Əşrəf ağa Kəngərlinski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əşrəf ağa Kəngərlinski
Şəxsi məlumatlar
Doğum tarixi 1841
Doğum yeri
Vəfat yeri

Əşrəf ağa Kəngərlinski — çar ordusunun zabiti.

Əşrəf ağa Məhəmmədhəsən bəy 1841-ci ildə Naxçıvan şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Zemstvo idarəsində 15 aprel 1859-cu ildə uryadnik kimi xidmətə başlamışdı. 1892-ci ildə üstün xidmətinə görə milis yunkeri rütbəsinə layiq görülmüşdü. 1877–1878-ci illərdə İrəvan atlı alayının tərkibində Rus-Osmanlı savaşında iştirak etmişdi.

Əşrəf ağa Balaxanım xanımla ailə qurmuşdu.

Əşrəf ağa Kəngərlinski 29 yanvar 1871-ci ildə "Cəsurluğa görə" gümüş medal, "Müqəddəs Stanislav" lenti ilə, 5 oktyabr 1875-ci ildə "Cəsurluğa görə" qızıl medal, "Müqəddəs Stanislav" lenti ilə, 16 iyun 1877-ci ildə "İgidliyə görə" gümüş medal, "Müqəddəs Anna" lenti ilə, 19 iyul 1884-cü ildə "Cəsurluğa görə" qızıl medal, "Müqəddəs Anna" lenti ilə, 26 may 1896-cı ildə "Cəsurluğa və hökumətə sədaqətə görə" qızıl medal almışdı.