Əlisəttar Atakişiyev
Əlisəttar Atakişiyev | |
---|---|
Əlisəttar Ələsgər oğlu Atakişiyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Moskva, RSFSR, SSRİ |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Atası | Ələsgər Atakişiyev |
Fəaliyyəti | Rejissor, operator |
Mükafatları |
|
IMDb | ID1135188 |
Əlisəttar Ələsgər oğlu Atakişiyev (25 dekabr 1906 – 7 noyabr 1990) — operator, ssenarist və rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), uşaq-fantastika janrlarının məharətli rejissoru.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Əlisəttar Atakişiyev 1906-cı ildə anadan olmuşdur.
Əlisəttar Atakişiyev 1927-1931-ci illərdə Moskva Ali Rəssamlıq Texniki məktəbində, 1931-1936-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsində təhsil alıb.[2] Estoniyanın ilk rəngli filmini çəkib.
Kino-operatoru, rejissor və rəssam Əlisəttar Atakişiyev 1960-cı ildə Azərbaycan əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Hacıbəyovun eyniadlı musiqili komediyaları əsasında çəkilmiş "Arşın mal alan" (1945, M.Dadaşovla birgə), "O olmasın, bu olsun" (1956) filmlərinin quruluşçu operatoru olmuşdur[3].
Əlisəttar Atakişiyev Moskvada çapdan çıxmış "İbrahimin sərgüzəştləri" əsərinin müəllifidir.[4] Rejissor həmin əsərin ekran variantını yaratmaq arzusunda idi.[5]
Əlisəttar Atakişiyev 1990-cı ildə Moskvada qocalar evində vəfat etmişdir.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Arşın mal alan (film, 1945)— Quruluşçu Operator
- Azərbaycanın müalicə ocaqları (film, 1951)— Quruluşçu Rejissor və Quruluşçu Operator
- Bakılılar (film, 1938)— Operator
- Bir ailə (film, 1943)— Quruluşçu Operator
- Bir qalanın sirri (film, 1959)— Quruluşçu Rejissor
- Bizim küçə (film, 1961)— Quruluşçu Rejissor
- Doğma xalqıma (film, 1954)— Quruluşçu Operator
- Fətəli xan (film, 1947)— Quruluşçu Operator
- İstintaq davam edir (film, 1966)— Quruluşçu Rejissor
- Xalq Yaradıcılığı Festivalı (film, 1937)— Quruluşçu Rejissor və Quruluşçu Operator
- Qərib cinlər diyarında (film, 1977)— Quruluşçu Rejissor
- Mahnı belə yaranır (film, 1957)— Geyim Rəssamı
- Nağıl dünyasının sakini. Əlisəttar Atakişiyev (film, 2015) - Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
- O olmasın, bu olsun (film, 1956)— Quruluşçu Operator
- Sehrli xalat (film, 1964)— Quruluşçu Rejissor, Ssenari müəllifi
- Səhər nəğməsi (film, 1950)— Quruluşçu Operator
- Sovet Azərbaycanı (film, 1950)— Quruluşçu Operator
- Sovqat (film, 1942)— Quruluşçu Rəssam
- Sualtı qayıq "T-9" (film, 1943)— Quruluşçu Operator
- Şöhrət, yaxud unudulan adam (film, 2003)— Əlisəttar Atakişiyev xatirəsinə həsr edilib.
- Uzaq sahillərdə (film, 1958)— Quruluşçu Operator
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məmmədli O. "Sehirli xalat" və ya nağıla çevrilən uşaqlıq: [Rejissor Əlisəttar Atakişiyevin eyni adlı filminin baş qəhrəmanı Zərifə (Solmaz Hətəmova) ilə müsahibə] //Xalq cəbhəsi.- 2008.- 21 may.- S. 10.
- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ Atakişiyev Əlisəttar Ələsgər oğlu
- ↑ "İbrahimin sərgüzəştləri" [Ə. Atakişiyevin eyniadlı kitabının Moskvada çapdan çıxması haqqında] //Ədəbiyyat və incəsənət.- 1971.- 5 iyun.- səh. 16
- ↑ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 233-234.
Mənbə
[redaktə | mənbəni redaktə et]- ""Uzaq sahillərdə" ekranda" [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Atakişiyev, Ə. "Məhəbbətimi tapmışam" [İstedadlı kino ustası, rejissor, operator, ssenarist və… rəssam haqqında] //Bakı.- 1969.- 3 sentyabr.
- Atakişiyev, Ə. "Uşaq filmlərinin çəkilməsi" //Ədəbiyyat və incəsənət.- 1975.- 5 aprel.- səh. 14.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 31.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- 25 dekabrda doğulanlar
- 1906-cı ildə doğulanlar
- 83 yaşında vəfat edənlər
- 7 noyabrda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- Kuntsevo qəbiristanlığında dəfn olunanlar
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Stalin" mükafatı laureatları
- SSRİ Dövlət mükafatı laureatları
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə film sənətçiləri
- SSRİ film rejissorları
- SSRİ kinooperatorları
- Azərbaycan kinooperatorları
- Azərbaycan film rejissorları
- Azərbaycan ssenaristləri
- Bakıda doğulanlar
- Moskvada vəfat edənlər