Əfqanıstan–Türkmənistan münasibətləri
Əfqanıstan–Türkmənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
Əfqanıstan–Türkmənistan münasibətləri — Türkmənistan və Əfqanıstan arasındakı mövcud ikitərəfli münasibətlər. İki ölkə arasında diplomartik əlaqələr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 804 km[1]-dir. Türkmənistanın Lebap və Marı vilayətləri Əfqanıstanla sərhədə malikdir. Türkmən dili Əfqanıstanda regional dil statusuna sahibdir. Əfqanıstanda türkmən icması yaşayır. Onların sayı 1 milyon olması ehtimal edilir. Bu isə ölkə əhalisinin 2-3 %-ni təşkil edir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Türkmənistan Respublikası və Əfqanıstan İslam Respublikası arasında diplomatik əlaqələr 21 fevral 1992-ci ildə qurulmuşdur. Hər iki ölkənin ərazisi Səmidlər, Qəznəvilər və Teymurilər adlı imperiyaların tərkibində olmuşdur. 1750-ci ildə əfqan Əhməd xan Abdali və Buxara hökmdarı Məhəmməd Murad Bəy arasında anlaşma imzalanır. Burada Amudərya çayı iki ölkə arasında sərhəd olaraq müəyyən edilir. 11 iyul 2007-ci ildə iki ölkə arasaıında iki kilometrlik yol bərpa edilir. Yolun bərpasına hər iki ölkə 550 min dollar xərcləmişdir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Əfqanıstana illərlə davam edən vətəndaş müharibəsinin nəticələrinin aradan qaldırılmasında yardım edəcəyini bildirmişdir[2]. 2017-ci ilin 14-15 noyabr tarixində Aşqabadda Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlığın (RECCA) 7-ci konfransı keçirilmiş, Əfqanıstan tərəfi üçün xüsusi əhəmiyyət kəsb edən və Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat və ticarət dəhlizinin işə düşməsini nəzərdə tutan “Lapis Lazuli” sazişi imzalanmışdır[3].
Diplomatik misiyalar
[redaktə | mənbəni redaktə et]Türkmənistanın Əfqanıstan İslam Respublikasında səfirliyi fəaliyyət göstərir (Kabul). Üstəlik Herat və Məzari-Şərif şəhərində konsulluğa sahibdir[4].
Əfqanıstan İslam Respublikasının Türkmənistanın Aşqabad şəhərində səfirliyə sahibdir. Əfqanıstanın Türkmənistandakı Fövqəladə və Səlahiyyətli səfiri - Məhəmməd Fazil Seyfi[5].
Türkmənistan səfirliyi
[redaktə | mənbəni redaktə et]Türkmənistanın Əfqanıstan İslam Respublikasında səfirliyi (Kabul ş.) 11 mart 2002-ci ildə açılmışdır. Səfirliyin yerləşdiyi ünvan: Kabul, st. Wazir Akbar Khan, 13/3.
2012-ci ilin iyulundan Türkmənistanın Əfqanıstan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hemra Toqalakovdur.
Səfirlər
[redaktə | mənbəni redaktə et]Amanməməd Yaranov (2002—2007)
Atacan Movlamov (24.04.2008 — 26.06.2012)
Hemra Toqalakov (26.06.2012 — h.h.)
Əfqanıstan səfirliyi
[redaktə | mənbəni redaktə et]Səfirlər
[redaktə | mənbəni redaktə et]Şahmərdankul (2000—2003)
Abdul Kərim Xaddam (2003—2009)
Məhəmməd Fazil Sayfi (2009—2016)
Mirvays Hab (2016(2016 — h.h.)
TƏPH qaz kəməri — uzunluğu 1,735[6] km olacaq qaz kəməri. Qaz kəməri Türkmənistan qazını Əfqanıstan, Pakistandan keçməklə Hindistana çatıracaqdır. Layihənin illik gücü 33 mlrd m³ olaraq düşünülür[7]. Layihənin dəyəri 7,9 mlrd dollar olaraq qiymətləndirilir[8]. layihənin gerçəkləşdirilməsinə 2017-ci ildə başlanılmışdır[9].
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "The World Factbook". 2017-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Afghan rebuild underway - Railway Gazette". 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ [ashgabat.mfa.gov.az/news/4/3046 Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyi]
- ↑ "Туркменистан за рубежом". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Türkmənistandakı səfirlik". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Презентация проекта газопровода ТАПИ состоится осенью в Сингапуре, Нью-Йорке и Лондоне". 2015-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Газопровод ТАПИ предложено достроить до России через Казахстан". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Слишком крутой маршрут". 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
- ↑ "Туркмения, Афганистан, Пакистан и Индия эТАПИруют газ мимо России". 2013-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.