Şuşanik Kurqinyan
Şuşanik Kurqinyan | |
---|---|
erm. Շուշանիկ Կուրղինյան | |
Doğum tarixi | 18 (30) avqust 1876[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 noyabr 1927[3][1][…] (51 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, avtobioqraf[d] |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
Şuşanik Kurqinyan (erm. Շուշանիկ Կուրղինյան; 18 (30) avqust 1876[1][2], Gümrü, Rusiya imperiyası[1][2] – 24 noyabr 1927[3][1][…], İrəvan, Ermənistan SSR, SSRİ[3][1][…]) — erməni şairəsi. Erməni feminist və proletar ədəbiyyatının banilərindən biri.[4]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Şuşanik Popolyan 1876-cı il avqustun 18-də Aleksandropolda (indiki Gümrü) usta ailəsində anadan olmuşdur. Yerli bir monastırda qızlar üçün ibtidai məktəbdə təhsil alır, rus gimnaziyasında oxuyur. 21 yaşında atasının dükanında işləyən Arşak Kurqinyanla evlənir[5]. 1903-cü ildə əri ilə birlikdə Naxçıvan-na-Donuya köçür və Arşak burada öz mağazasını açır. 1905-ci il inqilabını böyük ruh yüksəkliyi ilə qarşılanır, fəhlə sinfinin mübarizəsini dəstəklənir.
1920-ci ildə Vladiqafqaza köçür və burada S. Şaumyan adına Erməni işçi klubunu təsis edir. 1921-ci ildə Gümrüyə qayıdır. 1925-ci ildə səhhətindəki problemlərə görə Xarkov və Moskvada müalicə olunur. Lakin müalicə ciddi nəticə verməyir və o, evinə qayıdır. 1926-cı ildə Aleksandropoldakı zəlzələdən sonra İrəvana köçür. 24 noyabr 1927-ci ildə ağır xəstəlikdən sonra vəfat edir. Komitas Panteonunda dəfn edilir.
Şair Avetik İsaakyan onun haqqında belə deyirdi: “Şuşanikdə sirli bir şey var idi - əsl Sibil, sehrbaz: hündürboy, arıq, əsəbi, gözlərində fosfor parıltısı olan, ailə qayğılarından tamamilə uzaqdır”.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]1899-cu ildə Taraz jurnalında (Moda, № 30) çap olunmağa başlayır[6]. 1905-1907-ci illər inqilabı zamanı o, proletariatın mübarizəsini tərənnüm edən çoxlu əsərlər yazır (“Azadlıq cingiltisi”, “Cəsarətlə irəli”, “İşçilər”, “Oraya get”, “Fəhlə nəğməsi” və s.). İnqilabın məğlubiyyətindən sonra o, irtica və tənəzzülə qarşı yönəlmiş bir sıra əsərlər yazır, inqilabçıları tərənnüm edir (“Kütləvi məzarlıqda”, “Həbsxana önündə”, “Qırmızı yürüş”). Kəskin şəkildə avtokratiyaya qarşı çıxış edir (“Qanlı taxtın altında od yansın”). “Xaçını uzaqlaşdır” əsərində o, gücün dayağı kimi xristianlığa qarşı çıxır. “Biz də birləşirik” əsərində qadınların azad edilməsinə çağırır. Kurqinyanın bəzi şeirləri məhəbbət və vətən həsrəti ilə doludur (“Payız nəğmələrindən”, “Alaqyaz yoxdur”).
Sovet mənbələrində Kurqinyanın 1917-ci il Oktyabr inqilabına münasibəti haqqında müxtəlif fikirlər söylənilir. Ədəbi Ensiklopediya (1931) iddia edir ki, o, bu inqilabı qəbul etməyib və buna görə də oktyabrdan sonrakı dövrdə nisbətən az yazıb. Eyni zamanda, Qısa Ədəbi Ensiklopediya (1966) iddia edir ki, o, 1920-ci illərdə Oktyabr inqilabının nailiyyətlərini tərənnüm edən bir sıra əsərlər yazıb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ 1 2 3 4 Ով ով է. հայեր (erm.). / red. Հ. Այվազյան Երևան: Հայկական հանրագիտարան հրատարակչություն, 2005. C. 1.
- ↑ 1 2 3 4 Кургинян Шушаник // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ Victoria Rowe, A History of Armenian Women’s Writing, 1880—1922 (London: Cambridge Scholars, 2003), page 170. ISBN 1-904303-23-4.
- ↑ Аветик Исаакян. "Шушаник Кургинян". armenianhouse.org. 2020-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-15.
- ↑ Кургинян Arxivləşdirilib 2022-03-02 at the Wayback Machine // Краткая литературная энциклопедия. Т. 3. — 1966.