43°13′02″ şm. e. 46°16′56″ ş. u.HGYO

Alleroy (Kurçaloy)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alleroy
Ӏаларой-Эвла
43°13′02″ şm. e. 46°16′56″ ş. u.HGYO
Ölkə  Rusiya
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 270 m
Saat qurşağı
Əhalisi
Əhalisi 11132 (2010) nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 366317
Xəritəni göstər/gizlə
Alleroy xəritədə
Alleroy
Alleroy

Alleroy (çeç. Ӏаларой-Эвла) — Çeçenistan Respublikası, Kurçaloy rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Kurçaloy rayonunun və Alleroy kənd sovetliyinin mərkəzidir[1].

Kənd Miçik çayın hər iki sahilində, Kiçik Miçik çayının ona töküldüyü hissədə, Kurçaloy rayon mərkəzindən 17 km şimal-şərqdə, Qroznı şəhərindən 60 km cənub-şərqdə yerləşir.

Ən yaxın yaşayış məntəqələri: şimalda — Yuxarı Nayber kəndi, şimal-şərqdə — Koşkeldi kəndi, cənub-şərqdə — Mesketı və Qalaytı kəndləri, qərbdə — Sentoroy, şərqdə — İşxoy-Yurt[2].

Kənd mülayim iqlimə sahibdir. Dəniz səviyyəsindən 270 metr yüksəklikdə yerləşir.

1944-cü ildə, Çeçen və İnquşların deportasiyası zamanı, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra Alleroy kəndi Şuraqat olaraq adlandırıldı. Buraya isə Dağıstandan əhali köçürüldü[3][4]. Kənd bir müddət Şuraqat rayon mərkəzi funksiyasını yerinə yetirdi. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra kəndin əvvəlki adı bərpa edilir və dağıstanlılar geri qaytarılır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[5]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 11 099 99,70 %
digərləri 33 0,30 %
ümumi 11 132 100,00 %
Milli tərkib

2002-cil məlumatı[6]: çeçenlər — 10 215 (99,9 %).

Etnik baxımından əhalisinin 99 9 % çeçenlərdən ibarətdir. Bir mono etnik yaşayış məntəqəsidir. Əhalisinin hamısı sünni-müsəlmanlardan ibarətdir.

Kənd əhalisinin böyük əksəriyyəti Alleroy teypinə aiddirlər. Kəndən bir qədər aşağıda da Nojay-Yurt rayonuna dail olan eyni adlı kənd vardır. Bu kəndə eyni kökdən gələn əhalidən ibarətdir və eyni teypə daxildirlər.

№ 1 Orta ümumtəhsil məktəbi[7]

№ 2 Orta ümumtəhsil məktəbi[7] və № 3 Alleroy kənd orta məktəbi, məscid[8]

«Jayna» uşaq bağçası[9].

«Jayna» incəsənət evi.

Məşhur şəxsləri

[redaktə | mənbəni redaktə et]

Avdorxanov Əhməd Zəlimxan oğlu — Çeçenistan Respublikası Prezident Qvardiyasının Komandiri, Masxadovun təhlükəsizlik rəisi.

Avdorxanov Zaurbek Zəlimxan oğlu — Qafqaz Əmirliyinin silahlı dəstələrinin sahə komandiri, Əhməd Avdorkxanovun qardaşı.

İsrapilov Xunkar Paşa German oğlu — 1990—2000-ci illərdə çeçen münaqişəsinin aktiv iştirakçısı. Səhra komandiri.

  1. "Аллероевский сельский округ (Курчалоевский район)". 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-17.
  2. "Карта Чечни" (rar). не ранее 1995. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-02.rar. Объём 8 МБ.
  3. "Кратм делении Чечено-Ингушетии". 2018-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  4. Ведомости Верховного Совета РСФСР № 5 1958
  5. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населенным пунктам, сельским населенным пунктам"". 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  6. "Этнокавказ. Национальный состав Курчалоевского района по переписи 2002 года". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-09.
  7. 1 2 Образование[ölü keçid]
  8. Исламская мечеть села Аллерой , 2006001928
  9. МДОУЧ 'Детский сад 'Жайна' , 2006002706