Aerika imperiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aerika imperiyası
Bayraq[d]
Bayraq[d]

"lat. Mundi est ridiculum; custodiunt illud quod modo"

"Yaşlı və axmaq dünya. Qoy elə belə də qalsın!"
Tarixi
 • Elan olunub 8 may 1987
Rəsmi dilləri
Paytaxt Monreal
İdarəetmə forması konstitusiyalı monarxiya
İmperator İmperator Erik Liz[1][2]
 • Əhali
  • 284 nəf.
Valyuta bilinmir

Aerika imperiyası və ya Aerika — 1987-ci ilin mayında əsası qoyulmuş mikrodövlət.[3] Özünün suveren ərazisi mövcud deyil və suveren dövlətlər tərəfindən heç zaman tanınmamışdır. Ölkənin adı "Amerika imperiyası"ndan götürülüb.[4] 2000-ci ildə "The New York Times" qəzeti ölkənin veb-səhifəsini "ən yaradıcı mikrodövlət saytlarından biri" kimi təqdim etmişdir.[5]

İmperiyanın "üzvləri" ölkənin ərazisinə ucsuz-bucaqsız və bir-birindən uzaq yerləşən sahələri daxil edirlər; buraya Avstraliyada bir kvadrat kilometr torpaq sahəsi, Monrealda bir ev böyüklüyündə ərazi, Kanada ("Hər bir şeyin səfirliyi" hesab edilir), Yerin bir qisim digər əraziləri, Marsda bir koloniya, Plutonun şimal yarımkürəsi və xəyali planet aid edilir.[6]

Bayraqları Kanada bayrağına bənzəyir: ağ kvadratın üzərində qırmızı ağcaqayın yarpağı əvəzinə böyük sarı smaylik əks olunub. Həmçinin kənarlardakı iki qırmızı düzbucaqlının eni ilə uzunluğunun nisbəti Kanada bayrağında olduğundan fərqlidir.

Aerika imperiyasının əsası 8 may 1987-ci ildə kanadalı Erik Liz və bir qrup dostları tərəfindən qoyulmuşdur. İlk on ili ərzində imperiya tamamilə fiksiya idi: planetlərin qalaktikası üzərində suverenlik iddiasına düşməklə digər mikrodövlətlərə qarşı müharibələrdə iştirak edirdi.[7] İnternetin ortaya çıxması ilə təsisçilər özlərinə bənzər digər mikrodövlətlərin olduğunu kəşf etdilər və imperiya yavaş-yavaş əksər fantastik elementləri tərk edərək hobbi kimi fəaliyyət göstərməyə deyil, siyasi bir qurum olmağa çalışırdı. 1997-ci ildə imperiya özünün veb-səhifəsini qurdu.[8]

2007-ci ildə "yeni pasportlar" buraxıldı. İlk pasport 2007-ci ildə Tokio Sarayında Mikrodövlət incəsənət sərgisində nümayiş olunub.[9]

Aerika imperiyası ilk dəfə 2009-cu ilin noyabrında pul sikkəsi buraxıb. 2012-ci ildə buraxılmış ikinci sikkə Aerikanın 25 illiyinə həsr edilmişdi.[10] Kağız pullar ilk dəfə 2017-ci ildə,[10] ştamplar isə 2015-ci ildə tərtib edilmişdir.[11]

Aerika öz missiyasını belə ifadə edir: "imperiya o cəmiyyətlərin təkamülünü asanlaşdırmaq üçün mövcuddur ki, həmin cəmiyyətlərdə artıq İmperiyaya ehtiyac yoxdur".[7][12][13] Dövlət özünün İmperatorun (hazırda təsisçi olan Erik Lizin) nəzarəti altında, seçkili orqanlardan ibarət parlamentli demokratiya kimi təşkil olunduğunu iddia edir.[14] Hələ uşaq ikən İmperiyanın əsasını qoyan Liz MakGill Universitetində təhsilini başa vurub tibb üzrə doktor dərəcəsinə yiyələnmişdir. Onun haqqında məlumatlar Psixiatriya və Nevrologiya Jurnalı[15]Weird Tales jurnalında dərc olunub.[16][17]

Qrupun fəaliyyəti Ulduz müharibələri, Qalaktika üzrə avtostopla və buna bənzər əsərlərə təkrarən edilən istinadlarla, eləcə də bol yumor, elmi fantastika və fantaziya sevgisi ilə yadda qalır. İmperiya hər il hekayə yazı müsabiqələri, döyüş oyunları günləri və İt-Biskvit Təqdir Günü kimi tədbirlər keçirir.[7] Burada həmçinin İmperiya pinqvinlərinə ibadət etməyi nəzərdə tutan Silinizm "din"ini də inkişaf etdirmişdilər; ilk əvvəllər zarafat niyyəti ilə edilsə də, qrup üzvlərinin iddialarına görə dünyada bu "din"ə itaət edən otuz nəfər var.[5] İmperiyada bayramlar və "qəşəng günlər" mövcuddur. 2 yanvar Prokrastinator günü, 27 fevral "Oyy" günü, 19 mart "Lənət olası gün", 26 oktyabr Topin Veqlqammon, yəni ilin ən gözəl günü kimi qeyd edilir.[18]

İmperiyanın internet üzərindən həyata keçirdiyi fəaliyyət müxtəlif dövlətlərdəki üzvlər arasında əlaqəni daha da gücləndirsə də, lokal tədbirlər keçirilməsi həmişə diqqət mərkəzindədir. Üzvlər həftəlik olaraq Monreal, Sprinqveyl, Nyu-York və digər mərkəzlərdə toplanırlar. 2007-ci ilin iyulunda iyirminci yubiley konvensiyası qəbul edilmişdir.[19]

Aerika imperiyasının nümayəndə heyəti 2012-ci ildə Londonda akademik konfransda və 2017-ci ildə Atlantada MikroKon Mikrodövlətlər Konvensiyasının qəbulu prosesində iştirak etmişlər.[20][21][2]

  1. Infoman: Infoman Arxivləşdirilib 2017-08-10 at the Wayback Machine, 11 October 2012, "Émission du 11 Octobre"
  2. 1 2 Atlanta Magazine: Atlanta Magazine Arxivləşdirilib 2020-06-14 at the Wayback Machine, 30 June 2017, "You probably didn't know, but leaders from 26 micronations just gathered in Atlanta".
  3. Ryan, J: Micronations: The Lonely Planet Guide to Self-Proclaimed Nations, ISBN 1-74104-730-7
  4. Aerican Empire: FAQ Arxivləşdirilib 2020-02-18 at the Wayback Machine at the group's website, section "What kind of name is Aerica?". Retrieved July 2009.
  5. 1 2 The New York Times: "Utopian Rulers, and Spoofs, Stake Out Territory Online" Arxivləşdirilib 2020-03-11 at the Wayback Machine, 25 May 2000.
  6. The Wanderer: The Wanderer Arxivləşdirilib 2020-08-15 at the Wayback Machine, November 2012, "Micro-nations of our Nation". Archived at [1][daimi ölü keçid] and [2][daimi ölü keçid]
  7. 1 2 3 The Montreal Mirror: The Montreal Mirror Arxiv surəti 24 noyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib noyabr 24, 2006, at the Wayback Machine, 17 August 2006, "The little empire that could"
  8. O'Driscoll, F: Ils ne siègent pas à l'ONU, ISBN 2-87867-251-8
  9. Aerican Mailing List Archive, [3] Arxivləşdirilib 2012-06-30 at Archive.today, December 2, 2006
  10. 1 2 "Aerican Empire: Economics". 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-12.
  11. Aerican Empire Post, [4] Arxivləşdirilib 2020-08-13 at the Wayback Machine, May 8, 2015
  12. The Boston Phoenix: The Boston Phoenix Arxiv surəti 6 may 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib may 6, 2006, at the Wayback Machine, October 2000, "States of Mind".
  13. CBC Daybreak: Daybreak Arxivləşdirilib 2017-01-09 at the Wayback Machine, 13 July 2006, "The Aerican Empire: Interview With Eric Lis". Montreal: CBC Radio
  14. Le Soleil, Quebec City: Le Soleil, 18 January 2001, "Vive Eric 1er, empereur virtuel!"
  15. Journal of Psychiatry and Neuroscience: [5] Arxivləşdirilib 2020-11-12 at the Wayback Machine, 2007, "Neuroimaging and genetics of borderline personality disorder: a review".
  16. Weird Tales Magazine: Weird Tales, 2008, "My True Lovecraft Gave To Me".
  17. Weird Tales Magazine: Weird Tales, 2011, "A Contract Without Loopholes".
  18. Context Magazine: Context Magazine Arxiv surəti 17 oktyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib oktyabr 17, 2006, at the Wayback Machine, April–May 2001, "Altered States".
  19. "Aerican Empire: 20th Anniversary Convention". 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-12.
  20. Delafontaine, L., Les Micronations, Montreuil-sur-Brêche, Diaphane, 14 September 2013, pages 160, ISBN 978-2-919077-19-9
  21. "Radio France: 15 July 2012, archived at". 10 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]