Şirin kələntər Yağləvəndli-Cavanşir
Şirin kələntər Yağləvəndli-Cavanşir | |
---|---|
Şirin kələntər Səfixan ağa oğlu Yağləvəndli-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Yağləvənd obası, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Dəfn yeri | Yağlıvənd |
Uşaqları |
|
Şirin kələntər Səfixan ağa oğlu Yağləvəndli-Cavanşir — Cavanşir elinin Yağləvənd oymağının kələntəri, Qarabağ xanlığının sərkərdəsi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şirin ağa Səfixan ağa oğlu təxminən 1760-cı ildə Cavanşir-Dizaq mahalının Yağləvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili görmüşdü. Atasından sonra oymağın kələntəri olmuşdu. El içində çavlanan "qələndər olmadıq, kələntər olduq" kəlamının müəllifidir. Şirin ağa bu deyimi ulu babalarının el içində xəlifə olmasına işarə ilə söyləmişdi.
Xəlifə—Səfəviyyə təriqətinin mürşidləri tərəfindən şəcərə ilə təyin olunan dini-dünyəvi vəzifə idi. Xəlifələr elin nizam-intizamına, dini qayda-qanunlara riayət edilməsinə və digər işlərə cavablı sayılırdılar.
Kələntər isə dövlət rəhbərləri tərəfindən təliqə ilə təyin olunan inzibati vəzifə idi. Kələntərlər oymağı savaşa aparır, vergi toplayır, qayda-qanuna riayət edilməsinə nəzarət edirdilər. Sonralar el-oymaq başçılarına kələntər deyilmədi. Xanlıq dönəmində el başçısına minbaşı, oymaq başçısına yüzbaşı vəzifəsi verildi.
Şirin ağa İbrahimxəlil xan Cavanşirə xidmət etmişdi. Sonralar Əbülfət xan Sarıcalı-Cavanşirə meyilli olduğu üçün xan tərəfindən cəzalandırılmışdı.
Şirin ağa ilə bağlı el içində xeyli əhvalat dolaşır. Həmin əhvalatlardan biri budur:
Şirin ağa Külədərli tayfasından Kərbəlayı Xanalının bacısı ilə ailə qurmuşdu. Kərbəlayı Xanalı hər dəfə onlara qonaq gələndə özlərindən eşib tökür, tayfalarını tərifləyirdi. Bir gün söhbət zamanı danışır ki, bəs bizim babamız Nadir şahın külahdarı, papaqsaxlayanı olub. Şirin ağa sözkəsənlik edib, qayıdır ki, siz külahdar olanda biz kələntər idik…
Ailəsi
[redaktə | mənbəni redaktə et]Şirin ağanın Xələf ağa, İmamverdi ağa adlı oğulları, Fatma xanım, Gülpəri xanım adlı qızları vardı.