Aleksandr Çervyakov
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aleksandr Çervyakov | |
---|---|
Aleksandr Çervyakov | |
Doğum tarixi | |
Vəfat tarixi | (59 yaşında) |
Vətəndaşlığı | Azərbaycan |
Aleksandr Çervyakov (d. 8 avqust 1957 - ö. 4 avqust 2017) — voleybol üzrə Azərbaycanlı məşqçi və mütəxəssis. Aleksandr Çervyakov, 2013-2015-ci illərdə voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.
Həyatı
[redaktə | mənbəni redaktə et]Aleksandr Çervyakov 8 avqust 1957-ci ildə anadan olub. Aleksandr Çervyakovun oğlu, Aleksey Çervyakov voleybolçudur və Azərbaycan yığmasının üzvüdür. O, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Karyerası
[redaktə | mənbəni redaktə et]Aleksandr Çervyakov, uzun illər voleybol üzrə qadınlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayevin yardımçısı olub.
2014-cü ildə isə Aleksandr Çervyakov, Azərbaycan yığmasının baş məşqçisi postuna gətirilib.
O, Azərbaycan yığması ilə birgə 2014-cü ildə İtaliyada baş tutan Dünya Çempionatında 15-ci yeri tutub.
2015-ci ildə isə Aleksandr Çervyakovun rəhbərliyi altında Azərbaycan yığması, I Avropa Oyunlarında 4-cü pilləni tutub.
2017-ci ildə Aleksandr Çervyakov, voleybol üzrə son İsrail çempionu olan "Makkabi" Hayfanın baş məşqçisi olub.
Ölümü
[redaktə | mənbəni redaktə et]Aleksandr Çervyakov, 2017-ci il 4 avqustda, ömrünün 60-cı yaşına qədəm qoymağa 4 gün qalmış vəfat edib.