Anahit Avanesyan
Anahit Avanesyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 21 mart 1981 (43 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Fəaliyyəti | Solisitor |
Anahit Avanesyan (21 mart 1981, İrəvan; erm. Անահիտ Ավանեսյան) — Ermənistan hüquqşünası və dövlət xadimi, hazırkı Ermənistanın səhiyyə naziri.[1] O, əvvəllər Ermənistan Xarici İşlər Nazirliyində və əczaçılıq sənayesində hüquqşünas kimi fəaliyyət göstərmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Anahit Avanesyan 21 mart 1981-ci ildə anadan olmuşdur. O, 1997-ci ildə İrəvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur, oradan 2003-cü ildə mülki hüquq üzrə M. Sc. əldə etmişdir.[2] Avanesyan təhsilini Ermənistan Amerika Universitetində davam etdirərək hüquq üzrə magistr proqramını bitirmişdir.[3] O, 2002–2004-cü illərdə Liderliyin İnkişafı Mərkəzinin liderlik proqramlarında və Cənubi Qafqaz Gənc Qadın Liderlik proqramında iştirak etmişdir.[2]
Karyerası
[redaktə | mənbəni redaktə et]Avanesyan peşəkar karyerasına 2000-ci ildə Xarici İşlər Nazirliyində və Fövqəladə Hallar Nazirliyinin Dövlət Ehtiyatı Agentliyində hüquqşünas vəzifəsində başlamışdır.[2] O, 2005-ci ildən 2015-ci ilə qədər "Demokratiya Bu gün" QHT-nin hüquqşünası olmuşdur.[3] Avanesyan 2014-cü ilə qədər əczaçılıq sənayesinə "Arpharmacia" keçid etmişdir. O, burada 2017-ci və 2018-ci illərdə idarə heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.[2]
Avanesyan 2018-ci ilin may ayında səhiyyə nazirinin müavini kimi kimi dövlət idarəçiliyi sahəsində karyerasına başlamışdır. O, 2020-ci ilin mayında isə səhiyyə nazirinin birinci müavini təyin edilmişdir.[4] Avanesyan 2021-ci ilin yanvarında "Mülki müdafiə"nin üzvü olan Səhiyyə naziri Arsen Torosyanın yerinə keçmişdir.[1] O, baş nazir Nikol Paşinyanın hökumətindəki yeganə qadındır.[5] Avanesyan Səhiyyə naziri olaraq COVID-19 pandemiyasına qarşı mübarizədə məsul olan mərkəzi fiqur olmuşdur.[6][7]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Ailəlidir və üç övladı var.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Pashinian Again Defends Government's Response To Pandemic". «Ազատ Եվրոպա/Ազատություն» ռադիոկայան (erməni). 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
- ↑ 1 2 3 4 5 "Anahit Avanesian | Government - Team Members - The Government of the Republic of Armenia". www.gov.am (ingilis). 2022-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
- ↑ 1 2 "Anahit Avanesyan". www.gavi.org (ingilis). 2023-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
- ↑ "Anahit Avanesyan to replace Arsen Torosyan as Minister of Health". Public Radio of Armenia (ingilis). 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-07.
- ↑ Avedian. "How will women participate in Armenia's new government?". The Armenian Weekly (ingilis). 2021-05-12. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
- ↑ "Armenia Adding Hospital Beds To Care For COVID-19 Patients Amid 'Third Wave'". RadioFreeEurope/RadioLiberty (ingilis). 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.
- ↑ "Armenia To Buy American COVID-19 Vaccines". «Ազատ Եվրոպա/Ազատություն» ռադիոկայան (erməni). 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-10.