A Blaze in the Northern Sky
A Blaze in the Northern Sky | ||||
---|---|---|---|---|
Darkthrone tərəfindən ifa olunmuş Studiya albomu | ||||
Növü | Studiya albomu | |||
Yayımlanma tarixi | 26 fevral 1992 | |||
Yazılma tarixi | Avgust 1991, Creative Studios Kolbotn, Norveç | |||
Janr | Blek Metal | |||
Müddət | 42:02 | |||
Dil | ingilis dili | |||
Leybl | Peaceville Records | |||
Prodüser | Darkthrone | |||
Darkthrone albomlarının xronologiyası | ||||
|
A Blaze in the Northern Sky (Şimal Səmasında Parlaq İşıq) Norveç Blek Metal qrupu Darkthrone'un sayca ikinci studio albomudur. Albom 26 Fevral 1992-ci il tarixində Peaceville Records tərəfindən çıxarılmışdır. Albomda qrupun ilk blek metal səsyazmaları yer almış və janrın klassikləri sırasında yer almışdır[1]. Bu fanatlar tərəfindən "Pislik Üçlüyü" adı verilən və digər ikisi də Under a Funeral Moon və Transilvanian Hunger olan albom üçlüyünün ilkidir[2][3]. Albom həmçinin bass gitarist Dag Nilsenin yer aldığı son albomdur.
Keçmişi
[redaktə | mənbəni redaktə et]Darkthrone'nun ilk albomu olan Soulside Journey İsveç tərzi bir des metal idi. Albomu yazdıqdan sonra, qrup daha çox blek metal ünsürləri daşıyan musiqilər bəstələməyə başladı. Bunun nəticəsində instrumental demo olan Goatlord hasil oldu.
Daha sonra qrupun üç üzvü — Fenriz, Nocturno Culto və Zephyrous— qərara gəldi ki, blek metal musiqisinə köklənsinlər. Bu bass gitarist Dag Nilsen'in xoşuna gəlmədi və o qrupu tərk etdi. Ancaq o sessiya musiqiçisi kimi albomun bass gitara olan hissələrini yazmağa razılaşdı. A Blaze in the Northern Sky 1991-ci ilin avqustunda Kolbotn'un Creative Studios səsyazma studiyasında yazılmışdır. Bu, eyni zamanda, Mayhem'in məşhur Deathcrush adlı EP'i yazdığı studiyadır. Bir intervyuda, qrup üzvü Fenriz qeyd etmişdir ki, albom bir qədər "tezbazar" alınmış, bir çox mahnılar "blek metal tərzində" ifa edilən "des metal gitara riffləri"ndən ibarətdir[4].
Darkthrone'un des metaldan blek metala ani keçid etməsinə görə Peaceville Records albomu olduğu kimi çıxarmaqda istəkli olmamışdır. Tamamilə çaşqına dönən leybl qrupun Soulside Journey albomunda olduğu kimi des metal tərzində davam edəcəyini zənn edirdi. Studiya albomun ancaq və ancaq remiks ediləcəyi halda çıxarılmasına razılaşacağını bəyan edərək səsin çox zəif olduğunu bildirmişdir. Qrup isə albomu Mayhem'in üzvü Øystein "Euronymous" Aarseth'in səsyazma studiyası olan Deathlike Silence Productions'da çıxaracağı ilə leyblı təhdid etmişdir (Xatırladaq ki, albom elə Euronymous'a ithaf olunmuşdur). Ancaq, Peaceville Records nəhayət ki, albomu çıxarmağa razılaşmışdır.
Albomun çıxarılışı
[redaktə | mənbəni redaktə et]Albom 26 Fevral 1992-ci il tarixində çıxarılmışdır. İlk CD çıxarılışı məhdud sayda olmuş, ağ diskdə 2000 nüsxə buraxılmışdır[mənbə göstərin]. Üz qabığında qrupun ritm gitaristi olan Ivan Enger (Zephyrous) yer almışdır.
Albom 2003-cü ildə Peaceville'də remaster olunmuş və yenidən çıxarılmış, həmçinin karton digipaklarda yenidən paketlənmişdir. Fenriz və Nocturno ilə olan dörd hissəli video intervyu (ilk dörd albomdan ibarət) da paketə əlavə edilmişdir. 2009-cu ilin dekabrında albom 2000 nüsxəyə qədər ikiüzlü LP kimi 180 qramlıq vinildə Peaceville tərəfindən yenidən çıxarılmışdır.
Kritik yanaşma
[redaktə | mənbəni redaktə et]İcmallar | |
---|---|
Tənqidçilərin qiyməti | |
Mənbə | Reytinq |
AllMusic | [5] |
Sputnikmusic | [6] |
Keçmişdə yazdığı resenziyada AllMusic'in jurnalisti Eduardo Rivadavia alboma 5 ulduz üzərindən 5 vermiş və onu "demək olar ki, aşağı keyfiyyətli standartları blek metalın bütün gərginliyini cana gətirə bilən bir klassik adlandırmışdır[1]. Metal Reviews'dan Valefor "Həqiqi Blek Metalın kulminasiyası [...] adi prodakşn, sadə rifflər, üz qabığı rəngsiz...sadəcə donmuş, mükəmməl şər"[6]. Sputnikmusic'dən Channing Freeman albomu "donub qalmış prodakşn və çığırtılar" və "ictimai düşüncə"nin sabit qarışığının "zəfər"i adlandırmışdır[7].
2009-cu ildə, IGN A Blaze in the Northern Sky albomunu "10 Mükəmməl Blek Metal" siyahısına daxil etmişdir.[8] 2007-ci ildə Decibel jurnalındakı məqalədə isə albom "ilk həqiqi bleknd des metal albomu" adlandırılmışdır[9].
Trek siyahısı
[redaktə | mənbəni redaktə et]№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Kathaarian Life Code" | 10:39 |
2. | "In the Shadow of the Horns" | 7:01 |
3. | "Paragon Belial" | 5:24 |
4. | "Where Cold Winds Blow" | 7:26 |
5. | "A Blaze in the Northern Sky" | 4:57 |
6. | "The Pagan Winter" | 6:35 |
Ümumi müddət: | 42:02 |
Personel siyahısı
[redaktə | mənbəni redaktə et]Darkthrone
[redaktə | mənbəni redaktə et]- Nocturno Culto – solo gitara, vokal
- Zephyrous – ritm gitara
- Fenriz – zərb alətləri, bek vokal
Digər musiqiçilər
[redaktə | mənbəni redaktə et]- Dag Nilsen – bass gitara
Prodakşn
[redaktə | mənbəni redaktə et]- Dave Pybus – albomun üz qabığının dizaynı
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Rivadavia, Eduardo. "A Blaze in the Northern Sky - Darkthrone". AllMusic. 29 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 August 2012. (#redundant_parameters)
- ↑ Eduardo Rivadavia: Under a Funeral Moon - Darkthrone Arxivləşdirilib 2021-05-12 at the Wayback Machine.
- ↑ James Montague: Darkthrone - The Cult Is Alive Arxivləşdirilib 2010-01-31 at the Wayback Machine.
- ↑ A Blaze in the Northern Sky. 2003.
- ↑ "Arxivlənmiş surət". 2013-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- ↑ Freeman, Channing. "Album Review - Darkthrone: A Blaze in the Northern Sky". Sputnikmusic. 18 January 2013. İstifadə tarixi: 22 January 2013.
- ↑ Ramirez, Carlos. "10 Great Black Metal Albums – IGN". ign.com. 6 January 2009. 6 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 September 2012. (#redundant_parameters)
- ↑ "Arxivlənmiş surət". 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.