Akif Həsənov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akif Həsənov
gürc. აქიფ ჰასანოვი
bayraq
Gürcüstan Respublikası Ali Şurasının deputatı
bayraq2
14 noyabr 1990 – 6 yanvar 1992
Əvvəlkivəzifənin adı dəyişdirilib
Sonrakıvəzifə ləğv edilib
28 oktyabr 1990 – 14 noyabr 1990
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifənin adı dəyişdirilib
Şəxsi məlumatlar
Doğum tarixi 5 noyabr 1952(1952-11-05) (72 yaş)
Doğum yeri
Təhsili

Akif Ənvər oğlu Həsənov[1] (5 noyabr 1952, Marneuli) — Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının deputatı[2]. Gürcüstan Respublikasının 1991-ci il İstiqlal Bəyannaməsini imza atmış istiqlalçı deputatı.

Akif Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Uşaqlığı və erkən gəncliyi Marneuli şəhərində keşmişdir. 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil Azərbaycandilli orta məktəbini başa vurmuşdur. 1969-cu ildə Bakıda, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1973-cü ildə Fizika fakültəsini bitirmişdir. Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973–1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov yenidən 1975-ci ildən 1983-cü ilə qədər Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmışdır.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1983-cü ildə Akif Həsənov pedaqoji fəaliyyətdən ayrılmış və yerli dövlət sturukturlarında işləmişdir. 1983–1990-cı illər ərzində Akif Həsənov Gürcüstanın Marneuli Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təlimatçı vəzifəsini icra etmişdir.

1989-cu ildə Gürcüstan SSR Ali Sovetinin qərarı ilə Marneuliyə respublika əhəmiyyətli şəhər statusu verildikdən sonra Gürcüstan SSR Mərkəzi Seçki Komisiyyası Marneuli şəhəri üzrə 45 saylı Birmandatlı seçki dairəsi yaratdı. 1990-cı ildə Gürcüstan SSR-də milli zəmində münaqişənin eskalasiyası dövründə 45 saylı seçki dairəsindən Gürcüstan SSR Ali Sovetinə majoritar deputat olaraq Akif Həsənov seçildi. Marneuli tarixində ən çətin parlament seçkisi məhz 14 noyabr 1990-cı ildə baş tutmuşdur.

Bir tərəfdən gürcü-azərbaycanlı milli münaqişəsinin eskalasiyası, Gürcüstan SSR Dövlət Təhlüksizlik Komitəsinin faktiki olaraq total müdaxiləsi, digər tərəfdən isə Zviad Qamsaxurdiyanın tərəfdarları və "Dəyirmi Masa-Azad Gürcüstan" Siyasi Blokunun Marneulidə digər namizədlərə qarşı apardıqları diskriminasiya fəaliyyəti yerli azərbaycanlıları çətin vəziyyətdə qoymuşdur. Lakin Marneulidə yaşayan azərbaycanlıların milli həmrəyliyi nəticəsində azərbaycanlı majoritar namizəd Akif Həsənov, milli-şovinizmin dövlət səviyyəsində baş qaldırdığı Gürcüstanda yüksək qanunverici dövlət orqanın — Ali Sovetin deputatı seçildi.

Gürcüstan Respublikası Ali Şurasında Akif Həsənovun deputat kimi əsas fəaliyyəti Borçalıda azərbaycanlılara qarşı aparılan milli diskriminasiya siyasətinin aradan qaldırılması, azərbaycanlıların deportasiyasının qarşısının alınması idi.

14 noyabr 1990-cı ildə Akif Həsənov Gürcüstan SSR Ali Sovetinin sessiyasında Gürcüstan Sovet Sosialist Respublikasının adının dəyişdirilib Gürcüstan Respublikası adlandırılmasına, həmçinin 1918–1921-ci illərdə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının dövlət gerbi və bayrağının Gürcüstan Respublikasının dövlət gerbi və bayrağı elan edilməsi haqqında qərarın lehinə səs vermişdir.

Akif Həsənov 14 noyabr 1990-cı ildən 6 yanvar 1992-ci il tarixinədək Gürcüstan Respublikası Ali Şurasının Humanitar və Sosial məsələlər üzrə Komitənin üzvü olmuşdur.[3]

9 aprel 1991-ci ildə Gürcüstan Respublikası Ali Şurası Gürcüstanın SSRİ-inin tərkibindən çıxaması milli dövlət suverenliyinin elan edilməsi barədə "Gürcüstanın Dövlət müstəqilliyi bərpa edilməsi haqqında Konstitusiya Aktı" qəbul etdi. Akif Həsənov Gürcüstanın SSRİ-nin tərkibindən çıxaraq müstəqil dövlət elan olunması səs verən istiqlalçı deputatlardan bir idi. Akif Həsənov 9 noyabrda Gürcüstan Ali Şurası tərəfindən qəbul edilən "Gürcüstanın Dövlət müstəqilliyi bərpa edilməsi haqqında Konstitusiya Aktı"nı imzalayan deputatlardan biri idi. Akif Həsənovun 9 noyabr 1991-ci ildə "Gürcüstanın Dövlət müstəqilliyi bərpa edilməsi haqqında Konstitusiya Aktı"nı bir azərbaycanlı kimi imzalaması siyasi əhəmiyyətə malik idi və Gürcüstan azərbaycanlılarının Gürcüstan Respublikasının milli suverenliyinin bərpa edilməsində de-yure iştirakını təmin etməsi demək idi. 22 dekabr 1991-ci ildə Gürcüstanda Prezident Zviad Qamsaxurdiyaya müxalif olan qruplar və hərbi birləşmələr hakimiyyətə qarşı silahlı üsyan qaldırdılar və vətəndaş müharibəsi başladı. 2 yanvar 1992-ci ildə Gürcüstanda hakimiyyət çevrilişi baş verdikdən sonra 6 yanvar 1992-ci ildə Gürcüstan Ali Şurası buraxıldı və hərbi çevriliş nəticəsində Akif Həsənovun deputat səlahiyyətlərinə son verildi.

Gürcüstanda siyasi və hərbi vəziyyətin kritik olması, milli azlıqların yaşadığı bölgələrdə dövlət hakimiyyətinin nəzarəti itirməsi Gürcüstanı idarə edən yeganə hakimiyyət orqanı olan Dövlət Şurasını xalq tərəfindən qəbul edilən nüfuzlu şəxsləri yenidən idarəetmə vəzifələrinə təyin etməyə vadar etdi. 10 mart 1992-ci ildə Gürcüstan Dövlət Şurasının Sədri vəzifəsinin icrasına başlayan Eduard Şevardnadze azərbaycanlılar yaşayan Marneuli rayonun rəhbərliyində Akif Həsənovun təmsil olunmasını şəxsən təklif etdi. 12 mart 1992-ci ildə Akif Həsənov faktiki milli münaqişə və hərbi dərəbəylik vəziyyətində olan Marneuli rayonu İcra Hakimiyyəti Başçısının müavini təyin olundu. 1993-cü ilin sonuna qədər Marneuli Rayonu İcra Hakimiyyəti Başçısının vəzifəsini icra edən Akif Həsənovun siyasi vəziyyətin stabilləşdirilməsində, dövlət hakimiyyətinin möhkəmləndirilməsində xüsusi rolu olmuşdur. 1993–1999-cu illərdə Akif Həsənov yenidən pedaqoji fəaliyyətinə dönmüş 70 saylı Texniki Peşə məktəbində müəllim işləmişdir.

  1. Report.az. "Gürcüstanın Dövlət müstəqilliyi aktına imza atan azərbaycanlı kimdir? - ARAŞDIRMA". Report.az informasiya portalı (az.). www.report.az. 09.04.2020. İstifadə tarixi: 2020-04-09.
  2. www.parliament.ge. "Gasanov Akif". Parliament of Georgia (ingilis). www.parliament.ge. 10.06.2014. İstifadə tarixi: 2020-04-18.
  3. www.parliament.ge. "გასანოვი აკიფ". საქარტველოს პარლამენტი (gürcü). www.parliament.ge. 10.06.2014. İstifadə tarixi: 2020-04-18.