Əbukir döyüşü (1799)
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əbukir döyüşü (1799) | |||
---|---|---|---|
Misir ekspedisiyası | |||
Tarix | 25 iyul 1799 | ||
Yeri | Əbukir burnu, Misir | ||
Nəticəsi | Fransızların parlaq qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Əbukir döyüşü — 25 iyul 1799-cu ildə general Napoleon Bonapartın başçılığı ilə 11 000 nəfərlik fransız qoşunu ilə 18 000 nəfərlik Osmanlı qoşunu arasında Misirin Əbukir burnunda baş verən döyüş. Türk qoşunları Əbukir burnuna fransızların Misirdən çıxarılmasında Osmanlıya dəstək verən Böyük Britaniya donanmasına məxsus gəmilərlə, admiral Sidni Smitin rəhbərliyi altında gətirilmişdilər.
Napoleon 10 000 piyada və 1 000 süvari ilə döyüşə girərək Osmanlı qoşunlarını məğlub edir və 2 avqustda Əbukir yenidən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə Britaniya donanması tərəfindən məruz qaldığı biabırçı məğlubiyyətin əvəzini çıxmış olur.
Döyüşdən əvvəl
[redaktə | mənbəni redaktə et]Napoleon Bonapart 1798-ci ilin payızında Misir ekspedisiyası zamanı bu torpaqları işğal etdikdən sonra faktiki olaraq bu yerlərin hökmdarına çevrilir. 1799-cu ildə o, Suriyanı ələ keçirmək üçün Misiri tərk edir.[1] İngilislərin köməyinə arxalanan türklər vəziyyətdən istifadə edərək Misiri geri almaq üçün Seyid Mustafa Paşanın başçılığı altında 18 000 nəfərlik ordunu 14 iyulda ingilis gəmiləri ilə Əbukir burnundan Misir sahillərinə çıxarırlar və 16 iyulda əraziyə sahib olurlar. İrəliləməkdən çəkinərək müdafiə mövqeyi tutmağı qərara alırlar. Buna qarşı Napoleon Bonapart Fələstindən geri dönməyi və 11 000 nəfərlik ordu ilə Əbukir uğrunda döyüşə girməyi qərara alır.
Döyüşün gedişi
[redaktə | mənbəni redaktə et]İki saatlıq hazırlıqdan sonra hər iki tərəf artilleriya duelinə başlayır. Fransız generalı Mürat İoahim hər biri üç yüngül topa malik dörd eskadriliyadan ibarət ikicərgəli atlı süvarisini irəli yeridir. Birinci süvari cərgəsi türklərin qərar tutduğu təpələrin arasına istiqamət götürür və bu zaman türk atıcıları onları hər iki tərəfdən güllə-borana məruz qoyurlar. Lakin süvarilərin arxasınca müşayiət edən yüngül toplar atəş açmağa başladıqda, türklər çaxnaşmaya düşərək müqavimət qabiliyyətlərini itirirlər.
Generallar Lann və Desten vaxtında bunu görərək təpələrə hücuma keçərək onları tuturlar. Türklər dərəyə endikdə burada onları süvarilər qarşılayır. Beləliklə, türklər dənizə qısılırlar. Canlarını qurtarmaq üçün yeganə ümidləri dəniz olan türklər özlərini dalğaların qucağına atırlar. Onlar üzərək gəmiyə yetişməyə can atsalar da əksəriyyəti dənizdə batır. Türk ordusunun mərkəzinin ön cərgəsi cinahlara kömək etmək istədikdə general Mürat məharətlə onları mühasirəyə salır. Artıq döyüşün ilk saatında türklərin itkisi min nəfərlərlə ölçülür. Qalibin əlinə 18 top, 30 sursat qutusu və 50 bayraq keçir. Fransızların türklərin ikinci cərgəsinə hücumu üçün əlverişli şərait yaranır. Mustafa Paşa əhatəsindəki əsgərlərlə birlikdə hücuma keçmiş fransızlara qarşı vuruşarkən general Myurat tərəfindən başından ağır yara alır. Güllə onun bir yanağından girib çənə və dişləri zədələmədən digərindən çıxır. Bundan sonra Paşa minlərlə döyüşçüsü ilə təslim olur. Osmanlıların 3 boncuğu, 100 bayrağı, 32 səhra topu, 120 sursat qutusu, 400 atı döyüş meydanında qalır.
Döyüşün bitməsi
[redaktə | mənbəni redaktə et]Fransızlar osmanlı türk ordusunu darmadağın edərək mütləq qələbə qazandılar. Bu döyüşdə fransızların itkisi 200 ölü və 550 yaralıdan ibarət olmuşdur. Türklər isə demək olar ki, bütün ordunu itirdilər. Onlardan 2 000 nəfər döyüş meydanında ölmüş, təxminən 4 000 nəfər suda batmış, 1 000 nəfərə yaxın döyüşdə aldığı yaralar nəticəsində ölmüş, 1 500 nəfər isə əsir götürülmüşdür. Bu qələbə fransızların 1802-ci ilə kimi Misirdə mövqelərini saxlamasına imkan vermişdir. Lakin Amyen sülhünə əsasən 1802-ci ildə Fransa ərazidən çəkilməli olmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Durant 1975, p. 113.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Connelly, Owen. 2006. Blundering to Glory: Napoleon's Military Campaigns. MD: Rowman and Littlefield.