Əbdüləziz bin Əbdürrəhman əs-Səud

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud
ərəb. عبد العزيز آل سعود
bayraq
Nəcd əmiri
15 iyun 1902-ci il – 8 yanvar 1926-cı il
ƏvvəlkiƏbdürrəhman ibn Feysəl əs Səud, dövlət Cebel-Şammar əmirliyi tərəfindən ələ keçirildi
Sonrakıvəzifə ləğv olunub
bayraq
Nəcd və Hicaz kralı
8 yanvar 1926 – 22 sentyabr 1932
ƏvvəlkiƏli ibn Hüseyn əl-Haşimi
SonrakıVəzifə ləğv edildi
bayraq
Səudiyyə Ərəbistanı kralı
22 sentyabr 1932 – 9 noyabr 1953
Əvvəlkivəzifə təsis edilib
SonrakıSəud ibn Əbdüləziz əs-Saud
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ər-Riyad
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Taif, Məkkə
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • El Ud qəbiristanlığı[d]
Milliyyəti ərəb
Vətəndaşlığı Səudiyyə Ərəbistanı
Fəaliyyəti dövlət xadimi, monarx, siyasətçi, hərbi qulluqçu
Atası Əbdürrəhman ibn Feysəl əs Səud
Anası Sara bin Əhməd əs-Sudayri
Həyat yoldaşı
  1. Vəha əl-Həzzəm
  2. Tərfah
  3. Cəvhar Əl Səud
  4. Buzz
  5. Cauhar əl-Sudayri
  6. Hassa bin Əhməd əs-Sudayri
  7. Şahidə
  8. Fəhda əş-Şureym
  9. Buzz
  10. Munayir
  11. Moudni
  12. Səidə
Uşaqları
  • 45 oğlan
    * 20-dən artıq qız
Ailəsi Səudlar
Dini islam, sünni məzhəbi
Hərbi xidmət
Xidmət illəri (şəxsin hərbi xidmət illəri)
Mənsubiyyəti Səudiyyə Ərəbistanı silahlı qüvvələri
Döyüşlər Səudiyyə Ərəbistanının birləşdirilməsi uğrunda müharibə
Rütbəsi Səudiyyə Ərəbistanı silahlı qüvvələri komandanı
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdüləziz bin Əbdürrəhman bin Faysal əs-Səud ərəb. عبد العزيز آل سعود‎ həmçinin qısaca olaraq İbn Səud və yaxud II ƏbdüləzizƏbdüləziz bin Əbdürrəhman (15 yanvar 1875[1] — 9 noyabr 1953) — hökmdar, hərbi və dövlət xadimi, Səudiyyə Ərəbistanının qurucusu və ilk kralı (1932-1953). Ərəbistanın birləşdirilməsi üçün çoxsaylı müharibələr aparmışdır. 1902-1926-cı illərdə Nəcd dövlətinin əmiri, daha sonra - 1932-ci ilə qədər Hicaz, Nəcd dövlətinin və ilhaq edilən bölgələrin kralı.

Əbdüləziz Nəcd əmiri Əbdürrəhman bin Faysalın oğlu idi. Ailə 1890-cı ildə Riyad şəhərindəki iqamətgahlarından qovulmuşdu. Əbdüləziz, 1902-ci ildə yenidən Riyadı fəth etmiş, 30 illik mübarizə apararaq mərkəzi və şimali Ərəbistanın hökmdarı olmuşdur. 1922-ci ildə Nəcd üzərində nəzarətini möhkəmləndirdi, sonra 1925-ci ildə Hicazı fəth etdi. 1932-ci ildə daha sonra Səudiyyə Ərəbistanı Krallığına çevriləcək ərazini genişləndirdi. Kral olaraq, 1938-ci ildə Səudiyyə Ərəbistanında neftin kəşf edilməsinə və II Dünya müharibəsindən sonra genişmiqyaslı neft çıxarılmasının başlanmasına nəzarət etmişdi. 45 oğlu,[2] və Səudiyyə Ərəbistanının bütün sonrakı kralları da daxil olmaqla bir çox uşağın atası idi.

Səudlar ailəsi son 130 il ərzində mərkəzi Ərəbistanda əsas qüvvə idilər. Sələfiliyə arxalanan səudlar əvvəllər Osmanlı-Səudiyyə müharibəsi müharibəsində Osmanlı ordusu tərəfindən məhv edilənə qədər XIX əsrin əvvəllərinə qədər Ərəbistan yarımadasının çox hissəsini “ilk Səudiyyə dövləti” olan Diriyyə əmirliyi şəklində idarə etməyə çalışdılar.[3]

Əbdüləziz 1875-ci il yanvarın 15-də Riyadda anadan olub.[4][5] O dövrdə ərazisi yalnız Riyad ətrafından ibarət olan İkinci Səudiyyə dövlətinin başçısı Əbdürrəhman ibn Faysalın dördüncü oğlu idi.[6] Əbdüləzizin anası Sudayri ailəsinin üzvü idi Sara bin Əhməd idi.[7] Sara Ərəbistanın aparıcı nəsillərindən olan Sudayri sülaləsinin başçısı Əhməd Sudayrinin qız olmuş,[8] 1910-cu ildə rəhmətə getmişdir.[9] Onun doğma bacı və qardaşları Faysal, Nurə, Bazza, Həyya və Saad idilər.[10] Bundan əlavə atasının digər evliliyindən[11] Səudiyyə dövləti rəhbərliyində əhəmiyyətli rol oynayan Məhəmməd, Abdulla, Əhməd və Musaid də daxil olmaqla bir neçə ögey qardaşları da olmuşdu.[12]

Əbdüləziz dinlə az maraqlanmış, daha çox qılınc və tüfənglə oynamağa həvəs göstərirdi. O, Quranı yalnız 11 yaşında oxumağı öyrənə bildi. Əbdüləzizin Riyadda Qurqn müəllimi Abdulla Əl Xarji olmuşdur.[13] Gələcək kral gənc yaşlarından ailə şərəfini bərpa etməyi, Səud sülaləsinin şöhrətinin və sərvətinin qaytarılmasını arzulayırdı.

Sürgün və Riyadın geri alınması

[redaktə | mənbəni redaktə et]
Əbdürrəhman bin Turki al Saud, kral Əbdüləzizin atası.

1890-cı ildə səudlar sülaləsini regionda uzun müddət rəqibləri olan Rəşidilər Riyadı fəth etdilər. O vaxt Əbdüləziz 15 yaşında idi.[14] O və ailəsi əvvəlcə Ərəbistanın cənub səhrasında bədəvi qəbiləsi olan Al Murraha sığındılar. Daha sonra Əs-Səudlar Qətərə getdilər və iki ay orada qaldılar.[15] Onların növbəti dayanacağı qısa bir müddət qaldıqları Bəhreyn oldu. Osmanlı imperiyası onlara Küveytdə yerləşmələrinə icazə verdi[16] və təxminən on il orada yaşadılar.[15] Əbdüləziz 1896-cı ildən Küveyt kral ailəsinin üzvü və Küveyt hökmdarı Mübarək Əl Sabahla dostluq münasibətləri yaratdı və Mübarəkin qeyri-adi həyat tərzi səbəbiylə atası Əbdürrəhman tərəfindən bəyənilməyən ziyafətlərini tez-tez ziyarət edirdi.[6]

1901-ci il noyabrın 14-də Əbdüləziz və bəzi qardaşları, o cümlədən ögey qardaşı Məhəmməd və bir neçə əmisi oğlu (aralarında Abdulla bin Jiluvi), əsasən Rəşidilərlə müttəfiq qəbilələri hədəf alaraq Nejdə basqın etdilər.[17] Dekabrın 12-də Al Aqsaya çatdılar və sonra müxtəlif qəbilələrin dəstəyi ilə cənuba Boş Məhəlləyə doğru irəlilədilər.[17] Bu hadisədən sonra Əbdüləziz Əl-Rəşid Qətər hökmdarı Cəsim bin Məhəmməd Əl Taniyə və Bağdadakı Osmanlı valisinə müraciətlər edərək Əbdüləzizin ona sadiq qəbilələrə basqınlarını dayandırmaq üçün kömək istədi.[17] Bu hadisələr Əbdüləzizin basqınçılarının sayının azalmasına səbəb oldu və atası Əbdürrəhman ondan Riyadı ələ keçirmək planlarını ləğv etməsini istədi.[17] Lakin Əbdüləziz Riyad üzərinə yürüş üçün dəstə toplamağa davam etdi. 15-16 yanvar 1902-ci il tarixində atasının qarşı olmağına baxmayaraq, yürüşə başlamış Əbdüləziz, 60 nəfərlik bir dəstə ilə Riyadı ələ keçirdi.[17][18] Hücum zamanı o, yalnız iki döyüşçünü itirdi. Rəşididlərdən olan yerli vali Ajlan Abdulla bin Jiluvi isə qala qapıları qarşısında öldürüldü.[17] Əbdüləzizin qələbəsindən qısa müddət sonra Küveyt hökmdarı Mübarək Əl Sabah ona Əbdüləzizin kiçik qardaşı Səədin rəhbərliyi ilə əlavə yetmiş döyüşçü göndərdi.[17] Bu uğurdan sonra atası Əbdürrəhman əmir adından oğlunun xeyrinə imtina etdi. Atası Əbdüləzizə vassal andı içərək, oğlunun məsləhətçisi oldu.[19]

Hakimiyyətə qayıdış

[redaktə | mənbəni redaktə et]
Kral Əbdüləzizin Eqab bin Muhaya adlı sənəd üzərində imzası

Riyadın ələ keçirilməsindən sonra Səud sülaləsinin bir çox keçmiş tərəfdarı Əbdüləzizin çağırışı ilə silaha sarıldı. O, xarizmatik bir lider idi və ətrafına silahlı adamlar toplamaqda davam edirdi. Növbəti iki il ərzində o və qüvvələri demək olar ki, Nejdin yarısını Rəşidilərdən geri aldılar.

1903-1907-ci illərdə Əbdüləziz Rəşidilər sülaləsinin rəhbərlik etdiyi Cebel-Şammar (Hail) əmirliyi ilə müharibə apardı. 1904-cü ildə Əl-Rəşidlər sülaləsinin başçısı olan Əbdüləziz, hərbi qoruma və yardım üçün Osmanlı imperiyasına müraciət etdi. Osmanlılar buna cavab olaraq Ərəbistana əsgər göndərdi. Ümumilikdə müharibə ərzində 8 Osmanlı piyada batalyonu Rəşidilərin tərəfində döyüşmüşdü. 15 iyun 1904-cü ildə Əbdüləziz qüvvələri birləşmiş Osmanlı və Rəşidi qüvvələri tərəfindən ilk və sonuncu dəfə məğlubiyyətə uğradıldı. Bu hadisədən sonra o, qüvvələrini yenidən toplayaraq Osmanlıya qarşı partizan müharibəsi aparmağa başladı. Növbəti iki il ərzində onların tədarük yollarını poza bildi və onları geri çəkilməyə məcbur etdi. Lakin 1905-ci ilin fevralında Əbdüləziz Osmanlılar tərəfindən Cənubi Nəsdin kaymakamı titulunu aldı.[20] Əbdüləziz əl-Rəşidin həlak olduğu və rəşidilərin uduzduğu Rövdət Muhannada döyüşündən sonra Əbdüləziz əs-Saud 1906-cı il oktyabrın axrına qədər Osmanlı imperiyasının Nəcd və Qassımdakı varlığını sona çatdırdı. Bu qələbə həm də Küveyt hökmdarı Mübarək Əl Sabah ilə Əbdüləziz arasındakı ittifaqı, birincinin bölgədəki Səudiyyə gücünün artması ilə bağlı narahatlığı səbəbindən zəiflədi.[21]

İhvandlarla münasibət

[redaktə | mənbəni redaktə et]

1912-ci ildə o, Nəcd və Ərəbistanın şərq sahillərini fəth etdi. O, həmçinin eyni ildə "təmiz İslam"ı da qəbul etdi. Ən böyük qəbilələrin sədaqətini qazanmaq üçün İbn Səud, dini alimlərin və müəllimlərin tövsiyəsi ilə onları oturaq həyata keçirməyə başladı. Bu məqsədlə 1912-ci ildə hərbi-dini qardaşlıq İhvand (ərəbcə “qardaşlar”) quruldu. İhvand hərəkatına qoşulmaqdan imtina edən və İbn Səudu əmir və imam kimi tanımayan bütün bədəvi qəbilələri və vahələr Nəcdin düşməni kimi qəbul edilməyə başlandılar. İhvandlara qardaşlığın üzvlərini və vətənlərini sevməyə, imam-əmirə sözsüz itaət etmək və xarici ölkələrin (müsəlmanlar da daxil olmaqla) sakinləri ilə heç bir təmas qurmamağa çağırılan əkinçilik koloniyalarına ("hicrələrə") keçmək əmri verildi. Hər bir ihvand icmasında, yerli qarnizon üçün kazarma rolunu oynayan bir məscid tikildi. Beləliklə, ihvandların özləri təkcə əkinçilər deyil, həm də Səudiyyə dövlətinin döyüşçüləri oldular. 1913-cü ildə İbn Səud Əl-Həsə bölgəsini ələ keçirdi. 1915-ci ilədək İbn Səudun "kafirlər"lə müharibəyə girmək üçün ilk çağırışına hazır olan ən azı 60.000 nəfər daxil olmaqla 200-dən çox ihvand qəsəbəsi təşkil edildi.[22]

Ərəbistanın birləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
Kral Əbdüləziz, qaynı Mübarək Əl Sabahla Küveytdə, 1910-cu il.

1914-cü ilin mayında Əbdüləziz, ingilislərlə müttəfiq olmaq üçün bir neçə səmərəsiz cəhdlərdən sonra Osmanlı ilə gizli müqavilə bağladı.[23] Lakin Birinci Dünya müharibəsinin başlanması səbəbi ilə Əbdüləzizi Nəcdin valisi edən bu razılaşma reallaşmadı və Osmanlıların Əbdüləzizlə əlaqələri davam etdirmək cəhdləri səbəbiylə Britaniya hökuməti qısa müddətdə Əbdüləzizlə diplomatik əlaqələr qurdu.[23] Britaniya agenti Kapitan Uilyam Şekspir bədəvilər tərəfindən yaxşı qarşılandı.[24] Bənzər diplomatik münasibətlər bölgəni birləşdirə və sabitləşdirə bilən bütün ərəb qüvvələri ilə quruldu. Britaniyalılar 1915-ci ilin dekabrında Darin müqaviləsinə imza atdılar ki, bu da Səud sülaləsinin torpaqlarını Britaniya protektoratı etdi. Bu müqavilə ilə britaniyalılar Səudiyyə dövlətinin sərhədlərini müəyyənləşdirməyə cəhd göstərdilər.[25] Əvəzində Əbdüləziz Osmanlının müttəfiqi olan İbn Rəşidə qarşı yenidən müharibə edəcəyinə söz verdi.

I Dünya müharibəsi ərzində səudlar Britaniya müttəfiqi kimi Osmanlı imperiyasına qarşı döyüşdülər. 1920-ci ildə isə ingilislərin maddi dəstəyindən istifadə edərək Əbdüləziz nəhayət Rəşidiləri darmadağın etdi. Osmanlı imperiyası dağılan zaman Ərəbistan yarımadasında beş müstəqil dövlət meydana gəlmişdi: Hicaz, Nəcd, Cebel-Şammar, Asir və Yəmən. Əbdüləziz 1921-ci ilin aprel-may aylarında Cebel-Şammarı ilhaq etməyə çalışdı, ancaq yalnız avqust ayında ər-Rəşidilərin paytaxtı Hail Əbdüləzizin qoşunları tərəfindən alındı. Həmin il noyabrın 1-də Cebel-Şammar əmirliyi mövcudluğunu dayandırdı.[26]

Məkkə şərifi ilə qarşıdurma

[redaktə | mənbəni redaktə et]

Bu qələbədən sonra İbn Səudun əsas rəqibi Məkkənin şərifi və Hicaz kralı Hüseyn ibn Əli əl-Haşimi oldu. 1922-ci ildə Əbdüləziz şimaldakı Asiri döyüşsüz ələ keçirdi və 1924-cü ilin iyulunda Hicazda dindən qopmuşlara qarşı cihada çağırdı. 1924-cü ilin avqustunda müharibə gedən Hicaz torpağında Sovet konsulu Kərim Əbdüraufoviç Hakimov (1892-1938) İbn Səudun nümayəndəsinə etimadnaməsini təqdim etdi. Sentyabrın əvvəlində ihvan dəstələri sərhəd şəhəri Et-Taifə girərək burada əsasən dinc insanları öldürdülər. Əl-Taif hadisələrindən qorxmuş Hicaz əyanları Hüseyinə qarşı çıxdılar. O, taxdan oğlu Faysalın lehinə imtina etmək məcburiyyətində qaldı. Yeni kralın Məkkəni müdafiə etməyə gücü çatmadı və tərəfdarları ilə Ciddəyə sığındı. Oktyabr ayının ortalarında ihvanlar Müqəddəs şəhərə daxil oldular və 1925-ci ilin yanvarında Ciddənin mühasirəsi başladı. Dekabrın 6-da Mədinə təslim oldu və dekabrın 22-də Faysal Ciddəni tərk etdi. Bundan sonra Nəcd qoşunları şəhərə daxil oldular. Elə həmin il İbn Səud Məkkəni ələ keçirdi və bununla da Haşimilərin 700 illik hakimiyyətinə son verildi.[27] 1926-cı il yanvarın 10-da Əbdüləziz əl-Səud Hicazın kralı elan edildi.[28] Yeni Nəcd və Hicaz krallığı quruldu.[29] Bir neçə il sonra Əbdüləziz demək olar ki, bütün Ərəbistan yarımadasını tutdu.[30]

İhvan üsyanı

[redaktə | mənbəni redaktə et]

İbn Səud Avropa sivilizasiyasına böyük rəğbət bəsləyirdi. Telefon, radio, avtomobil və təyyarənin əhəmiyyətini qiymətləndirirdi və bu yenilikləri Ərəbistanda tətbiq etməyə başladı. Bunlarla eyni zamanda o, ihvanların təsirini tədricən məhdudlaşdırmağa başladı. Kraldan özlərinə qarşı münasibəti hiss edən ihvanlar 1929-cu ildə üsyan qaldırdılar. Sibil döyüşündə İbn Səud keçmiş müttəfiqlərini məğlub etdi.[31] Lakin məğlub olanlar partizan müharibəsinə başladılar. Kral bütün gücünü onlara qarşı yönəltməyə məcbur oldu. Onlar tərəfindən bəzi Avropa mübarizə metodları istifadə edilirdi. Lakin ilin sonunda ihvanlar Küveytə sıxışdırıldı və orada ingilislər tərəfindən tərksilah edildi. İhvan liderləri - Dəviş və əmisi oğlu İbn Hitlein Neyif sonradan ingilislər tərəfindən İbn Səuda təhvil verildi. Hər ikisi Riyad həbsxanasına salındı. Əbdüləzizin düşmənləri üzərində qələbəsində və fəthlərində mühüm rol oynayan hərəkat tamamilə məğlub oldu və tezliklə sıradan çıxarıldı. İbn Səud Hicaz, Nəcd və ilhaq edilmiş ərazilərin kralı adını qəbul etdi.[32]

Səudiyyə Ərəbistanı kralı

[redaktə | mənbəni redaktə et]
Kral Əbdüləziz 1930 -cu illərdə bir əcnəbi ilə.

1932-ci il sentyabrın 23-də Nəcd və Hicaz Səudiyyə Ərəbistanı adlanan bir dövlətə birləşdirildi. Əbdüləziz özü isə Səudiyyə Ərəbistanının kralı elan olundu.[33] Bu yalnız krallığın birliyini gücləndirmək və Hicaz separatizminə son qoymaq üçün deyil, həm də ərəblərin mərkəzləşmiş dövlətinin yaradılmasında kral evinin mərkəzi rolunu vurğulamaq idi. İbn Səudun hakimiyyətinin bütün sonrakı dövründə daxili problemlər onun üçün xüsusi bir çətinlik yaratmadı.

Kral Əbdüləziz hökmranlıq etmək üçün əvvəlcə atasının hökmdar hüququnu ortadan qaldırdı. Daha sonra dövləti qurmaq üçün döyüşlərdə və fəthlərdə onunla vuruşan qardaşı Məhəmməd başda olmaqla beş qardaşının hakimiyyət iddiasının qarşısını almaq məqsədilə onların hüququnu məhdudlaşdıran qanunlar qəbul etdi.[34]

1938-ci ildə iqamətgahını Masmak qalasından Mürəbba Sarayına köçürdü[35] və saray 1953-cü ildə vəfat edənə qədər əsas iqamətgahı və hökumət evi olaraq qaldı.[36]

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]

İhvanların həddindən artıq sərt mövqeləri Səudiyyə rejimini düşmən hesab edən və "təmiz İslam müsəlmanları"nın müqəddəs şəhərlər və Həcc üzərində qurduğu tam nəzarətindən narazı qalan əksər müsəlman hökumətlərinin Səudiyyə Ərəbistanından uzaqlaşmasına səbəb oldu. İbn Səud ilə İraqTransiordaniyanın Haşimi hökmdarları olan devrilən Hüseynin oğulları arasında qarşılıqlı bir düşmənçilik var idi.[37] İbn Səudun xilafəti dirçəltmək və özünü xəlifə elan etmək istəyindən şübhələndiyi Misir kralı Əhməd Fuadla münasibətlərini isti adlandırmaq mümkün deyildi. 1934-cü ilin fevralında İbn Səud Yəmən-Səudiyyə sərhədinin demarkasiyası səbəbi ilə Yəmən İmamı ilə müharibəyə başladı. Hərbi əməliyyatlar həmin ilin mayında sülh müqavilənin imzalanmasından sonra sona çatdı. İki il sonra dövlətlərarası sərhəd faktiki olaraq müyyən olundu. Sərhəd problemləri Ərəbistan yarımadasının şərq hissəsində də İbn Səudun 1933-cü ildə ABŞ-nin Kaliforniya Chevron Corporation şirkətinə neft güzəşti verdikdən sonra da mövcud olmuşdur.[38] Qonşu Britaniya protektoratları və mülkləri - Qətər, razılaşdırılmış Oman, MaskatOman və Ədən Şərqi Protektoratı ilə sərhədlərin müəyyənləşdirilməsinə dair Britaniya imperiyası ilə aparılan danışıqlar uğursuz nəticələndi.[39][40]

Səudiyyə-Yəmən müharibəsi

[redaktə | mənbəni redaktə et]
Kral Əbdüləziz (oturmuş) oğulları ilə birlikdə Şahzadə Faysal (solda) və Şahzadə Səud (sağda) 1950 -ci illərin əvvəllərində

1932-ci ildə Əsirin keçmiş əmiri əl-İdrisi əmirliyin Səudiyyə Ərəbistanından ayrılaraq müstəqilliyini elan etdi. Əsir qiyamı yatırıldıqdan sonra əl-İdrisi Yəmənə qaçdı. 1933-cü ilin martında Yəmən kralı Yəhya və kral Əbdüləzizin nümayəndələri əl-İdrisinin hakimiyyətinin bərpa olunmasını müzakirə etmək üçün görüşdülər. Ancaq Əbdüləziz Şimali Əsirin ona verilməsini və əl-İdrisinin ailə üzvlərinin geri qaytarılmasını tələb etdi. Səudiyyə-yəmən danışıqlıqları 1932-ci ilin sonları — 1933-cü ilin əvvəllərində dayandırıldı. Mübahisəyə Nacran vilayəti səbəb oldu. Buradan Əsirə yol gedirdi. Yəmən Nacran vilayətini ələ keçirərək Əsirdən Necdə gedən yolu bağlayır. Yəmən qoşunları Nacranın bir necə yaşayış məntəqəsini tutaraq vilayətin daxilinə irəliləyirlər. Səudiyyə nümayəndə heyətinin üzvləri də Sənada əsir alınırlar. Bununla 2934-cü ildə Səudiyyə-Yəmən müharibəsi başlayır. 1934-cü ilin fevral ayında baş verən döyüş əməliyyatları zamanı Səudlar Əsirin cənubunu və Tihamanın bir hissəsini işğal edirlər. Səudiyyə qoşunlarında daha müasir silah və nəqliyyat vasitələri var idi. İkinci cəbhədə Səudiyyə Ərəbistan qüvvələri Nacranı işğal edərək Sənanın əsas mərkəzinə doğru irəlilədilər. Qərb dövlətləri Hudeydəyə və Səudiyyə sahillərinə döyüş gəmiləri göndərmək məcburiyyətində qaldılar. Qahirədəki Ərəb Birliyi danışıqlar üçün vasitəçiliyini təklif etdi. Çətin vəziyyətdə olan Yəmən danışıqlar təklifini qəbul etməyə məcbur qaldı. 1934-cü ilin mayında Əl-Taifdə Səudiyyə-Yəmən sülh müqaviləsi imzalandı.[41][42] The last Saudi troops left Yemen on 7 July.[43] Sülhə görə Nacran və Əsirin bir hissəsi Ərəbistanın tərkibində qaldı. Səudiyyə qüvvələri Yəməndən çıxarıldı.[44] Uğurlu döyüş əməliyyatları Səudiyyə Ərəbistanının beynəlxalq aləmdə etibarını əhəmiyyətli dərəcədə artırdı.[45]

Neftin kəşfi və krallığın sərvətinin artması

[redaktə | mənbəni redaktə et]

1933-cü ildə Kral İbn Səud Amerika neft şirkətlərinə neftin axtarışı və istehsalı üçün güzəştlər verdi. Ərəbistanın ərazisində böyük "qara qızıl" ehtiyatlarının olduğu ortaya çıxdı. 1938-ci ildə Səudiyyə Ərəbistanında nəhəng neft yataqları kəşf edildi. Kral yataqları işlətmək üçün əsas hüquqları Saudi Aramco şirkətinə verdi. Hasil olunan neftin böyük bir hissəsi ABŞ-yə, ondan əldə olunan gəlirin demək olar ki, hamısı birbaşa kral ailəsinə gedirdi. Buna baxmayaraq mənfəət durmadan artırdı və pul dövlət xəzinəsinə daxil olurdu. Neftin kəşfindən əvvəl Səudiyyə Ərəbistanı çox kasıb ölkə sayılırdı. Ancaq yataqların istismarı nəticəsində krallığın gəlirləri çox sürətlə artdı. Xüsusən müharibədən sonrakı ilk illərdə, təkcə 1945-1952-ci illərdə büdcə gəlirləri 5 milyondan 212 milyon dollara qədər yüksəldi.[46] Beləliklə Səudiyyə Ərəbistanı Yaxın Şərqin ən zəngin dövləti oldu. Neftin satışı Əbdüləzizin 1952-ci ildə 200 milyon ABŞ dolları olduğu təxmin edilən böyük bir sərvət qazanmasına imkan verdi.[47] İkinci Dünya müharibəsi zamanı bitərəf qaldı. Yəhudi dövlətinin yaradılmasına qarşı ərəblərin mübarizəsinə rəhbərlik etdi və Ərəb Birliyinin liderlərindən biri oldu.

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
İbn Səud "Kuinsi" kreyserində ABŞ Prezidenti Franklin D. Ruzveltlə (sağda) danışıqlar aparır. 14 fevral 1945-ci il

İkinci Dünya müharibəsinin başlaması Əl-Hasa neft yataqlarının genişmiqyaslı işlənməsinə mane oldu, lakin İbn Səudun gəlir itkisinin bir hissəsi İngiltərə, sonra da ABŞ yardımı ilə ödənildi. Müharibə zamanı Səudiyyə Ərəbistanı Almaniya (1941) və İtaliya (1942) ilə diplomatik əlaqələrini kəsdi, ancaq demək olar ki, müharibə bitənə qədər bitərəf qaldı. Yalnız 28 fevral 1945-ci ildə AlmaniyaYaponiyaya rəsmi olaraq müharibə elan etdi. Müharibənin sonunda və xüsusilə də ondan sonra Amerikanın Səudiyyə Ərəbistanındakı təsiri artdı. 1 May 1942-ci ildə Ciddə şəhərində Kiçik James S.Mouzun başçılıq etdiyi ABŞ diplomatik nümayəndəliyi açıldı.

1943-cü ildən etibarən Ciddə diplomatik paytaxt kimi tanınır.[48] 1943-cü ildə bir ABŞ elçisi Ər-Riyada gəldi və bununla da 1933-cü ildə qurulan ABŞ ilə diplomatik əlaqələrin səviyyəsini yüksəltdi. Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanına Lend-liz aktını tətbiq etdilər. 1944-cü ilin fevral ayının əvvəllərində Amerika neft şirkətləri Dəhrandan Livanın Sayda limanına qədər Trans-Ərəb neft boru kəmərinin inşasına başladılar. 1944-cü ildə Dahranda Amerika Baş Konsulluğu açıldı.[49] Eyni zamanda, Səudiyyə Ərəbistanı hökuməti, ABŞ-nin Yaponiyaya qarşı müharibə üçün lazım olan Dahranda böyük bir Amerika hava qüvvələri bazasının inşasına icazə verdi.

Yalta konfransından sonra ABŞ prezidenti Franklin Ruzveltin başçılıq etdiyi ABŞ heyəti Misirə uçdu, burada onu "Kuinsi" ağır kreyseri gözləyirdi. 14 fevralda Prezident Ruzvelt bu gəmidə İbn Səudu qəbul etdi. Amerika prezidentinin oğlu Elliot Ruzvelt, xatirələrində, ilk dəfə krallığını xüsusi olaraq Ruzveltlə görüşmək üçün tərk edən bu ərəb hökmdarı ilə atasının danışıqlarının təsvirini yazmışdı. İbn Səud üçün ABŞ kreyserinin göyərtəsində səhra çadırı quruldu. Kreyserin göyərtəsində, ABŞ Prezidenti Franklin Ruzvelt və Səudiyyə Ərəbistanı Kralı İbn Səud, "Kuinsi Paktı" olaraq bilinən, ABŞ-nin Səudiyyə yataqlarının işlənməsi üzərində inhisarçı olması haqqında müqavilə imzaladılar. Pakta əsasən, ABŞ yataqları kəşf etmək, işlətmək və Səudiyyə neftini almaq üçün müstəsna hüquqlar aldı və bu da Səudilərin hər hansı bir xarici təhdiddən qorunmasını təmin etdi.[50][51]

Hərbi qüvvələr

[redaktə | mənbəni redaktə et]

1953-cü ildə İbn Səudun ölümünə qədər ordu patriarxal qəbilə xarakterini qorudu. 1944-cü ildə yaradılan Müdafiə Nazirliyi, 1947-ci ilə qədər fəaliyyət göstərmədi və silahlı qüvvələrin qəbilə quruluşunda heç nə dəyişmədi, yalnız bir növ müasir görünüş yaratdı.

Neft dollarları, İbn Səudun 1952-1953-cü illərdə bütün daxilolmaların 53%-ni təşkil edən hərbi və təhlükəsizlik ehtiyacları üçün əhəmiyyətli miqdarda pul xərcləməsinə imkan verdi.

İlk dəmiryolu

[redaktə | mənbəni redaktə et]

1951-ci ildə krallığın ilk dəmir yolu açıldı və Ər-Riyadı Fars körfəzi sahilləri ilə birləşdirdi.

Xəstəlik və ölümü

[redaktə | mənbəni redaktə et]

Ömrünün son illərində kral yarı kor idi, ürək xəstəliyindən və artritdən əziyyət çəkirdi. 1953-cü ilin oktyabrında vəziyyəti pisləşdi. 9 Noyabr 1953-cü ildə Əl-Taifdə infarkt keçirərək yuxuda öldü.[52] Ər-Riad şəhərində, bacısı Nura Bin Əbdürrəhman Əl Səudun yanında dəfn edildi.

Səudiyyə Ərəbistanının hazırkı gerbi

Əbdüləziz Səudiyyə kral sülaləsinin qurucusu oldu. Ondan sonra çoxsaylı arvadlarından 45 qanuni oğlu qaldı. Onların arasında Səudiyyə Ərəbistanının ondan sonra hökmranlıq edən bütün kralları (taxt ümumiyyətlə qardaşdan qardaşa keçir) var idi. Əbdüləzizin ölümündən sonra oğlu Səud kral oldu.

Hal-hazırda Səud ailəsi o qədər çoxdur ki, (5-7 min şahzadə-əmir), nümayəndələri ölkənin bütün dövlət və iqtisadi həyatına nüfuz edirlər. Səudilərin hakim qrupu güc funksiyalarını yerinə yetirir, daxili və xarici siyasətdə əsas istiqaməti müəyyənləşdirir, iqtisadiyyatın və sənayenin inkişafında, neft və qazın əsasını təşkil edən milli iqtisadiyyatın dövlət sektorunu idarə etməkdə ortaya çıxan problemləri həll edir. Kral Əbdüləzizin bir neçə oğlu milyarderdir.[53].

Hazırda Səudiyyə Ərəbistanının kralı oğlu Salmandır. Salmanla yanaşı, kral Əbdüləzizin daha 5 oğlu sağdır:

  • Şahzadə Əbdül-İlah (1939-cu il təvəllüdlü) — Əl-Qasim əyalətinin valisi (1980-1992), Əl-Cəvf əyalətinin valisi (1998-2001), 2008-ci ildən nazir rütbəsində Kralın xüsusi müşaviri;
  • Şahzadə Mamduh (1940-cı il təvəllüdlü) — Tabuk əyalətinin valisi (1986-1987), Səudiyyə Strateji Araşdırmalar Mərkəzinin direktoru (1994-2004);
  • Şahzadə Əhməd (1942-ci il təvəllüdlü) — Məkkə əyaləti valisinin müavini (1971-1975), daxili işlər nazirinin müavini (1975-2012), daxili işlər naziri (18 iyun-5 noyabr 2012);
  • Şahzadə Məşhur (1942-ci il təvəllüdlü) — vəliəhd Məhəmməd ibn Salmanın qayınatası;
  • Şahzadə Mukrin (1945-ci il təvəllüdlü) — Hail əyalətinin valisi (1980-1999), El Mədinə əyalətinin valisi (1999-2005), xarici kəşfiyyat xidmətinin baş direktoru (2005-2012), vəliəhd şahzadə və baş nazirin müavini (23 yanvar - 29 aprel 2015.

Həyatı haqda faktlar

[redaktə | mənbəni redaktə et]

Jan-Jak Annonun rejissoru olduğu "Qara Qızıl" filmi, XX əsrin əvvəllərində mövcud olmayan iki böyük əmirlik - Salmaax və Hobeyki (Nəcd və Hicazın analoqları) arasındakı mübarizədən bəhs edir. Nəticədə əmirlərdən birinin gənc varisi Audanın himayəsi altında Ərəbistan yarımadasının ərazisi (açıq şəkildə Səudiyyələrə istinad) birləşdirilir, vahid ölkə yaradılır. O, həmçinin Amerika mədən şirkətlərinin zəngin neft yataqlarına daxil olmasına da imkan verir. Auda obrazı böyük ölçüdə Kral Əbdüləziz şəxsiyyətinə istinad edilib. Audanı Əlcəzair əslilli fransız aktyor Tahar Rahim canlandırıb.[54]

Əbdüləzizin ingilislərin köməyi ilə Osmanlı imperiyasına qarşı apardığı mübarizəni "Ərəbistanlı Lourens" filmində görmək olar.[55]

  1. His birthday has been a source of debate. It is generally accepted as 1875, although a few sources give it as 1880. According to British author en:Robert Lacey's book The Kingdom, a leading Saudi historian found records that show Abdulaziz in 1891 greeting an important tribal delegation. The historian reasoned that a nine or ten-year-old child (as given by the 1880 birth date) would have been too young to be allowed to greet such a delegation, while an adolescent of 15 or 16 (as given by the 1875 date) would likely have been allowed. When Lacey interviewed one of Abdulaziz's sons prior to writing the book, the son recalled that his father often laughed at records showing his birth date to be 1880. Abdulaziz's response to such records was reportedly that "I swallowed four years of my life." p. 561"
  2. "King Abdul Aziz family tree". Geocities. 28 August 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 August 2013.
  3. History of Arabia // Encyclopædia Britannica Online. 3 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 April 2014.
  4. "The kings of the Kingdom". Ministry of Commerce and Industry. 22 October 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 July 2012.
  5. David W. Del Testa, redaktorSaūd, Abdulaziz ibn // Government Leaders, Military Rulers, and Political Activists. Westport, CT: Oryx Press. 2001. səh. 165. 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.Questia  vasitəsilə   (abunə tələb olunur)
  6. 1 2 Jacob Goldberg. The Foreign Policy of Saudi Arabia. The Formative Years. Harvard University Press. 1986. səh. 30-33. doi:10.4159/harvard.9780674281844.c1. ISBN 9780674281844. 2021-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.
  7. Mordechai Abir. "The Consolidation of the Ruling Class and the New Elites in Saudi Arabia". Middle Eastern Studies. 23 (2). April 1987: 150–171. doi:10.1080/00263208708700697. JSTOR 4283169.
  8. Fahd Al Semmari. "The King Abdulaziz Foundation for Research and Archives". Middle East Studies Association Bulletin. 35 (1). Summer 2001: 45–46. doi:10.1017/S0026318400041432. JSTOR 23063369.
  9. "King Abdulaziz' Noble Character" (PDF). Islam House. 23 December 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 April 2012.
  10. "نورة بنت عبد الرحمن.. السيدة السعودية الأولى". Al Bayan (ərəb). 24 May 2020. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2020.
  11. Alexei Vassiliev. King Faisal: Personality, Faith and Times. Saqi. 1 March 2013. səh. 12. ISBN 978-0-86356-761-2. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2021.
  12. Christopher Keesee Mellon. "Resiliency of the Saudi Monarchy: 1745-1975" (Master's Project). The American University of Beirut. Beirut. May 2015. 10 November 2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 January 2021.
  13. Bilal Ahmad Kutty. Saudi Arabia under King Faisal (PDF) (Tezis). Aligarh Muslim University. 1997. səh. 52. 17 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 April 2021.
  14. Wallace Stegner. "Discovery! The Search for Arabian Oil" (PDF). Selwa Press. 2007. 20 October 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 April 2012.
  15. 1 2 Mohammad Zaid Al Kahtani. The Foreign Policy of King Abdulaziz (PDF) (Tezis). University of Leeds. December 2004. 12 October 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 July 2013.
  16. Joel Carmichael. "Prince of Arabs". Foreign Affairs. July 1942. 2018-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  17. 1 2 3 4 5 6 7 Lawrence Paul Goldrup. Saudi Arabia 1902 - 1932: The Development of a Wahhabi Society (Tezis). University of California, Los Angeles. 1971. səh. 25. {{:en:ProQuest|302463650}}. İstifadə tarixi: 10 May 2021.
  18. William Ochsenwald. The Middle East: A History. McGraw Hill. 2004. səh. 697. ISBN 978-0-07-244233-5.
  19. Current Biography 1943, pp. 330–334
  20. Peter Sluglett. "The Resilience of a Frontier: Ottoman and Iraqi Claims to Kuwait, 1871-1990". The International History Review. 24 (4). December 2002: 792. JSTOR 40111134. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  21. Abdulkarim Mohamed Hamadi. Saudi Arabia' Territorial Limits: A Study in Law and Politics (PhD) (Tezis). Indiana University. 1981. səh. 60. 20 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2021.
  22. WorldStory.ru — история стран мира Arxivləşdirilib 2014-01-08 at the Wayback Machine (ing.)
  23. 1 2 Gerd Nonneman. "Saudi–European relations 1902–2001: a pragmatic quest for relative autonomy". International Affairs. 77 (3). 2002: 638. doi:10.1111/1468-2346.00211. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
  24. Robert Wilson and Zahra Freeth. (1983). The Arab of the Desert. London: Allen & Unwin. pp. 312–13. Print.
  25. John C. Wilkinson. (1993). Arabia's Frontiers: the Story of Britain's Boundary Drawing in the Desert. London u.a.: Tauris, pp. 133–39. Print
  26. Саудовские завоевания на Аравийском п-ове 1900—1930 гг Arxiv surəti 8 may 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-05-08 at the Wayback Machine
  27. Anthony B. Toth. "Control and Allegiance at the Dawn of the Oil Age: Bedouin, Zakat and Struggles for Sovereignty in Arabia, 1916–1955". Middle East Critique. 21 (1). 2012: 66. doi:10.1080/19436149.2012.658667.[ölü keçid]
  28. Clive Leatherdale. Britain and Saudi Arabia, 1925-1939: The Imperial Oasis. Psychology Press. 1983. səh. 9. ISBN 978-0-7146-3220-9. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  29. Alexander Blay Bligh. Succession to the throne in Saudi Arabia. Court Politics in the Twentieth Century (Tezis). Columbia University. 1981. səh. 56. 30 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2021.
  30. "Саудівська Аравія / Реферати по географії — завантажити реферат, банк рефератів, реферати". 2008-06-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  31. Abdullah F. Alrebh. "Covering the Building of a Kingdom: The Saudi Arabian Authority in The London Times and The New York Times, 1901–1932". DOMES: Digest of Middle East Studies. September 2015.
  32. "middle east. ЭВОЛЮЦИЯ СОЦИАЛЬНО-ПОЛИТИЧЕСКИХ СТРУКТУР САУДОВСКОЙ АРАВИИ В ХХ ВЕКЕ". www.middleeast.org.ua. 2012-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-31.
  33. Odah Sultan. Saudi–American Relations 1968–78: A study in ambiguity (PDF) (Tezis). Salford University. 1988. 12 October 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 April 2012.
  34. Mai Yamani. "From fragility to stability: a survival strategy for the Saudi monarchy" (PDF). Contemporary Arab Affairs. 2 (1). January–March 2009: 90–105. doi:10.1080/17550910802576114. 16 September 2013 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  35. "Murabba Palace Historical Centre". Simbacom. 19 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 July 2013.
  36. "Rebirth of a historic center". Saudi Embassy Magazine. Spring 1999. 7 August 2013 tarixində orijinalından arxivləşdirilib.
  37. المجلة المصرية نون. "المجلة المصرية نون – سيرة حياة الأمير المناضل راشد الخزاعي". Noonptm. 11 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 October 2011.
  38. Daniel Yergin. The Prize, The Epic Quest for Oil, Money & Power. New York: Touchstone. 1991. 289–292, 300. ISBN 9780671799328.
  39. "Военная Литература. Общая история. Краткая компилятивная история стран мира". 2012-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  40. "Саудовская Аравия: история и современность". en:NEWSru. 2004-12-06. 2012-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-12.
  41. "Saudi and Yemen - 20-year treaty". 1934-06-16. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  42. "Arabian Affairs. Treaty Ready". 1934-06-16. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  43. "Saudi-Yemen situation". British Consulate-General. 7 July 1934. 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2021.
  44. "Peace Negotiations in Arabian War". 1934-05-14. 2024-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  45. "King of Arabia does not want conquest of Yemen". 1934-05-17.
  46. Ас-Самак А. И. Фейсал и внешняя политика Королевства Саудовская Аравия. Диссертация на соискание учёной степени кандидата исторических наук. М., 2014. — С. 25 — 26. Режим доступа: http://ivran.ru/obyavleniya?artid=4017 Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  47. "Саудовская Аравия — информация о стране — ТурФайндер.ру". 2013-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  48. Военно-политический аспект американо-саудовских отношений в 1942—1945 гг. Вопросы истории и политики: взгляд молодых исследователей: сб. научных статей / под ред. А. В. Сергеева. — Киров: Изд-во ВятГГУ, 2011. С. 41.
  49. Дербенёв А. Вашингтон-Эр-Рияд: у истоков дипломатических отношений // Вестник Российского университета дружбы народов. Серия: Международные отношения. — 2013. — № 2. — С. 107—114.
  50. Франклин Рузвельт Arxiv surəti 2 aprel 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
  51. «Деловая неделя»: Происки во имя нефти " Бизнес Новости RosInvest.Com[ölü keçid]
  52. "Warrior King Ibn Saud Dies at 73". The West Australian. 10 November 1953. 13 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 April 2013.
  53. О современной элите в Саудовской Аравии Arxivləşdirilib 2014-01-10 at the Wayback Machine arabinform.com
  54. "Black Gold (2011) (2011)". Boxofficemojo.com. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.
  55. "Lawrence of Arabia (1962)" Arxiv surəti 27 mart 2019 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 27 mart 2019 at the Wayback Machine, en:Encyclopædia Britannica Online.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]