəhmət olmasa? Hörmətlə Tarixçi (müzakirə) 08:54, 17 noyabr 2024 (UTC)
- Salam. Əlbəttə. Təşəkkür edirəm. Ələddin.Məlikov (müzakirə) 09:23, 17 noyabr 2024 (UTC)