Al Sani sülaləsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Al Sani sülaləsi | |
---|---|
Ölkə | |
Banisi | Sani bin Məhəmməd |
Sonuncu hökmdar | Təmim bin Həməd Al Sani |
Hazırkı rəhbər | Təmim bin Həməd Al Sani |
Əsası qoyulub | 1825 |
Titullar | |
Hakim Əmir |
|
Vikianbarda əlaqəli mediafayllar |
Al Sani sülaləsi — 1971-ci ildən bu günədək Qətər əmirliyində hakimiyyətdə olan sülalə.
Tarixi
[redaktə | mənbəni redaktə et]Al Sani sülaləsi Bəni Təmim ərəb qəbiləsinə məxsusdur[1]. XVIII əsrdə Nəcddən Qətərə köçmüşdülər. Bəhreyn şeyxlərinin hakimiyyəti dövründə Doha şəhərində məskunlaşırlar. 1850-ci ildə Şeyx Al Sani hakimiyyətini Dohada və ətraf qəbilələr üzərinə genişləndirə bilir. Tezliklə Al Sani sülaləsi bütün Qətərdə hakimiyyəti ələ keçirir. 1868-ci ildə Bəhreyndən başqa bütün ölkələr Məhəmməd bin Sani Al Saninin müstəqil Qətər Əmirliyini tanıyıb[2]. Həmin il, Şeyx Məhəmməd bin Sani Al Sani Böyük Britaniya ilə müqavilə imzalayır. Qətərin xarici siyasətdə Böyük Britaniyadan asılı vəziyyətə düşür. 1871-ci ildə Şeyx Məhəmməd bin Sani Osmanlı imperiyasından və Doha bəylərbəyliyindən titul alır.
Məhəmməd bin Saninin oğlu və vəliəhdi Casim bin Məhəmməd (1878–1913) ingilislərə əks siyasət yeridir. Ondan sonra hakimiyyətə gələn Abdullah bin Casim (1913–1949) dövründə ingilislər Qətərə muxtariyyət verməyə razılaşır. Ancaq, kəşfiyyat və neft hasitalı ingilislərin əlində qalırdı. Əli bin Abdullah Al Sani (1949–1960)öz israfçılığı ilə məşhur idi. 1960-cı ilin oktyabr ayında sülalədaxili ziddiyyətlər nəticəsində Əli bin Abdullah oğlu Əhmədin xeyrinə taxt-tacdan imtina edir. Yeni şeyx Əhməd bin Əli (1960–1972) demək olar ki, ölkədə tapılmırdı. O, daima qumarxanalarla məşhur olan Livana və Monte-Karloya gedirdi. Dövlətin faktiki rəhbəri şeyxin varisi şahzadə Xəlifə bin Həməd Al Sani idi. Şahzadə Xəlifə bin Həməd maliyyə, məhkəmə icraatı, dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatları uğurla həyata keçirdir. 1971-ci il konstitusiyasına əsasən ölkə müstəqil Qətər əmirliyi elan edilir.
Nümayəndələri
[redaktə | mənbəni redaktə et]Hakimləri
[redaktə | mənbəni redaktə et]Əmirləri
[redaktə | mənbəni redaktə et]- Casim bin Məhəmməd Al Sani 1878–1913
- I Abdullah bin Casim Al Sani 1913–1949
- Əli bin Abdullah Al Sani 1949–1960
- Əhməd bin Əli Al Sani 1960–1972
- Xəlifə bin Həməd Al Sani 1972–1995
- Həməd bin Xəlifə Al Sani 1995–2013
- Təmim bin Həməd Al Sani 2013 -
Mənbə
[redaktə | mənbəni redaktə et]- Рыжов К. В. Все монархи мира. Мусульманский Восток. XV–XX вв. — М.: Вече, 2004. — 544 с.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Althani, Mohamed (2013). Jassim the Leader: Founder of Qatar Arxivləşdirilib 2017-10-14 at the Wayback Machine İstifadə tarixi:2015–11–12
- ↑ "Line of succession: The Al Thani rule in Qatar" Arxivləşdirilib 2013-06-27 at the Wayback Machine İstifadə tarixi:2015–11–12