İstifadəçi müzakirəsi:Elvin Aliyev M
Ən son rəy:15 gün öncə, Araz Yaquboglu tərəfindən "Batimetrik tədqiqat səhifəsinin silinməyə namizəd göstərilməsi" mövzusunda
Batimetrik tədqiqat səhifəsinin silinməyə namizəd göstərilməsi
[mənbəni redaktə et]Batimetrik tədqiqat səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.
Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Batimetrik tədqiqat səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.
İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.
Araz Yaquboglu (müzakirə) 08:02, 19 noyabr 2024 (UTC)
- Batimetrik tədqiqat bölməsi batimetriyanın nə olduğu deyil, əksinə bu sahədə olan mövcud tədqiqatları şərh edir. Bu əsasən mühəndisi yanaşmadır və elmi-tədqiqat xarakterlidir. Bu məqalə daha da genişləndirilir. Hər gün az-az məlumatları seçib toplayıram və bu istiqamətdə icra etdiyim tədqiqatlara dair foto şəkilləri seçirəm. Ümumiyyətlə bu mövzu barədə (tədqiqatlar barədə) heç bir mənbədə normal məlumat yoxdur. Bu məqalədə öz əksini tapan məlumatlar şəxsi mənə məxsusdur və mənim hesabatlarımdadır. Bu səbəbdən, tərəfimdən daxil etdiyim mətnlərin digər bölmələrə qoşulmasını istəmirəm. Tərtib etdiyim məqalə daha geniş və unikal olacaqdır. Bunu da nəzərə alaq ki, ədəbiyyatlarda batimetrik tədqiqatlar üzrə geniş məlumat mövcud deyil. Bu səbəbdən, qərara gəldim ki, bu barədə ayrıca bölmə yaradım. Elvin Aliyev M (müzakirə) 08:57, 19 noyabr 2024 (UTC)
- Salam həmkar. Fikirlərinizi Vikipediya:Silinməyə namizəd səhifələr/Batimetrik tədqiqat burada yazın. Araz Yaquboglu (müzakirə) 08:23, 20 noyabr 2024 (UTC)