Aşxaratsuyts

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aşxaratsuyts
erm. Աշխարհացույց
Aşxaratsuytsun 1178-ci ilə aid əlyazması
Aşxaratsuytsun 1178-ci ilə aid əlyazması
Müəllif Ananiya Şirakatsi
Orijinalın dili erməni dili
Ölkə Ermənistan
Orijinalın nəşr ili VII əsr
Növ coğrafiya

Aşxaratsuyts (erm. Աշխարհացույց) və ya CoğrafiyaVII əsrdə yazılmış qədim Ermənistan coğrafiyakartoqrafiya abidəsidir. Əvvəllər əsərin müəllifinin Movses Xorenli (V əsrdə yazılmış Erməni tarixi əsərinin müəllifi) olması ehtimal edilsə də, sonradan müəllifin VII əsrdə yaşamış erməni coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronomkimyaçı və qədim erməni təbiətşünaslığının banisi[1] Ananiya Şirakatsi tərəfindən yazılması müəyyən edilmişdir.

VII əsrin erməni müəlliflərindən biri olan Ananiya Şiraklının Coğrafiya (Aşxaratsuyts) əsərində həmin dövrdə məlum olan bütün dünya ölkələrinin təsviri vardır. Coğrafiya əsəri iki redaksiyada – ixtisar olunmuş və geniş şəkildə çatmışdır.

Klavdi Ptolomeyin (I-II əsrlər) Coğrafiya əsəri, İskəndəriyyəli Papanın və digər antik müəlliflərin məlumatları A.Şiraklının əsəri üçün mənbə olmuşdur. Lakin Ermənistanın və digər qonşu ölkələrin təsviri müəllifin öz yaradıcılıq məhsuludur. Şiraklı hər bir ölkəni təsvir edərkən siyasi-inzibati vahidləri deyil, təbii-coğrafi landşaftı və etnik sərhədləri əsas götürmüşdür. Quruluşuna görə əsər iki hissədən ibarətdir: birinci hissədə ərazilər, ikinci hissədə isə ayrı-ayrı dövlətlər təsvir olunmuşdur. Coğrafiyanın orijinal hissəsində müəllif VI-VII əsrlərdə Yaxın Şərqdə inzibati bölgünün təsvirini verir və təbiidir ki,Ptolomeyin dövründə bu ola bilməzdi.

Coğrafiya əsərində Asiya 44 ölkəyə ayrılır. Burada Qafqaz Albaniyası 26-cı nömrə ilə işarə olunmuşdur. Böyük Ermənistan isə 27-cidir və 15 əyalətdən (Nahancdan) ibarətdir. Əyalətlər isə öz növbəsində daha kiçik vilayətlərə (havarlara və kantonlara) bölünür. Tədqiqatçıların fikrincə Şiraklı Ermənistanı təsvir edərkən ölkənin Bizans və Sasani Ermənistanına bölündüyü VII əsrin yox, Arşakilər dövrünün inzibati bölgü sistemini əsas götürmüş, habelə bölünmədən sonra baş verən dəyişikləri də qeyd etməyi zəruri sayaraq alban nahanqları olan Arsaq, Uti və Paytakaranı Ermənistandan ayıraraq Qafqaz Albaniyasının tərkibinə qatmışdır. Şiraklı əsərdə Qafqaz Albaniyasının sərhədləri, siyasi-inzibati vahidləri və təbii sərvətlərini təsvir etmişdir.

S.T.Yeremyan Coğrafiya əsərinin əhəmiyyətini qeyd edərək yazır: Aşxaratsuyts coğrafiya və kartoqrafiya üzrə dünya ədəbiyyatında antik dövr üzrə coğrafiya elminin ənənələrini davam etdirən ilk əsərdir.

  1. История всемирной литературы. 2. М.: Наука. 1984. 296–299.
  • Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası. Bakı: 1993.