Acı yovşan
Acı yovşan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Acı yovşan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda olur.
Botaniki xarakteristikası
[redaktə | mənbəni redaktə et]Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir. Çətirləri və gövdənin aşağı yarpaqları saplaqlı olub, uzunluğu 20 sm, yumurtaşəkilli, girdə üçbucaqşəkilli və ya neştərvari-uzunsov, zərif itiuclu, bütövkənarlı olub, uzunluğu 1–5 mm-dir. Gövdə yarpaqları saplaqlı və növbəlidir. Zirvə yarpaqları oturaq, bütövkənarlı və üçbölümlüdür. Boruşəkilli çiçəkləri sarımtıl, şarabənzər, səbətciyi sallanmış olmaqla, diametri 4 mm-ə qədərdir. Çiçəkləyən zaman keçəyəbənzər, daha sonra çılpaq olub, yarpağın xarici tərəfi xətti, daxili tərəfi isə ellipsvari kütdür. Süpürgəvari çiçəkləri geniş çiçək qrupunda formalaşmışdır.
Alaq otları ilə birlikdə yol kənarlarında, təzə salınmış bağ və meşələrdə rast gəlinir. Bitki və yarpaqları çardax, naveslərdə kölgəli şəraitdə doğranaraq nazik halda (3–5 sm) kağız və ya parça üzərində sərilərək, qurudulmalıdır. Eyni zamanda 40ºС-də quruducu şkafda qurutmaq olar. Yaxşı hava şəraitində 5–7 gün, yarpaqları isə 3–5 gün qurudulmalıdır.
Gövdənin zirvəsindəki çiçək qruplarının uzunluğu 25 sm-ə qədərdir. Çiçəklərin oturduğu gövdə azacıq qabırğalı, sonunda qol-budaqlı, yarpaqlarla yanaşı, mürəkkəb çiçək qrupu olan diametri 2,5–4 mm olan kiçik çiçəkləri vardır. Bitki çiçəkləyən zaman (iyun-avqust) gövdənin zirvəsində yerləşən hissələr oraqla 20–25 sm kəsilməklə götürülür. Adətən tədarük 10–15 gün ərzində aparılmalıdır. Otlar toplandıqdan sonra qurudulur. Bu zaman onların rəngi tünd-sarı olmaqla, çiçək çətiri qonurlaşır və dağılır. Yarpaqları çiçəkləməyə qədər (iyun-iyul) yığılmalıdır. Xammal quru hava şəraitində, qalaq-qalaq yığılmamaq şərti ilə toplayaraq dərhal qurutmağa başlanılmalıdır. Yığılmış xammal açıq, lakin kölgəli, yaxşı ventiliyasiyalı naveslərdə və ya 40–45ОС temperaturda, quruducu şkafda qurudulmalıdır.
Bu zaman nazik doğranmış xammal 3–5 sm qalınlığında sərilməlidir. Bu halda çıxım 24–25% olur. Yuxarı çəçəkaltlığının yarpaqları oturaq, uzunsov, bütövkənarlı, aşağı çiçəkləri üçbölümlü qovuşuqdur. Kök üstündə olan yarpaqlarının saplaqları üçbucaqlı-dairəvi olmaqla, iki-üç qanada bölünmüşdür. Yarpaqları xətti-uzunsov, küt-sivri, bütövkənarlı və yumşaq olmaqla, üstündə çoxlu sayda tükcüklər olur. Yarpaqların yuxarı tərəfinin rəngi sarımtıl-yaşıl, aşağı tərəfinin rəngi gümüşü-sarı, çiçəklərinin rəngi isə yaşıldır. Özünəməxsus kəskin aromat iyli və acı-ədviyyəli dadlıdır. Gövdənin zirvəsindəki çiçək qruplarının uzunluğu 25sm-ə qədərdir. Çiçəklərin oturduğu gövdə azacıq qabırğalı, sonunda qol-budaqlı, yarpaqlarla yanaşı, mürəkkəb çiçək qrupu olmaqla yanaşı, diametri 2,5–4 mm olan kiçik çiçəklər də olur. Yuxarı çəçəkaltlığının yarpaqları oturaq, uzunsov, bütövkənarlı, aşağı çiçəkləri üçbölümlü qovuşuqdur. Kök üstündə olan yarpaqlarının saplaqları üçbucaqlı-dairəvi olmaqla, iki-üç qanada bölünmüşdür. Yarpaqları xətti-uzunsov, küt və bütövkənarlıdır. Yarpaqları yumşaq olduğuna görə üstündə çoxlu tükcüklər çıxmışdır. Yarpaqların yuxarı tərəfinin rəngi sarımtıl-yaşıl, aşağı tərəfinin rəngi gümüşü-sarı, çəçəklərinin rəngi isə yaşıldır. Özünəməxsus kəskin aromat iyi, ədviyyəli-acı dadılıdır.
Efiryağlı xammal olduğundan kisə və taylarda qablaşdırılaraq düzgün saxlanılmalıdır. Saxlanılma müddəti 2 ildir.
Qın hissəsində bəzən uzun saplaqlı yarpaqlar yerləşmiş, sonuncu yarpaqların ayasının uzunluğu 6–9 sm, eni 3–7 sm-dir, görünüşünə görə enli-ovaldır, demək olar ki, üçqat lələkvari-bölünmüş, sonuncu dilimləri neştərvaridir, qısa sivriləşmişdir; gövdənin orta yarpaqları qısa saplaqlıdırlar, ikiqat lələkvari-bölünmüşdür, yuxarı yarpaqları demək olar ki, oturaqdır, sadə lələkvari və ya ikiqat üç hissəyə bölünmüşdür. Kənar çiçəkləri dişiciklidir, adətən 25 ədəd olur, tac sapşəkilli borucuğa oxşardır, orta çiçəklər çoxsaylıdırlar (adətən 60 ədəd), tac konusşəkillidir, çılpaqdır, bəzən az tüklüdür. Toxumlarının uzunluğu 1 mm-ə qədərdir, uzunsov-pazşəkillidir, yastıtəhər və nazik şırımlıdır, təpə hissəsinin səthi dəyirmi və az qabarıqdır. İyun-avqust (sentyabr) aylarında çiçəkləyir, avqust-sentyabr (oktyabr) aylarında meyvə verir.
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Böyük Qafqazın şərqi və qərbi, Samur-Şabran ovalığı, Kiçik Qafqazın mərkəzi və cənubu, Naxçıvan və Lənkəranın dağlıq əraziləri. Ovalıqdan subalp qurşağına qədər.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Meşələrdə və kolluqlarda, talalarda və yolların kənarında, çəmənliklərdə, qayalarda, bağlarda və bostanlarda, zibilli yerlərdə, çayların vadilərində və quru yataqlarında rast gəlinir.
Təsərrüfat əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]Tərkibindəki efir yağı likör içkisi sənayesində istifadə olunur. Qədimdə və müasir zamanda da xalq təbabətində ondan alınan məlhəm revmatizm, mədə xəstəlikləri və malyariyada, həmçinin iştahgətirici kimi istifadə olunur.
Tərkibi və təsiri
[redaktə | mənbəni redaktə et]Yabanı çoxillik ot bitkisi olan acı yovşanın qurumuş otu (zirvə yarpaqları və çiçəkləri) və yarpaqları keyfiyyətli xammal və dərman bitkisidir. Ot və çiçəklərinin tərkibində 2% efir yağı, başlıca komponent olan tuyon, tuyol, fellandren, seksiviterpen laktonlar — absintin, anabsintin, artabsin, acı dadlı xammal olan flavonoidlər və aşı maddələr vardır. Bitkinin tərkibində aşı maddələr, artemizin flavonoidi, üzvi turşular, karotin və askorbin turşusu vardır. Kökünün tərkibində inulin olur.
Acı yovşanın xüsusi iyini onun tərkibindəki efir yağı, tuyol spirti, hidrogen peroksid (tuyon, pinen, kadinen, fellandren, bizabolen, β kariofillin, sepinen), 10 ədəd seskviterpen lakton (absintin, anabsintin, artabsin) maddələri yaradır.
İştahın artırılmasında istifadə edilir. Bitki (bütöv və bölünmüş) və çiçəkləri keyfiyyətli iştahartırıcı, mədə-bağırsaq sistemini gücləndirici kimi dəmləmə və qarışıqların tərkibində istifadə edilir. Xammal olaraq dəmləmə və bişirmə kimi faydalıdir. Elmi təbabət öyrənmişdir ki, başlıca olaraq tərkibində olan acı maddə iştahanı artırmaqla, enerjini bərpa edir. Dəmləməsi olduqca acı olduğu üçün onu xininlə müqayisə etmək olar. Yovşanın tərkibindəki acı maddə (absintin) və digər maddələr mədə-bağırsaq, xüsusən mədəaltı vəzin funksiyasını stimullaşdırır. Yovşan mərkəzi sinir və qanyaradıcı sistemin fəaliyyətini artırır, asteniya, zəiflik, anemiya və epilepsiya xəstəliklərin tam müalicəsinə zəmanət yaradır. Tərkibində hərarətsalıcı və öskürəkkəsici maddələr olduğundan teperaturla müşayət olunan malyariya, qripp və kəskin respirator xəstəliklərin profilaktika və müalicəsində istifadə edilir. Xüsusən hipersekresiya ilə müşayət olunan mədə xəstəliklərində müvəffəqiyyətlə təyin edilir. Eyni zamanda kəskin və xroniki hepatit, xolesistit, öddaşı xəstəliklərinin müalicəsində də tətbiq edilir. Yovşan həm də müxtəlif qaraciyər və ödyolu xəstəliklərini müalicə etmək üçün qarışıqların tərkibinə daxildir. Tərkibi diuretik və iltihabəleyhinə maddələrlə zəngindir. Preparat meteorizm, dismenorreya, böyrək, böyrəkdaşı və qurdqovucu xəstəliklərin profilaktika və müalicəsində istifadə edilir. Son illərdə yovşan yüngül işlədici kimi bağırsaq xəstəliklərində də tətbiq edilir. Yovşanının dəmləməsindən xaricə işlədilən preparat kimi kompres və islatmalar, bağırsaqlardan askarid və bizquyruq helmintlərinin qovulmasında imalə kimi istifadə edilir. 1 çay qaşığı bitkini 250 ml qaynar suda dəmləyərək, 10 dəqiqə soyudaraq gündə 3 dəfə yeməkdən 1,5 saat əvvəl və ya sonra içmək lazımdır (sutqalıq doza). Müalicə kursu 2–3 həftədir.
Yovşanın (T-ae Absinthii). 1:5 nisbətində 70% spirtli məhlulu:
Rp.: Herbae Absinthii 100,0
D. S. 1 çay qaşığı bitkini 2 stəkan qaynar suda 20 dəqiqə dəmləyərək, gündə 3 dəfə 1/4 stəkan yeməkdən əvvəl içmək lazımdır.
Rp.: T-ae Absinthii 25ml
D. S. 15–20 damcı gündə 3 dəfə yeməkdən 15–20 dəqiqə əvvəl içmək lazımdır.
Əks göstəriş — Hamiləlik və enterkolit hesab olunur. Yüksək dozası sinir sisteminin çox oyanmasına səbəb olur. Hətta yüksək olmayan dozası belə anemiya, təngnəfəslik və qusma halları yaradır.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 848.
- ↑ Sitat səhvi: Yanlış
<ref>
teqi;ReferenceA
adlı istinad üçün mətn göstərilməyib