APSM-1

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

[1]APSM-1 aparatı- aşqarlı və aşqarsız neft yağları üçün nəzərdə tutulub, transformator, turbin və s. yağlarının oksidləşməyə qarşı davamlığının (ГОСТ 981-75 üzrə) təyini üçün istifadə olunur.

Üsulun məğzi

[redaktə | mənbəni redaktə et]

АПСМ-1 aparatında yağların oksidləşməsi ВТИ priborlarında oksigenin təsiri altında yüksək temperaturda və katalizatorun iştirakı ilə baş verir. Yağın oksidləşməyə qarşı davamlığı turşu ədədi, aşağımolekullu uçucu turşular və oksidləşmə zamanı əmələ gələn çöküntünün miqdarı ilə xarakterizə olunur. Sınaq yağın tətbiq sahəsindən asılı olaraq ona aid olan normativ-texniki sənədlərdə nəzərdə tutulan şəraitdə (temperatur, oksidləşmə müddəti, oksigenin sərfi və katalizator) aparılır.

Texniki göstəriciləri

[redaktə | mənbəni redaktə et]
  • Oksidləşdirici reagent – texniki oksigen ГОСТ 5583.
  • Oksidləşdirici reagentin sərfi miqdarı – 50ml/dəq. və 200 ml/dəq.
  • Oksigen sərfinin stabil saxlanılma xətası, ±10%-dən çox olmamalı
  • Termostatlaşdırma temperaturu 1000C-dən 1800C-yədək.
  • Termostatlaşdırıcı mayenin temperaturunun saxlanılmasının absolyut xətası ±0,50C-dən çox olmamalı.
  • Eyni zamanda oksidləşdirilən yağ nümunələrinin maksimal sayı – 6.
  • Qidalanma parametrləri:
  • Birfazalı dəyişən cərəyan 220В/50Гц;
  • Sərf edilən güc 2,2kBt çoc olamamalı;
  • Qabarit ölçüləri və “АПСМ-1” aparatının əsas bloklarının çəkisi:
  • Termostat 714x720x325 mm, 38kq (mayesiz);
  • БРТ-6 bloku 140x237x195x, 2kq;
  • Monostat 1030x150x153 mm, 4,5 kq;
  • Içəsalıcı 108x105x175 mm, 2 kq;
  • Ştativ 120x485x250mm, 1,9 kq.
  • ГОСТ 981-75. Масла нефтяные. Метод определения стабильности против окисления.
  1. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.