Əliabbas Qədirov
Əliabbas Qədirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Leykemiya xəstəliyi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | Aktyor |
Mükafatları | |
eliabbasqedirov.az |
Əliabbas Gülabbas oğlu Qədirov (13 fevral 1946, Bakı – 8 mart 2006, Bakı) — Azərbaycanlı aktyor, Azərbaycan SSR xalq artisti (1989).[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əliabbas Gülabbas[3] oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub. Bakıdakı 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq göstərib. "Dəmiryolçular" klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram kollektivinin üzvü olub. Romantik, monumental tamaşalarda rollar oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib.
O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar artist, qiraət ustası Müxlis Cənizadə olub.
Tələbəlik illərində institutun tədris teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının "Aydın" (Surxay), Hüseyn Cavidin "Azər", Afanasi Salinskinin "Təbilçi qız" (Fyodr) əsərlərinin tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi Hüseyn Cavidin "Xəyyam" faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 6-dan Milli Dram Teatrının aktyoru olub. Məşhur aktyor 26 dekabr 2001-ci ildə teatrın bədii rəhbəri və direktoru təyin edilib.
Əliabbas Qədirov 1970-ci ildən Milli Dram Teatrında oynadığı rolları zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər:
- Yusif. "Xəyyam", Hüseyn Cavid.
- Pronya. "Zamanın hokum", Nikolay Poqodin.
- Xosrov. "Küləklər", Sabit Rəhman.
- Vəli. "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə.
- Givi. "Darıxma, ana!", Nodar Dumbadze.
- Leytenant və Nicat. "Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev.
- İlyas. "Aydın", Cəfər Cabbarlı.
- Fateh. "Yol ayrıcında", İslam Səfərli.
- Qlumov. "Müdriklər", Aleksandr Ostrovski.
- Kürd Musa və Vaqif. "Vaqif", Səməd Vurğun.
- Fotoqraf. "Şöhrət və ya unudulan adam", Nazim Hikmət.
- Alman oğlu. "İnsan", Səməd Vurğun.
- Məğrur. "Əks-səda", Nəbi Xəzri.
- Coşqun. "Kölgələr pıçıldaşır", Seyfəddin Dağlı.
- Balaağa. "Vəkil neyləsin…", Ramiz Fətəliyev.
- Şərif. "Məhəbbət əfsanəsi", Nazim Hikmət.
- Daşqın. "Yollara iz düşür", İslam Səfərli.
- Balaş. "Sevil", Cəfər Cabbarlı.
- Bəhram. "Fitnə", Abdulla Şaiq.
- Seyid Hüseyn. "Xurşid banu Natəvan", İlyas Əfəndiyev.
- Vasif. "İblis", Hüseyn Cavid.
- Rəşad. "Kimdir haqlı?," Bəxtiyar Vahabzadə.
- Həbib. "Büllur sarayda", İlyas Əfəndiyev.
- Toral. "Qarabağ əfsanəsi", Qeybulla Rəsulov.
- Diş həkimi. "Biganələr hoteli", Rüstəm İbrahimbəyov.
- Qazan xan. "Torpağa sancılan qılınc", Nəbi Xəzri.
- Şirzad. "Şeyx Xiyabani", İlyas Əfəndiyev.
- Mirzə Şəfi. "Mənsiz dünya", Nəbi Xəzri.
- Dan. "Tufandan əvvəl", Arif Süleymanov.
- Kamran. "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev.
- Mircəfər Bağırov. "Sevgililərin cəhənnəmdə vüsalı", İlyas Əfəndiyev.
- Kərim bəy. "Tənha iydə ağacı", İlyas Əfəndiyev.
- Tərlan. "Sənsiz", Şıxəli Qurbanov.
- Misirxanov. "Əcəb işə düşdük", Şıxəli Qurbanov.
- Qraf Qloster. "Kral Lir", Vilyam Şekspir.
- İbrahim xan. "Hökmdar və qızı", İlyas Əfəndiyev.
- Qara xaqan. "Özümüzü kəsən qılınc" ("Göytürklər"), Bəxtiyar Vahabzadə.
- Ənvər. "Ulduz, yaxud Ədirnə fəthi", Cəfər Cabbarlı.
- Nostradamus. "Hələ "sevirəm" deməmişdilər…", Ramiz Novruz.
Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, uzun illər əvvəlcə gənclər üçün "Məşəl", sonralar əyləncə xarakterli "Komediyalar aləminə səyahət" verilişlərinin aparıcısı olmuşdur. Onun oynadığı tamaşaların bir qismi televiziyanın "Qızıl fond"una daxildir. Onlardan Süleyman Sani Axundovun "Laçın yuvası" (Cahangir), Məmməd Muradın "Təkan" (Dilqəm), İlyas Əfəndiyevin "Atayevlər ailəsində" (Cahangir), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" (Fərhad), Mar Bayciyevin "Duel" (İsgəndər), Dazortsevin "Qəbula gələn sonuncu adam" (Kişi) əsərlərinin teletamaşalarında Əliabbas Qədirovun yaradıcılığının daha parlaq şəkildə təcəssümünü görürük.
Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük uğurlar qazanıb. Hətta o məhz kinorejissor Eldar Quliyevin çəkdiyi "Sevinc buxtası" iki seriyalı bədii filmindəki Nazim roluna görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə "Azərbaycanfilm"də "Xatirələr sahilində" (İmran), "Nəğmə dərsi" (Ata), "Nə yaxşı ki, Səməd Vurğun var" (Vaqif), "Bizim evin kişisi" (Mansur), "Qızıl uçurum" (Cəlil), "Qocalar" (Fəriz), "Babək" (Fəzl), "Dənizdən işarə" (Sultanov), "Sevinc buxtası" (Nazim) kimi kinolentlərinə çəkilib.
Vaxtilə rejissor Hüseyn Seyidzadənin çəkdiyi eyniadlı filmdə Qatır Məmməd rolunu məharətlə ifa edib. Lakin Moskva "millətçi" ruhuna görə o filmin ekrana çıxmasına icazə verməyib.
2006-cı ildə martın 8-də xalq artisti, "Şöhrət" ordeni laureatı, Azərbaycan Dövlət Akademik Dram teatrının bədii rəhbəri Əlabbas Qədirov 60 yaşında leykemiya xəstəliyindən (ağ qan xərçəngi) vəfat edib. İkinci Fəxri Xiyabanda dəfn edilib.[4]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti
- 17 may 1989-cu ildə isə xalq artisti fəxri adı
- 2006-cı ildə "Şöhrət" ordeni[6]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Ağasadıq Gəraybəyli (film, 1974)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-səsləndirən: Vladimir Tişkov (Anatoli Katenyov)
- Atayevlər ailəsi (film, 1978) – rol: Cahangir
- Babək (film, 1979) – rol: Fəzl
- Bakıda küləklər əsir (film, 1974)
- Bir ailəlik bağ evi (film, 1978)
- Birisigün, gecəyarısı... (film, 1981)
- Bizim küçənin oğlanları (film, 1973)
- Bizim qəribə taleyimiz (film, 2005)
- Burulğan (film, 1986)
- Cin mikrorayonda (film, 1985)
- Dədə Qorqud (film, 1975) – film səsləndirən: Yalıncıq (Əli Haqverdiyev)
- Dərviş Parisi partladır (film, 1976)
- Doğma sahillər (film, 1989)
- Dörd bazar günü (film, 1975)
- Duel (film, 1995)
- Durnalar qayıtdı (film, 2003)
- Əla kəsici (film, 1975)
- Əqrəb (film, 1972)
- Evin kişisi (film, 1978)
- Evlər yıxanım mənim!!. (film, 1974)
- Əzablı yollar (film, 1982)
- Gəlinlərin qiyamı (film, 1985) (dublyaj)
- Gəmi saatının sirri (film, 1983)
- Gözlə məni (film, 1980)
- Güllələnmiş heykəllər (film, 2002)
- Haray (film, 2004)
- Həyat bizi sınayır (film, 1972)
- Heydər Əliyev və Azərbaycan rabitəsi (film, 2003)
- Xatirələr sahili (film, 1972)
- İşarəni dənizdən gözləyin (film, 1986)
- Köhnə bərə (film, 1984)
- Küçələrə su səpmişəm (film, 2004)
- Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
- Min birinci söz (film, 1997)
- Molla İbrahimxəlil kimyagərin nəvələri (film, 1974)
- Müsafir (film, 2001)
- Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976)
- Od içində (film, 1978)
- Ömrün ilk saatı (film, 1973)
- Ömrün səhifələri (film, 1974)
- Ömrün yuxuları (film, 2001)
- Onun bəlalı sevgisi (film, 1980)
- Özgə ömür (film, 1987)
- Park (film, 1983)
- Prima (film, 1994)
- Qara gölün cəngavərləri (film, 1984)
- Qeybdən gələn səs (film, 2002)
- Qızıl uçurum (film, 1980)
- Qocalar, qocalar... (film, 1982)
- Saqqallı binalar (film, 1990)
- Sən həmişə bizimləsən (film, 1997)
- Sevinc buxtası (film, 1977)
- Şeytan göz qabağında (film, 1987)
- Sonuncu şahid (film, 2004)
- Şuşa (film, 2001)
- Şuşa yolu... (film, 2002)
- Təkan (film, 1987)
- Toya dəvətnamə (film, 1973)
- Ürək... Ürək... (film, 1976)
- Yaramaz (film, 1988)
- Yataqda siqaret çəkməyin (film, 1986)
- Yeddi oğul istərəm... (film, 1970)
- Yol əhvalatı (film, 1980)
- Yüz qramın qiyməti (film, 1975)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Kazımzadə, A. İstəklə məqsəd üst-üstə düşəndə…: [Unudulmaz aktyor Əliabbas Qədirovun anadan olmasının 65 illiyi haqqında] //Mədəniyyət.- 2011.- 11 fevral.- S. 10.
- ↑ Təranə. Qeyri-adi adam: [Unudulmaz aktyor Əliabbas Qədirov haqqında] //Kaspi.- 2011.- 15 fevral.- S. 15.
- ↑ Səda — Əliabbas Qədirov-70 (18. fevral 2016)
- ↑ "AZƏRBAYCAN TEATRI 140". anl.az. 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-03.
- ↑ Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı Arxivləşdirilib 2010-12-05 at the Wayback Machine — anl.az saytı
- ↑ "Arxivlənmiş surət". 2024-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-09.
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Qeyri-adi adam" //Kaspi.- 2011.- 15 fevral.
- Dram Teatrının kollektivi Əliabbas Qədirovun məzarını ziyarət edib //Zaman.- 2016.- 13 fevral.- S. 6.
- Əliabbas Qədirovun 70 illik yubileyi keçirilib //Kaspi.- 2016.- 18 fevral.- S.9.
- Əliabbas Qədirovun yubileyinə həsr olunmuş dəyirmi masa: [Mərdəkan Mədəniyyət sarayında] //Mədəniyyət.- 2016.- 24 fevral.- S. 4.
- Görkəmli aktyor Əliabbas Qədirov yad edilib //525-ci qəzet.- 2016.- 16 fevral.- S.7.
- Xiləli, A. Qiyməti tamaşaçı verəndə: [teatrda keçirilən xatirə gecəsi haqqında] //Ədəbiyyat.- 2016.- 20 fevral.- S.32.
- Mirməmməd, G. Yetmiş yaşın zirvəsindən salam: [teatrda Xalq artistinin xatirə gecəsinin keçirilməsi haqqında] //Mədəniyyət.- 2016.- 19 fevral.- S. 6.
- 13 fevralda doğulanlar
- 1946-cı ildə doğulanlar
- 60 yaşında vəfat edənlər
- 8 martda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- Azərbaycan SSR xalq artistləri
- Azərbaycan SSR əməkdar artistləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- Bakıda doğulanlar
- Bakıda vəfat edənlər
- Azərbaycan aktyorları
- "Qızıl Dərviş" mükafatı laureatları
- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktorları