Şaman
Şaman — sözünün mənası ruhlara, magiyaya inanan xalqlarda (əsasən şimal xalqlarında) sehrbaz, ovsunçu, cadugər deməkdir. Şamanlar Cu(onların dini kitabıdır), dəf çalıb-oxumaqla özlərini cuşa gətirərək, guya ruhlarla münasibətə girərək, adamların xəstəliklərini sağaltdıqlarını, onlara uğurlu ov təmin etdiklərinə və s.-yə inandılar. Bu sözdən törəyən "şamanlıq-şamanizm" isə bəzi şimal xalqlarında – Orta Asiya, İndoneziya, Okeaniya, Amerika, Afrika xalqlarında ruhlara, magiyaya sitayiş etməkdən ibarət din formasıdır.
Şaman və Şamanlıq
[redaktə | mənbəni redaktə et]Şaman təsəvvürləri, görünür ki, şaman əfsanələrindən qidalanmışdır. Şaman əfsanələrindən aydın olur ki, şaman olacaq adamı albıslar əmizdirirlər. Bu əmizdirmə ritual-mifoloji səciyyə daşıyır. Bununla şaman yeni status qazanaraq, ruhlarla əlaqə yaradır, qamlıq etdiyi vaxt onları görür, onlarla danışır. Adi insan statusundan şaman statusuna keçmə mərasimində süd içməklə şaman olmağa hazırlaşan adam ruhlar aləminin sirlərinə bələd olur, beləliklə də, yeni mərhələyə qədəm qoyur. Bir sıra şaman əfsanələrində şamanı dağ ruhu əmizdirir (bu obraz çox vaxt qadın kimi təsəvvür olunur və mifoloji ana kompleksinə daxildir), bəzən isə qəflətən peyda olan bir qadın… Şaman folklorundan məlum olur ki, şaman olan hər bir adam özünü ruhların mənəvi oğlu adlandırır.
Tarixi şərtlər bir sıra türk boylarının şamanizmi mənimsəmələrinə səbəb olmuşdur, amma şamanlığın qədim türklərdə geniş kütlənin əsl inancı ilə bir bağlılığı olmamışdır. Şamanlıq monqol inancıdır. Yaxın sayılacaq bir tarixə qədər əski türk inancının şamanlıq olduğu qəbul edilirdi. Fəqət son zamanlarda tarixçi alimlər- İbrahim Qafəsoğlu, M. Eliadə və başqaları qədim türk inancının şamanlıqla əlaqəsi olmadığını sübut etmişlər.
Mahmud Qaşqarlının "Divan"ında şamanizmlə bağlı sözlər çoxdur. Bunun səbəbini Türk alimi Əbdülqadir İnan belə aydınlaşdırır: "Bu əsəri yazan ərəfədə M. Kaşğarlı 1041-ci ildə müsəlman türklərlə Yabaku və Basmıl türkləri arasında baş vermiş müharibədə iştirak edən Türk qazilərini görmüş və onlarla söhbətləşmiş, Qazilər haqqındakı dastanlarla tanış olmuş , həmin qazilər ona monqol inacı olan şamanizmdən, ona aid olan kəlmələrdən çox danışmışlar. M. Kaşğarlı müsəlman türklərin əski şamanlıq qalıqlarından olan kəlmələri izah edərkən tam bir şamançı türk kimi danışır. Bəzən, şamançı qalmış inancları ifadə edən kəlmə və terminləri anladarkən "Türklər böylə inanırlar", "Bu inanış çox yayğındır" deməklə kifayətlənir.
Maraqlıdır ki, inam anlayışlı şəxs adlarına qədim türkün yaratmış olduğu ümumtürk abidələrində də rast gəlmək olur. Qədim türklər inanılmış, sınaqdan çıxarılmış, etibarlı adamların adının əvvəlinə Inanç leksik vahidini əlavə etmişlər: Inançu Alp, Inançu Bilgə, Inançu Çikşi, Inançu Çor, Inan Uğraç.
Qeyd edək ki, şamanizmə aid xeyli söz qalıqları "Divan"ın onomastik vahidlərinin tərkibində qalmışdır. Bunların bəzilərini nəzərdən keçirək:
Kamlançu toponimi. Toponimin ilkin komponentində şaman sözü olan kam\\qam öz izini saxlamışdır. M. Kaşğarlı "Divan"ın 3-cü cildində bu toponimin "kam" hissəsinin kahin, şaman mənasında işləndiyi qeyd edir və belə bir izah verir: Kamlançı =İki Öküze yakın iki küçük kasaba adı. Amma böyük türkoloq həmin toponimin bütövlükdə mənasını açmır. Bizə görə, Kamlançı – toponimi şamanların, kahinlərin adət-ənənə, mərasim və ayinlərinin icra etdiyi yer anlamında başa düşülməlidir.
Şamanlarda qaval
[redaktə | mənbəni redaktə et]Qaval şamanların əsas atributlarından biridir. Şaman üçün qaval kainatı vizual olaraq səyahət etdiyi zaman çapdığı qanadlı at anlamındadır. O, hər an bu qanadlı atın tərkində kainatın ənginliklərinə və ya yeraltı dünyaya səyahətlər edir. Bu səyahətlərə Şaman xüsusi hisslərin vasitəsilə ruhən kainatın qatlarına uçmaq və oradan qayıtmaq üçün qavalın ifasının köməyi ilə nail olur. Şaman ifası zamanı ritmin tempini tədricən artıraraq elə bil qanadlı atını ruhən ərşə qalxmağa və onu yenidən real həyata qayıtmağa məcbur edir. Əgər Şaman yeni qaval əldə edirsə, bu zaman o, xüsusi ayinlər icra etməlidir. Həmin ayinlər vasitəsilə öz qanadlı atını – qavalı canlı bir əşyaya çevirir, ona ruhən yaxınlıq edir. Şamanın bir çox atributları kimi qaval aləti də onun üçün "müqəddəs" əşyalarından sayılır. Qavalla ifa edən və ondan hər cür vasitə ilə istifadəsindən bəhrələnən xüsusi seçilmişlər – ŞAMANLAR öz qədim irsi adətlərini atibutları ilə birgə qoruyub saxlamaqda maraqlıdırlar. Şamanlar belə adət-ənənələrini çox ciddi şəkildə qoruyaraq atributlarını nəsildən-nəsilə ötürürlər. Bu baxımdan qavallar hər bir Şamanın öz sələfindən ona miras qalmış formalarda varislərinə ötürülürdü. Yeni qaval düzəldiləndə də Şaman bu aləti ata-babadan ona miras qalmış formada – heç bir əlavələr olunmadan və dəyişdirilmədən hazırlayırdı. Qavalların hazırlanması zamanı demək olar ki, quruluşunda dəyişikliklər olmurdu və ya çox cüzi dəyişikliklər təsadüfi hallarda baş verirdi. Zaman keçdikcə, xalqların tarixi inkişafı millətlər arasında etnik qrupların formalaşması adət-ənənələrində və mədəniyyətində yeniləşmə baş verdiyi hallarla əlaqədar Şaman qavalında müəyyən dəyişikliklər baş verir. Beləliklə, qaval nəinki adi musiqi alətidir, həm də adət-ənənələri özündə təcəssüm etdirən atributlardan diridir. Başqa qöndən yanaşdıqda qaval Şaman ideologiyasının mürəkkəb simvoludur. Şaman qavalı ilə öz dünyasına qədəm basır, onunla həmdəm olur. Qavalın forma və bəzəyi üzərində olan əlavə muncuqları, zınqrovları, dəriləri ilə demək olar ki, Şamanın gözündə canlı bir varlığa çevrilir. Bu da Şamanın ritual zamanı ruhi varlığa, ruhi dünyaya qovuşmaq üçün onun imkanlarını artırır. Qavalın ifası zamanı Şaman bir neçə jestlə ritmik funksiyalarını yerinə yetirərək ekstaz vəziyyətinə düsür. Belə anlarda Şaman bu dünyanın fiziki gərginliyindən azad olmağa başlayır. Bunun izahı insanın yuxuda olduğu anda bədənin tam fiziki fəaliyyətsizlik müqayisədə bunu izah etmək olar. Yuxuda olan insanla Şamanın fərqi ondan ibarətdir ki, şamanın bədəninin fiziki fəaliyyəti daim hərəkətdədir, sadəcə olaraq fiziki gərginlik ruhi gərginliklə əvəz olunur. İnsan yatarkən ruhi gərginlik keçirmir, ruhu daim hərəkətdədir. Şamanın fərqli cəhəti ritual zamanı fiziki hərəkəti ilə ruhi hərəkəti ruhi gərginliyinin nəticəsi hesabına haldan-hala keçə bilir. Şamanın bu hal vəziyyətini belə izah etmək olar. İnsan beyni gündəlik informasiyaları xüsusi tezlikli dalğalarla mənimsəyir. Şamanın ruhi səyahəti zamanı həmin tezlikləri beynində qeyri-adi tezliklərlə əvəz edir. Şamanın bu dəyişkən halvəziyyəti heç də psixoloji gərginliyə və ya hipnotik prosseslərə gətirib çıxarmır. Əksinə, Şaman ruhi səyahəti zamanı öz hərəkət və davranışına nəzarət edir, tam düşdüyü haldan sui istifadə etmir. Səyahətə başlayan şaman qavalın ifasında olan ritmik çalarların və ölçülərin vəziyyətinə əsaslanaraq ondan gedəcəyi xəyali dünyasına nəqliyyat vasitəsi kimi istifadə edir. Beləliklə, qaval Şaman üçün fiziki reallığıı ruhi reallıqla əvəz edən alətdir. Şaman anlamında qaval-qanadlı atdır. Qavalla-qanadlı atla Şaman öz ruhi aləminə qapılıb üç təbəqəli virtual dünyasına səyahətə çıxır. Qaval eyni zaman da həm də Şamanın məsləhətçisidir. Bu qanadlı at Şamana hər bir gördüyü və eşitdiyi hadisə haqda danışır. Onu xətalardan, bəzi xoşa gəlməz hadisələrdən, hətta digər şamanların hücumundan qoruyur, Şamanın rituallar zamanı ibadətində və müalicə etdiyi anda ona kömək edir. Hər bir Şaman ifa vaxtı qavalın tembrindən, tempindən asılı olmayaraq özünəməxsus səs effektlərindən istifadə edir. Səs effektlərinin və ifa tərzlərinin rituallarda iştirak edən hər bir kəs, hər bir tamaşaçı Şamanın nə ilə məşqul olduğunu, hansı ibadət formasını yerinə yetirdiyini ayırd edə bilir. İfası ilə ibadət edən Şaman səs effektlərinin və ifa formalarının dəyisməsi vasitəsilə üçölçülü virtual dünyasına, Yeraltı (aşağı), Orta və Yuxarı aləmlərə səyahət edir. Qavalın səs effektlərinin və ifa formalarının dəyişkənliyi zamanı Şamanın səviyyəsi təyin edilir. Əgər Yuxarı aləmə səyahəti zamanı Şamanın ifasında Orta və Yeraltı aləmə səyahəti zamanı etdiyi ifalarla yaxınlıq, uyğunluq və ya eynilik olarsa, onun hansı səviyyədə Şaman olduğu bəlli olur. Şamanın müalicə seansı zamanı ifasında səs dəyişiklikləri ruhları çağırdığı an eyni olarsa, onun proffessionallığı şübhə altına alınır. Peşəkar ŞAMAN ibadət vaxtı sakit və təmkinli ifaları ilə ruhlar aləminə daxil olur. Şaman ona kömək edən, məsləhətçi olan qavalin vasitəsilə ruhlarla əlaqəyə girir. Ömrünün sonunadək bütün fəaliyyəti boyu Şamanın bir neçə qavalı olur. Qaydalara görə, Şamanın eyni zamanda iki və ya bir neçə qavalı olması Şamanlığda yol verilməzdir. Lakin belə qaydalar bəzi hallarda dəyişdirilə bilir. Bu o zaman baş verir ki, Şaman xüsusi ritual üçün yeni qaval hazırlamalı olur. Bu ritual başa çatdıqdan sonra Şaman əvvəlki qavalı məhv edir. Ömrünün son anınadək Şamanın doqquz qavaldan artıq aləti olmur. Əgər sonuncu qaval sınar və ya üzlük çəkilmiş dərisi korlanıb cırılarsa, belə hal Şamanlarda ömrünün başa çatmasına işarə olduğu kimi başa düşülür. Şamanlar qavalı düzəldərkən onlar bu işdə köməkçilər dən də istifadə edirlər. Qavalın hazırlanması zamanı, adətən onlara qadınlar kömək edir. Şamanlar qavalın əsas sağanaq hissəsini hazırlayırlar. Əvvəl sağanağın taxtası hazırlanır sonra isə bu taxtanı əymək vasitəsilə o yumru halqa vəziyyətinə salınır. Taxtanı açıq odda istiyə verərək onu əyir lər. Sonra isə hər iki uc hissələrini ağac kötüyünün nazik rişələrı və ya soyulmuş ağac qabığı ilə bir-birinə tikilir. Adətən, qavalın eni 2.5 sm-dən 20 sm-dək, diametri isə 30 sm-dən 70 sm-ədək olur. Dairəvi şəklə düşən sağanağın içəri divarlarına sıra ilə dəmir halqalar düzülür. Qadınlar sağanağın üzərinə çəkiləcək dərini hazırlayır və qavalı üzləyirlər. Xüsusi bəzəklər və muncuqlarla qavalı bəzəyirlər. Bəzi xalqlarda Şaman qavalının üzü çəkilərkən onun ifaçısı qadın Şaman və ya kişi Şaman olduğu nəzərə alınır. Kişi Şaman üçün erkək heyvanın, qadın Şaman üçün isə dişi hey vanın dərisi istifadə olunur. Dəri qavalın üzərinə çəkilərkən müxtəlif xalqlarda bir çox vasitələrlə bərkidilir. Çukçalar və eskimoslar ceyran dərisini və ya morjun mədəsinin dərisini sağanağa bağlayır ya da yapışdırırlar. Amur çay hövzəsindəki xalqlar; aynlar, buryatlar, mancurla dərini sağanağa yalnız yapışdırırlar. Hantlar, manslar, nenslər xususu dəri iplərlə dartılıb sağanağın qıraqlarına məxsusi taxta mismarlarla bərkidir və tikirlər. Altaylar, yakutlar, evenklər, ketlər, selkuplar və s. xalqlar dərini sağanağın qırağına tikirlər. Dərilər bərkidildikdən sonra onların üzəriə xüsusi şəkillər çəkilir. Bu şəkillər ümumən ibtidai şəkillərdən ta mürəkkəb formalara qədər olur və qavalın əsas rəmzini əks edir. Ayinlər və rituallar zamanı qavalın yaxşı səslənməsi üçün Şaman ibadəti boyu onu dəfələrlə açıq odda və ya ocaqda qızdırmalı olur. Bacaraqlı və yaşlı insanlar bunu çox məharətlə, qavala heç bir zədə toxundurmadan yerinə yetirirlər. Buna baxmayaraq, müəyyən müddətdən sonra qaval deformasiyaya uğrayır.
Şaman öləndə, bu dinin ardıcılları "o bu dünyanı tərk edib bir daha qayıtmayacağına görə onun qavalından ruhları azad etmək üçün" – aləti məhv edirlər. Onu odda yandırır və qığılcımları, tüstüsü vasitəsilə qanadlı atı və ya maralı sağanaqdan azad edib öz yiyəsinin – ŞAMANIN ruhu ilə qovuşdururlar.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Из рассказов историков Ф.А. Сатлаева, В.А. Кочеева. Подробно лечебное кам-
лание изучено у ненцев и тувинцев.
- Кенин-Ложан М.Б. Обрядовая практика и фольклор тувинского шамана. Новосибирск, 1987
- Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири (опыт ореального
исследования). Новосибирск, 1994.
- Составлено по: Дьяконова В.П. Некоторые этно-культурные параллели в шаманстве тюрко-язычных народов Саяно-Алтая // Этнокультурные контакты народов Сибири. Л., 1984
- Богораз В.Г. К психологии шаманства у народов Северо-Восточной Азии . Богораз В.Г. Этнографическое обозрение.-М.,1910. Т.84–85.Кн. 1–2.
- Богораз В.Г. Сказка о Чесоточном шамане "Wapыckalaul [lыmн'ыl]".- Живая старина, год IX, 1899, вып. I I, c. 263–270 (чукотский текст и русский перевод).
- Богораз В.Г. О так называемом языке духов (шаманском) у различных ветвей эскимосского племени. // Известия Академии Наук, серия VI , т. XIII, 1919, с. 489–495. Переиздание: СПб: Музей антропологии и этнографии им. Петра Великого (Кунст-камера), 1995, сс. 97–104.
- Грачева Г.Н. Шаманы у нганасан /.Н. Грачева // Проблемы истории общественного сознания аборигенов Сибири. Л.1981.- С. 69–89.
- Добжанская О.Шаманская музыка самодийских народов Красноярского края. Норильск, 2008.- 272 с.
- Егоров А.С. Эмпедокл и проблема греческого шаманизма // Вопросы философии. М., 2007.№ 8. С. 97–105.
- Михайловский В.М. Шаманство (сравнительно-этнографические очерки) / В.М. Михайловский // Этнографическое отделение Московского университета. М., 1892. Вып. 1. −215 с.
- Новик Е. С. Обряд и фольклор в сибирском шаманизме. Опыт сопоставления структур. М., 1984.
- Смоляк А.В. Шаман: личность, функции, мировоззрение (Народы Нижнего Амура). М.: Наука, 1991.
- Уолш Р. Дух шаманизма. Тексты трансперсональной психологии. М.: изд. Трансперсонального Института. 1996.
- Харнер, Майкл Путь шамана. М.: Крон-Пресс, 1996.
- Элиаде М. Шаманизм: архаические техники экстаза. К.: "София", 1998.
- Michael Harner: Der Weg des Schamanen, München, Ullstein, 2004, 247 Seiten, ISBN 3-548-74042-1
- Paul Uccusic: Der Schamane in uns. Schamanismus als neue Selbsterfahrung, Hilfe und Heilung Hugendubel Kreuzlingen, ISBN 978-3-7205-2181-9
- Boileau, Gilles. "Wu and Shaman." Bulletin of the School of Oriental and African Studies 65.2 (2002), 350–78.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Доу Дж. Шаманы центральной и северной Мексики
- Одежда и атрибуты шамана Arxivləşdirilib 2010-06-06 at the Wayback Machine
- Репортаж с фестиваля шаманизма в Москве Arxivləşdirilib 2009-11-13 at the Wayback Machine- видео
- Монгольские шаманы профессиональные видеокадры Arxivləşdirilib 2012-04-03 at the Wayback Machine