Şəmşi bəy Yağləvəndli-Cavanşir
Şəmşi bəy Yağləvəndli-Cavanşir | |
---|---|
Doğum tarixi | 1731 |
Doğum yeri | Yağləvənd oymağı, Cavanşir eli, Qarabağ bəylərbəyliyi, Səfəvilər dövləti |
Uşaqları | İsmayıl bəy, Səfi bəy və Səfəralı bəy |
Şəmşi bəy Yağləvəndli-Cavanşir (1731, Yağləvənd oymağı, Qarabağ bəylərbəyliyi) — Qarabağ xanlığının sərkərdəsi, məaf. Əhəd Şəmsizadənin, Şəmsi Şəmsizadənin, Murad Şəmsizadənin, Heydər Şəmsizadənin, Fəxrəddin Səfərovun ulu babaları.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şəmşi bəy 1731-ci ildə Cavanşir elinin Yağləvənd oymağında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Qarabağ hakimi Pənahəli xana, sonra İbrahimxəlil xana xidmət etmişdi. Xanlığın apardığı əksər savaşların iştirakçısı olmuşdu. Kirs dağında onun adı ilə bağlı "Güney Şəmşi", "Quzey Şəmşi" isimli yaylaqlar, Yağlıvənd kəndində isə "Şəmşi dərəsi" adlı yurd yeri var. Şəmşi bəyin törəmələri Şuşa şəhərində və Füzuli bölgəsinin Araz Yağlıvənd kəndində yaşayırdılar.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Şəmşi bəyin İsmayıl bəy, Səfi bəy və Səfəralı bəy adlı oğulları vardı.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ənvər Çingizoğlu. Şəmşi bəyin şəcərəsindən bir şaxə. "Soy" dərgisi, № 1(3), Bakı, 2004;
- Ənvər Çingizoğlu, Şəmsi bəyin şəcərəsindən daha bir şaxə, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, № 1, səh.3–15.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |