Şükufə Yusupova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şükufə Yusupova
Doğum tarixi 30 may 1954(1954-05-30) (70 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1991"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005"Sənətkar" medalı "Şöhrət" ordeni
IMDb ID1050766

Şükufə Mühəddin qızı Yusupova (30 may 1954, Bakı) — Azərbaycan teatr və kino aktrisası.[1]

Şükufə Mühəddin qızı Yusupova 1954-cü il may ayının 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyan tələbə-aktrisa sənət müəlliminin 1974-cü ildə Akademik Milli Dram Teatrında hazırladığı Səməd Vurğunun "İnsan" dramının tamaşasında Tatyana rolunu ifa edib. Gənc aktrisa həmin ərəfədə "Azərbaycanfilm" kinostudiyasında "Tütək səsi" və "Xoşbəxtlik qayğıları" filimlərinə çəkildiyinə görə təyinatdan azad edilib. Akademik teatrın baş rejissoru Tofiq Kazımov "Qılınc və qələm" (Məmməd Səid Ordubadi) tamaşasını hazırlayanda Şükufə Yusupovanı Rəna roluna dəvət edib. Aktrisa 1976-cı ildə Akademik Milli Dram Teatrına aktyor truppasına işə götürülüb.

Şükufə Yusupova Akademik Milli Dram Teatrında aşağıda təqdim olunan rolları ifa edib: Anyuta ("Daşqın", A. Safronov), Müttəhimin arvadı ("İstintaq", Rüstəm İbrahimbəyov), Təhminə ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Zara xanım ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Sədaqət ("Büllur sarayda", İlyas Əfəndiyev), Həmidə xanım ("Sizi deyib gəlmişəm", Anar), Xavər ("İblis", Hüseyn Cavid), Gülnar ("Vaqif", Səməd Vurğun), Anna ("Həyatın dibində", Maksim Qorki), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Lüsi ("Dəfn edilməmiş ölülər", J. P. Sartr), Zəhra xanım ("Köhnə ev", Əli Əmirli), Sona Ərəblinskaya ("Mesenat", Əli Əmirli), Qadın ("Qatil", Elçin), Həsənzadənin arvadı ("Boy çiçəyi", İlyas Əfəndiyev).

Aktrisa Azərbaycan Dövlət Televiziyasında N. Hacızadənin "Yaşa, ey haqq" (Ümbül banu), J. Koktonun "İnsan səsi" (Qadın), M. Normanın "Gecən xeyrə qalsın ana!" (qız) əsərlərinin teletamaşalarında oynayıb.

Akademik teatrın aktrisaları arasında kinoya ən çox çəkilən sənətkarlardan biri də Şükufə Yusupovadır. O, 1974-cü ildən başlayaraq "Dörd bazar günü" (Ustanın qızı), "Ad günü" (Rəna), "1002 gecə" (Şəhrizad), "Musiqi ilə xaş" (Qadın), "Asif, Vasif, Ağasif" (ana), "Nar ağacı haqqında xatirələr" (Mədinə), "Gümüşgöl əfsanəsi" (Səidə), "Ümid" (ana) və s. filmlərinə çəkilib.

Şükufə Mühəddin qızı Yusupova 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə[2] və 6 may 2015-ci ildə[3] Prezident Mükafatına layiq görülmüşdür. 3 iyun 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[4] 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[5]

10 mart 2024-cü ildə Azərbaycan Teatr Xadimlər İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif olunub

  1. Aktrisanın təbəssümü (film, 1974)-özü
  2. Dörd bazar günü (film, 1975)-Bədirin qızı
  3. Tütək səsi (film, 1975)-Tutu
  4. Xoşbəxtlik qayğıları (film, 1976)-Gülxar
  5. Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Rəna
  6. Şir evdən getdi (film, 1977)-zürafə
  7. Vulkana doğru (film, 1977)-Lətifə
  8. Belə lazımdır (film, 1982)
  9. Qaladan tapılan mücrü (film, 1982)-Qonşu
  10. Asif, Vasif, Ağasif (film, 1983)-Dilarə
  11. Avqust gələndə (film, 1984)-Firuzə
  12. Gümüşgöl əfsanəsi (film, 1984)-Səidə
  13. Musiqili xaş (film, 1984)-qadın
  14. Tənha narın nağılı (film, 1984)-Mədinə
  15. Bəyin oğurlanması (film, 1985)-Jurnalist
  16. Qəm pəncərəsi (film, 1986)-İzzət
  17. İmtahan (film, 1987)-Tamara
  18. Özgə ömür (film, 1987)-Sofa İmanova
  19. Cansıxıcı əhvalat (film, 1988)-Fuadın arvadı
  20. Dəfn edilməmiş ölülər (film, 1988)-Lüsi
  21. Gecən xeyrə qalsın, ana (film, 1995)
  22. Ümid (film, 1995)-Ana
  23. Dağıdılmış körpülər (film, 1996)-Məktəb müəlliməsi
  24. Etimad telefonu (film, 2001)-Leyla
  25. Bəyaz həyat (film, 2003)-Sara
  26. Yalançılar (film, 2008)
  27. Kabusun gözüylə (film, 2010)
  28. Miras (serial, 2015)
  29. Xeyirlə şərin rəqsi (film, 2015)
  30. Laləli saray (serial, 2017)
  1. "Xalq artisti ad gününü səhnədə qeyd edib". medeniyyet.az (az.). Mədəniyyət Nazirliyi. 2 iyun 2017. 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2021.
  2. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-30.
  3. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-03.
  4. "Ş. M. Yusupovanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-04.
  5. President. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 6 may 2016. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]