Şimali Anadolu fay xətti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Yaxın Şərqdəki ən böyük aktiv qırılma xətləri: Şimali Anadolu - Zaqros və Levant - Şərqi Anadolu

Şimali Anadolu fay xətti və ya Şimali Anadolu qırılma xətti yaxud Baş Anadolu fay xəttiTürkiyənin şimalında dərinlikdə yerləşən aktiv sağ tərəfli qırılma xətti. O, AvrasiyaAfrika plitələrinə nisbətən Anadolu plitəsinin qərbə doğru irəliləmə hərəkətinin böyük hissəsini təmin edən aktiv dərin sağ tərəfli sürüşmə qırılma xəttidir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Qırılma xətti Kiçik Asiyanın şimal hissəsində Mərmərə dənizindən şərqə, sonra isə cənub-şərqdən Van gölünə qədər uzanır. Fay xəttinin əsas davamı müasir Zaqros qırığıdır. Ərzincan şəhəri ərazisindən başlayaraq ekstremal qərbdə demək olar ki, paralel üç qolu var. Ərzincan şəhəri yaxınlığında Şərqi Anadolu fay xətti ilə demək olar ki, düz bucaq altında kəsişir. Kəsişməyə yaxın hər iki qırılma digər qırılma boyunca kəsici yerdəyişmələr istiqamətində əyilir. Bu iki qırılmanın kəsişmə sahəsi seysmik baxımdan ən təhlükəlidir. Bu ərazidə dəfələrlə maqnitudası 7 baldan az olmayan zəlzələlər qeydə alınıb.[1] [2]

1912-ci ildə Çanaqqalada zəlzələ olub. 26 dekabr 1939-cu ildə bölgənin ən böyük zəlzələsi Ərzincan şəhəri yaxınlığında baş verib.[3] 1939-1944-cü illərdə baş vermiş bir sıra fəlakətli zəlzələlər ümumi sağ tərəfin 3-4,4 m sürüşməsinə və cənub cinahının 1 m-ə qədər qalxmasına səbəb olub.[4] 1966-cı ildə Varto kəndi yaxınlığında baş verən güclü zəlzələ sağa sürüşməyə gətirib çıxarıb.[5]

1999-cu ildə fay xəttində qərb ucunda 7,6 bal gücündə İzmit zəlzələsi Türkiyənin ən sıx məskunlaşdığı və sənayeləşmiş şəhər ərazilərindən birini vurdu. Zəlzələ 17.000-dən çox insanın ölümünə səbəb oldu.

Şimali Anadolu fay xətti boyunca 1939-cu ildən sonra 6 maqnituddan yuxarı zəlzələlər aşağıdakı cədvəldə əks olunub.

Hadisə Moment maqnitud İtkilər
1939, Ərzincan 7.8 32,700+ ölüm və 100,000+ yaralı
1942, Niksar–Erbaa 7.0 ~3,000 ölüm
1943, Tosya–Ladik 7.2 2,824 ölüm
1944, Bolu–Gerede 7.2 3,959 ölüm
1949, Karlıova 6.7 320 ölüm
1951, Kurşunlu 6.9 50 ölüm və 3,354 yaralı
1957, Abant 7.1 52 ölüm
1966, Varto 6.9 2,394 ölüm və 1,489 yaralı
1967, Mudurnu 7.1 86 ölüm, 332 yaralı
1992, Ərzincan 6.7 498+ ölüm və 2,000+ yaralı
1999, İzmit 7.6 17,118+ ölüm və 43,953+ yaralı
1999, Düzcə 7.2 845+ ölüm və 4,948 yaralı
2022, Düzcə 6.1 2 ölüm və 93 yaralı
  1. USGS Worldwide Earthquake List. https://earthquake.usgs.gov/earthquakes/map/ Arxivləşdirilib 2019-11-29 at Archive.today
  2. Stein, R. S.; Barka, A. A.; Dieterich, J. H. "Progressive failure on the North Anatolian fault since 1939 by earthquake stress triggering". en:Geophysical Journal International. 128 (3). 1997: 594–604. Bibcode:1997GeoJI.128..594S. doi:10.1111/j.1365-246x.1997.tb05321.x.
  3. Карапетян Н. К. Сейсмогеодинамика и механизм возникновения землетрясений Армянского нагорья. Ереван: Изд-во АН АрмССР. АН АрмССР, Ин-т геофизики и инж. сейсмологии. 1990. 29. ISBN 5-8080-0063-7.
  4. Трифонов В. Г., Караханян А. С., Кожурин А. И. Активные разломы и сейсмичность (PDF) // Природа. № 12. 1989. 32–38. 2022-06-23 tarixində arxivləşdirilib (PDF).
  5. Трифонов В. Г., Караханян А. С., Кожурин А. И. Спитакское землетрясение как проявление современной тектонической активности (PDF) // Геотектоника. № 6. 1990. 46–60.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]